Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə151/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   147   148   149   150   151   152   153   154   ...   158

Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...

483


deyir  ki,  sənin  bu  iki  rükəti  qadağan  etdiyini  eşitmişəm,  an-

caq  görürəm  ki,  onları  qılırsan.”  Görsən  ki,  əli  ilə  sənə  işarə  

edir,  ondan  kənara  dur.”  Cariyə  (deyilənləri)  etdi.  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

əli  ilə  işarə  etdi,  o  da  kənarda  

dayandı.  (Peyğəmbər  namazını)  başa  vurduqdan  sonra  dedi:  

“Ey  Əbu  Ümeyyənin  qızı,  ikindi  namazından  sonrakı  iki  rükət  

haqqında  soruşursan.  Yanıma  Əbdülqeys  qəbiləsindən  insanlar  

gəlmişdilər.  Başımı  qatdılar  və  mən  günorta  namazının  son  iki  

rükətini  qıla  bilmədim.  (İndi  qıldığım)  həmin  iki  rükətdir”

1

.



 “Fəth  əl-Bari”  kitabında  deyilir:

“Hədisdən  məlum  olur  ki,  əri  yanında  olan  qadını  başqa  

qadınlar  ziyarət  etmişlər”

2

.



Rəvayət  olunur  ki,  Cabir  ibn  Abdullah  

(Allah  ondan  razı  qalsın!)

  

deyib:



“Ümmi-Mübəşşir  mənə  dedi  ki,  Peyğəmbərin  

(Ona  Allahın  xe-

yir-duası  və  salamı  olsun!)  

Həfsənin  yanında  belə  söylədiyini  eşidib:  

“(Hüdeybiyyədə)  ağac  altında  bey`ət  edənlərdən  kimsə,  Allah  

qoysa,  cəhənnəmə  girməyəcəkdir.”  Ümmi-Mübəşşir:  “Təbii  ki!”  

–  dedikdə  Peyğəmbər  onu  (belə  deməkdən)  saqındırdı.  Həfsə  

“Aranızda  oraya  girməyən  kimsə  yoxdur”  ayəsini  oxuduqda  

Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

dedi:  “Qüdrətli  və  Bö-

yük  Allah  buyurur:  “Sonra  biz  təqva  sahiblərini  (cəhənnəmdən)  

xilas  edər,  zalımları  da  orada  dizləri  üstə  buraxarıq”

3

.

Rəvayət  olunur  ki,  Həzrəti  Aişə  



(Allah  ondan  razı  qalsın!)

  demişdir:  

1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  



2

 İbn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  III,  səh.  349.

3

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  




İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

484


“(Bir  dəfə)  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

yanı-


ma  gəlmişdi.  Yanımda  bir  qadın  görüb  soruşdu:  “Bu  kimdir?”  

Dedim:  “Filan  qadındır,  çoxlu  namaz  qılmağı  ilə  tanınır  (hər  

kəs  onun  namaz  qılmağından  danışır).”  Peyğəmbər  

(Ona  Allahın  

xeyir-duası  və  salamı  olsun!)  

dedi:  “Bacardığınız  işi  görün!  Allah  siz  

bezmədikcə  bezməz”

1

.



Rəvayət  olunur  ki,  İbn  Şihab  deyib:  

“Mənə  Ürvə  ibn  Zübeyr  danışıb  ki,  Həzrəti  Aişə  deyib:  

“(Bir  dəfə)  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

yanıma  


gəlmişdi.  Yanımda  bir  yəhudi  qadın  vardı,  deyirdi:  “Bilirsənmi  

ki,  siz  qəbirdə  imtahan  olunacaqsınız.”  Peyğəmbər  



(Ona  Allahın  

xeyir-duası  və  salamı  olsun!)  

diksinib  dedi:  “Təkcə  yəhudilər  imta-

han  olunacaqlar.”  (Həzrəti  Aişə  deyir:)  “Bir  neçə  gecə  keçdi.  

Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

dedi:  “Bil  ki,  mənə  

sizin  qəbirdə  imtahan  olunacağınız  barədə  vəhy  gəlib.”  Bundan  

sonra  görürdüm  ki,  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

qəbir  əzabından  Allaha  sığınır”

2

.

Rəvayət  olunur  ki,  Ümmi-Fəzl  



(Allah  ondan  razı  qalsın!)

  deyib:


“Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

evimdə  ikən  bir  

bədəvi  gəlib  soruşdu:  “Ey  Allahın  rəsulu,  bir  arvadım  vardı,  

sonra  başqası  ilə  evləndim.  Birinci  arvadım  iddia  etdi  ki,  uşağı  

bir  və  ya  iki  dəfə  əmizdirib.”  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  

salamı  olsun!)  

dedi:  “Bir  və  iki  əmizdirmə  haram  deyil”

3

.

1



 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  

2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  Yuxarıdakı  mətn  



Müslimindir.  

3

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  




Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...

485


Rəvayət  olunur  ki,  Əbu  Musa  əl-Əş`əri  

(Allah  ondan  razı  qalsın!)

  

deyib:



“...Əsma  bint  Ümeys  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  

olsun!)  

zövcəsi  Həfsəyə  baş  çəkdi.  O,  Nəcaşinin  yanına  hicrət  

edənlərdən  idi.  Əsma  Həfsənin  yanında  olarkən  Ömər  içəri  

daxil  oldu.  Əsmanı  görüb  soruşdu:  “Bu  kimdir?”  Həfsə  dedi:  

“Əsma  bint  Ümeysdir.”  Ömər  təkrar  soruşdu:  “Həbəşdirmi?  

Dənizlə  gələn  qadındırmı?”  Əsma  dedi:  “Bəli!”...”

1

.

Rəvayət  olunur  ki,  Abdullah  ibn  Əmr  ibn  As  



(Allah  ondan  razı  

qalsın!)

  deyib:


“(Bir  dəfə)  Haşimoğullarından  bir  neçə  şəxs  Əsma  bint  

Ümeysin  yanına  gəlmişdilər.  Bu  əsnada  Əbubəkr  əs-Siddiq  də  

(Əsmanın  yanına)  gəldi.  Həmin  günlər  Əsma  Əbubəkrlə  nişanlı  

idi.  Əbubəkr  bundan  (onların  oraya  gəlmələrindən  –  mütərcim)  

xoşlanmadı.  (Gedib)  bunu  Peyğəmbərə  

(Ona  Allahın  xeyir-duası  və  sa-

lamı  olsun!)  

danışıb  dedi:  “Amma  mən  (orada)  xeyirdən  başqa  

heç  nə  görmədim.”  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

buyurdu:  “Şübhə  yox  ki,  Allah  onu  (Əsmanı)  belə  işlərdən  

uzaq  tutmuşdur.”  Daha  sonra  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  

salamı  olsun!)  

minbərə  qalxaraq  dedi:  “Bu  günümdən  sonra  kimsə  

yanında  bir-iki  nəfər  olmadan  əri  evdə  olmayan  qadının  yanına  

getməsin!”

2

  

Ümeyr  ibn  əl-Əsvəd  əl-Ənsi  deyib:  



“Übadə  ibn  Samitə  Homs  sahilində  olarkən  baş  çəkdim.  

Evində  idi,  yanında  Ümmi-Haram  vardı.  Ümmi-Haram  bizə  

danışdı  ki,  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

belə  


1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  

2

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə