Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə153/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   150   151   152   153   154   155   156   157   158

Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...

489


namaz  qıldıracağam.”  Namaz  qıldırdı,  bizim  və  övladlarımızın  

dünya  və  axirət  xoşbəxtliyi  üçün  dua  etdi”

1

.

Rəvayət  olunur  ki,  Ənəs  ibn  Malik  



(Allah  ondan  razı  qalsın!)

  deyib:


“Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

insanların  ən  yax-

şı  xasiyyətlisi  idi  (başqa  versiyada:  bizimlə  qaynayıb-qarışardı).  

Əbu  Ümeyr  adlı  bir  qardaşım  var  idi.  Həmin  vaxt  təzə  süd-

dən  kəsilmişdi.  (Onun  Nüğeyr  adlı  quşcuğazı  var  idi.  Bir  dəfə  

quşcuğaz  xəstələnmişdi).  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  

olsun!)  

gəldiyində  ona  dedi:  “Ay  Əbu  Ümeyr,  gör  başımıza  nə  iş  

açıb  bu  Nüğeyr!”  Həmin  vaxt  Əbu  Ümeyr  Nüğeyrlə  oynayır-

dı.  Yadıma  gəlir  ki,  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

bizim  evimizdə  olanda  namaz  vaxtı  girərdisə,  (yatdığı)  həsirin  

təmizlənməsini  əmr  edər,  namaza  durardı.  Biz  də  onun  arxa-

sında  durub  namaz  qılardıq”

2

.  


İbn  Həcər  demişdir:  

“Hədisə  görə  bir  kişinin  yad  qadına  baş  çəkməyi,  əgər  qadın  

cavan  deyilsə  və  fitnə-fəsad  çıxmazsa,  caizdir.  Həmçinin  bu  

hədisə  görə  bir  kişinin  öz  zövcəsinin  evində  deyil,  başqa  bir  

evdə  –  bu  evdə  öz  zövcəsi  olmasa  da  –  günorta  yatması  caiz-

dir.  Bir  hökmdar  da  rəiyyətindən  bəzi  kimsələrin  –  hətt a  qadın  

da  olsa  –  evində  günorta  yata  bilər.  

Həmçinin  hədisə  görə  əri  evində  olmayan  qadının  evinə  

fitnə-fəsad  ehtimalı  olmadıqda  bir  kişinin  gəlməsi  caizdir.  O  da  

aydın  olur  ki,  böyük  şəxs  bir  dəstə  adamı  ziyarət  etdiyində  hər  

kəs  eyni  qayğını  göstərməlidir.  Məsələn,  (hədisdən  məlum  olur  

ki,  Peyğəmbər)  Ənəslə  əl  verib  görüşmüş,  Əbu  Ümeyrlə  zarafat  

1

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  



2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.




İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

490


etmiş,  Ümmi-Süleymin  yatağında  yatmış  və  onlara  öz  evlərində  

namaz  qıldırmışdı  ki,  hamı  onun  bərəkətindən  istifadə  etsin”

1

.

Aşağıda  bəzi  faktlara  toxunacağıq.  Bu  faktlar  səmimi  qayğı-



dan  söz  açır.  

Rəvayət  olunur  ki,  Ənəs  ibn  Malik  



(Allah  ondan  razı  qalsın!)

  deyib:


“Ümmi-Süleym  Peyğəmbərə  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)

  

dəri  həsirdən  yer  salır,  Peyğəmbər  də  onun  üzərində  yatırdı.  



Elə  ki  yatdı  Ümmi-Süleym  onun  təri  və  tükündən  götürür,  bir  

şüşəyə  qoyur,  ətirə  qatırdı”

2

.

İmam  Müslimin  versiyasında  deyilir:  



“Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

yatdığında  tərlə-

yirdi.  O  da  (Ümmi-Süleym)  onun  tərini  yığır,  qablarda  ətirə  

qatırdı.  Peyğəmbər  (bir  dəfə)  soruşdu:  “Nədir  bu,  ey  Ümmi-

Süleym?”  Dedi:  “Tərindir,  onu  ətrimə  qatıram”

3

.



İbn  Həcər  demişdir:

“əl-Mühəlləb  bu  hədis  haqda  deyib  ki,  böyük  insan  tanışla-

rının  evində  günorta  yata  bilər.  Çünki  aralarında  sevgi  və  istək  

vardır...  Bəziləri  bu  əhvalatda  saçdan  söz  açılmasını  belə  izah  

edirlər  ki,  daranarkən  ətrafa  tökülübmüş.  Sonralar  mən  gör-

düm  ki,  Məhəmməd  ibn  Sə`din  rəvayəti  bu  qarmaqarışıqlığa  

aydınlıq  gətirir.  O,  səhih  istinadla  rəvayət  edir  ki,  Sabit  deyib:  

“Ənəs  ibn  Malik  demişdir:  “Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  sa-

lamı  olsun!)  

Minada  saçını  qırxdırdıqda  Əbu  Təlhə  onun  saçından  

götürüb  Ümmi-Süleymə  gətirdi.  Ümmi-Süleym  də  onu  ətrinə  

1

 İbn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  XIII  cild,  səh.  205-207.  



2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  

3

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  




Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...

491


qatdı.  Ümmi-Süleym  deyərdi:  “Peyğəmbər  gəlir,  mənim  evində  

həsirdə  yatır,  bədənindən  tər  axırdı...”.  

Bu  rəvayətdən  məlum  olur  ki,  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  

və  salamı  olsun!)  

yatdığında  Ümmi-Süleym  onun  tərindən  götürərək  

evində  çoxdan  saxladığı  saça  qatmışdı.  O,  bu  saçları  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

yatarkən  götürməmişdi.  

Rəvayətdən  o  da  məlum  olur  ki,  hadisə  Vida  həccindən  son-

ra  olmuşdu.  Çünki  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

vida  həccində  saçını  Minada  kəsdirmişdi”

1

.

Rəvayət  olunur  ki,  Ənəs  ibn  Malik  



(Allah  ondan  razı  qalsın!)

  deyib:


“Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

Quba  torpaqlarına  

gedərkən  Ümmi-Həram  bint  Məlhanın  qonağı  olurdu.  Ümmi-

Həram  ona  yemək  verirdi.  (Həmin  vaxtlar)  Ümmi-Həram  

Übadə  ibn  əs-Samitin  zövcəsi  idi.  Bir  dəfə  Peyğəmbər  

(Ona  Al-

lahın  xeyir-duası  və  salamı  olsun!)  

onun  yanına  getdi,  o  da  Peyğəmbərə  

(adəti  üzrə)  yemək  verdi.  Peyğəmbər  (yeməyi  yedikdən  sonra)  

yatdı.  Ayıldıqda  gülürdü.  (Ümmi-Həram  deyir:)  “Soruşdum:  

“Ey  Allahın  rəsulu,  nə  üçün  gülürsən?”  Dedi:  “Gördüm  ki,  

ümmətimdən  bir  dəstə  insan  bu  dənizdə  hökmdarlar  taxta  

oturubmuş  kimi  savaşa  çıxıblar.”  Bu  zaman  Ümmi-Həram  dedi:  

“Allaha  dua  et  ki,  məni  də  onlardan  etsin!”  Peyğəmbər  



(Ona  

Allahın  xeyir-duası  və  salamı  olsun!)  

dua  etdikdən  sonra  yatdı.  Ayıldıqda  

gülürdü.  (Ümmi-Həram  deyir:)  “Dedim:  “Ey  Allahın  rəsulu,  

nə  üçün  gülürsən?”  Dedi:  “Gördüm  ki,  ümmətimdən  bir  dəstə  

insan  bu  dənizdə  hökmdarlar  taxta  oturubmuş  kimi  savaşa  

çıxıblar”

2

.

1



 İbn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  XIII  cild,  səh.  312-313.

2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə