Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə154/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   150   151   152   153   154   155   156   157   158

İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

492


Hafiz  ibn  Həcər  demişdir:

“Hədisə  görə  naməhrəm  (yad)  qadın  qonağına  xidmət  edib  

yemək  verə  bilər.  Həmçinin  qadın  qonağının  başını  bitləyə  

bilər...  

Bu  vəziyyət  bəzi  alimlərə  qəribə  görünüb.  İbn  Əbdülbərr  

deyib:  “Fikrimcə,  Ümmi-Həram  və  ya  bacısı  Ümmi-Süleym  

(körpəlikdə)  Peyğəmbərə  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

süd  


vermişlər.  Buna  görə  də  onların  hər  biri  Peyğəmbərin  

(Ona  Alla-

hın  xeyir-duası  və  salamı  olsun!)  

süd  anası  və  ya  xalasıdır.  Bu  səbəbdən  

Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

onun  evində  yatmış,  

o  da  ona  məhrəm  olmuşdur”.

Başqa  alimlər  isə  demişlər:  

“Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

məsum  idi.  Zöv-

cəsinə  qarşı  istəyini  boğa  bilirdisə,  nə  üçün  də  başqa  qadınlara  

qarşı  istəyini  boğa  bilməsin?!  Həmçinin  o,  bütün  pis  hərəkət  

və  sözlərdən  uzaq  idi.  Bütün  bunlar  ona  xas  məziyyətlər  idi”.

Bəlkə  də,  bu,  hicab  vacib  edilməzdən  əvvəl  olmuşdu.  Eyni  

zamanda  bunun  hicab  vacib  edildikdən  sonra  baş  verdiyini  

qətiyyətlə  söyləmək  olar.  Mən  sözümün  əvvəlində  bu  hadisənin  

Vida  həccindən  sonraya  təsadüf  etdiyini  demişdim.  Qazi  İyaz  

birinci  ehtimalı  rədd  edərək  bildirmişdi  ki,  Peyğəmbərə  xas  

məziyyətlər  ehtimalla  isbatlanmaz.  Məsumluq  şübhəsizdir,  

amma  əsas  olan  şey  bu  şeyin  Peyğəmbərə  



(Ona  Allahın  xeyir-duası  və  

salamı  olsun!)  

xas  hal  olmamağıdır  və  onu  davranışlarında  təqlid  

etmək  caizdir.  

Dimyati  məhrəmlik  iddiası  ilə  çıxış  edənləri  ifrat  formada  

rədd  edərək  demişdir:  



Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...

493


“Ümmi-Həramın  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

süd  və  ya  əsl  xalası  olduğunu  iddia  edənlər,  Ümmi-Həramı  

xalalıqdan  dolayı  məhrəm  sayanlar  özlərini  itirmişlər.  Çünki  

peyğəmbərin  qan  qohumları  və  ona  süd  verənlər  məlumdur”

1

.

Hafiz  ibn  Həcər  sözünə  davam  edir:



“Burada  ən  yaxşı  cavab  odur  ki,  bu  davranış  ancaq  Peyğəm-

bərə  xas  olmuşdur.  Bu  iddianın  dəlillərlə  isbatlanması  onun  

rədd  edilə  biləcəyi  mənasına  gəlmir.  Çünki  bunun  belə  oldu-

ğunu  göstərən  dəlillər  aydındır.  Ən  düzünü  Allah  bilir”

2

.

Şeyx  Yusif  əl-Qərdavi  “Qətər”  televiziyasında  verdiyi  fitvada



3

  

demişdir:  “Mən  bu  hədisdə  gizli  və  ya  açıq  dəlilin  harada  ol-



duğunu  bilmirəm”.  

Biz  də  Şeyx  Qərdavinin  dediklərinə  əlavə  olaraq  söyləyirik  

ki,  bəli,  bu  hərəkətin  Peyğəmbərə  xas  olmağı  haqda  dəlil  möv-

cud  deyildir  və  Hafiz  ibn  Həcər  özü  bizə  aşağıdakı  hədisi  şərh  

edərkən  hökmün  ümumiliyinə  dair  dəlil  təqdim  edir.  Hədisdən  

məlum  olur  ki,  Əbu  Musa  əl-Əş`ərinin  başını  bitləyən  qadın  

onun  qardaşlarından  birinin  zövcəsi  olmuşdur.  

Rəvayət  olunur  ki,  Əbu  Musa  əl-Əş`əri  



(Allah  ondan  razı  qalsın!)

  

demişdir:  



“Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

məni  Yəmənə  

göndərmişdi.  Peyğəmbər  Bəthada

4

  ikən  yanına  qayıtdım.  Soruş-



du:  “Təlbiyə”ni  necə  oxudun?”  Dedim:  “Peyğəmbər  necə  oxu-

muşdusa,  elə  oxudum.”  Sual  etdi:  “Yanında  qurbanlıq  heyvan  

1

 İbn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  XIII  cild,  səh.  320.



2

 Yenə  orada.  

3

 Fitvanın  yazılı  mətni  məndə  vardır.  



4

 Məkkədə  yer  adı




İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

494


varmı?”  Dedim:  “Xeyr,  yoxdur.”  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  

salamı  olsun!)  

əmr  etdi  ki,  Evin  (Kə`bənin)  ətrafına  dövrə  vurum,  

Səfa  və  Mərvanı  qaçım.  Daha  sonra  əmr  etdi  ki,  “təlbiyə”ni  

oxuyum,  mən  də  oxudum.  Axırda,  həmqəbiləm  sayılan  bir  qa-

dının  yanına  getdim.  Başımı  darayıb,  saçlarımı  yudu  (Başqa  bir  

versiyada:  Bəni-Qeys  qadınlarından  bir  qadının  yanına  getdim,  

o  da  başımı  bitlədi”

1

.



Hafiz  ibn  Həcər  demişdir:  

“...həmqəbiləm  sayılan  bir  qadının  yanına  getdim”  sözündən  

ağla  ilk  gələn  budur  ki,  həmin  qadın  Qeys  Əylan  qəbiləsindən  

imiş.  Bu  qəbilə  ilə  Əş`ərioğulları  qəbiləsi  arasında  qan  qohum-

luğu  yoxdur.  Lakin  Əyyub  ibn  Aidin  rəvayət  etdiyi  hədisdə  

(ikinci  rəvayəti  nəzərdə  tutur)  Bəni-Qeys  qəbiləsindən  olan  

qadından  söhbət  gedir.  Bundan  mənə  aydın  olur  ki,  Qeys  

dedikdə  Əbu  Musa  əl-Əş`ərinin  atası  Qeys  ibn  Süleym  nəzərdə  

tutulur.  Həmin  qadın  da  onun  qardaşlarından  (həmqəbiləsi  

olanlardan)  birinin  arvadıdır.  Əbu  Musanın  Əbu  Rəhm,  Əbu  

Bürdə  və  deyilənə  görə,  Məhəmməd  adlı  qardaşları  olmuşdur”

2

.



Şübhə  yoxdur  ki,  bu  cür  qayğı  fitnə-fəsad  çıxmayacağı  

təqdirdə  icazəlidir.  Dini  mətnlərdən  aydın  olur  ki,  belə  xü-

susi  hallarda  adətən  fitnə-fəsad  olmur.  Bu  isə  fitnəyə  imkan  

verməyən,  son  dərəcədə  səmimi  qayğıya  stimul  yaradan  aş-

kar  sosial  vəziyyətlərdə  mümkündür.  Belə  vəziyyət  göstərir  ki,  

əməlisaleh  möminlər  arasında  yaxınlıq  vardır  və  bu  səmimi  

yaxınlıq  qəlblərdə  şəhvətə  əngəl  olan  köklü  duyğulara  səbəb  

olmuşdur.  Kaş  bu  duyğular  bütün  dostluq  vəziyyətlərində  ola  

1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.



2

 İbn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  IV  cild,  səh.  161.




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə