Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə148/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   144   145   146   147   148   149   150   151   ...   158

İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

474


“Ən  doğru  olan  bizim  Cabirdən  rəvayət  etdiyimizdir.  Çünki  

o,  bu  xalqın  etdiklərini  və  həmin  səhnələri  görmüşdür”

1

.  


Hafiz  ibn  Həcər  demişdir:

“Əbu  Əvanə  “Səhih”  kitabında  rəvayət  edir  ki,  Cabir  deyib:  

“Gənc  qızlar  nikahlandığı  vaxt  cariyələr  ney  çalıb  dəf  vururdu-

lar.  İnsanlar  onların  yanına  tələsir,  Peyğəmbəri  



(Ona  Allahın  xeyir-

duası  və  salamı  olsun!)  

ayaqüstə  qoyub  gedirdilər.  Bu  zaman  həmin  

ayə  nazil  oldu”

2

.



Süyutinin  “əd-Dürr  əl-mənsur”  kitabında  deyilir:

“Nikah  (mərasimi)  olduqda  iştirakçılar  oynayır,  çalğı  çalır,  

əyləncəyə  qoşulmaq  üçün  məscidin  yanından  keçirdilər”

3

.



Xalid  ibn  Zəkvan  rəvayət  edir  ki,  Rübəyye  bint  Müəvviz  ibn  

Əfra  demişdir:

“Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

evləndiyimdə  

yanıma  gəlmişdi.  ...Yatağımda  əyləşdi.  Gənc  cariyələr  bizim  

üçün  dəf  çalmağa  başlayıb,  Bədr  günü  öldürülmüş  atalarımızı  

tərifl ədilər.  Onlardan  biri  dedi:  “Aramızda  sabah  nə  olacağını  

bilən  peyğəmbər  var.”  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

dedi:  “Belə  demə,  bayaq  dediklərini  təkrarla”

4

.

“Fəth  əl-Bari”  kitabında  deyilir:



“Mühəlləb  demişdir:  “Hədisdən  görünür  ki,  nikah  dəf  ça-

lının  mübah  oxunmaqla  (ətrafa)  bildirilirmiş.  İmam  da  toyda  

iştirak  edirmiş.  Əgər  əyləncə  olacaqsa,  mübah  həddə  olmalıdır”.

1

 Təbəri.  Təfsir,  “Cümə”  surəsinin  11-ci  ayəsinin  təfsiri.



2

 İbn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  III  cild,  səh.  76.

3

 əs-Süyuti.  əd-Dürr  əl-Mənsur,  “Cümə”  surəsinin  11-ci  ayəsinin  təfsiri.



4

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  




Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...

475


Təbərani  “həsən”  istinadla  rəvayət  edir  ki,  Həzrəti  Aişə  

(Allah  

ondan  razı  qalsın!)

  deyib:  

“Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

ənsar  qadınlarının  

yanından  keçdi.  Onlar  toyda  idilər  və  oxuyurdular:  

Peyğəmbər  ona  ağlı-qaralı  quzu  verdi,

Və  sənin  ərin  səhrada  və  sabah  nə  olacağını  bilir.

Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

dedi:  “Sabah  nə  

olacağını  ancaq  Allah  bilir”

1

.



Ənəs  ibn  Malik  

(Allah  ondan  razı  qalsın!)

  demişdir:

“Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

toydan  qayıdan  

qadın  və  uşaqları  gördükdə  dikələrək  dedi:  “Allah  şahid  olsun  

ki,  siz  ən  çox  sevdiyim  insanlarsınız.”  Və  dediklərini  üç  dəfə  

təkrarladı”

2

.  



“Səhih  əl-came  əs-səğir  və  ziyadətuh”  kitabında  belə  bir  

hədis  var:  “Halal  və  haram  arasında  fərq  nikah  zamanı  dəf  ça-

lıb  səs  çıxarmaqdır”

3

.



Nəsai  rəvayət  edir  ki,  Amir  ibn  Sə`d  deyib:

“Qürəzə  ibn  Kə`b  və  Əbu  Məsud  əl-Ənsari  toyda  idilər.  Yan-

larına  getdim.  Gördüm  ki,  cariyələr  çalıb  oxuyurlar.  Dedim:  “Ey  

Peyğəmbərin  iki  səhabəsi  və  Bədrdə  iştirak  edənlər!  Belə  şey  

sizin  yanınızda  edilərmi?”  Dedilər:  “İstəsən,  əyləş  bizimlə  qulaq  

as.  Yox,  istəsən,  get.  Bizə  toylarda  əylənmək  icazəsi  verilib”

4

.

1



 İbn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  XI  cild,  səh.  109.

2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.



3

 Səhih  əl-came  əs-səğir  və  ziyadətuh,  hədis  №  4082.

4

 Mişkat  əl-məsabih,  hədis  №  3159.  




İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

476


Toy məclislərində iştirak

Rəvayət  olunur  ki,  Ənəs  ibn  Malik  



(Allah  ondan  razı  qalsın!)

  deyib:  

“Mən  bu  ayənin  (hicab  ayəsinin)  nə  üçün  nazil  olduğunu  

yaxşı  bilirəm.  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

Zeynəb  


bint  Cəhşlə  evləndiyi  gün  ziyafət  verdi,  insanları  çörək  və  ətlə  

doydurdu.  Sonra  möminlərin  analarının  evlərinə  baş  çəkdi.  

Belə  etmək  zifafdan  sonra  onun  adəti  idi.  Onlara  salam  verib  

dua  etdi.  Onlar  da  ona  salam  verib  dua  etdilər.  Evinə  qayıtdı-

ğında  bir-biri  ilə  söhbət  edən  iki  kişi  gördü.  Peyğəmbər  

(Ona  

Allahın  xeyir-duası  və  salamı  olsun!)  

onları  gördükdə  geri  qayıtdı.  Onlar  

Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

geri  qayıtdığını  

gördüklərində  yerlərindən  sıçrayıb  (evdən)  çıxdılar.  Onların  çı-

xıb  getmələrini  mənmi  Peyğəmbərə  dedim,  yoxsa  başqalarımı  

xəbər  verdi,  xatırlamıram.  Bundan  sonra  Peyğəmbər  evinə  geri  

qayıtdı,  mənimlə  arasında  pərdə  çəkdi.  Bu  əsnada  hicab  ayəsi  

nazil  oldu”

1

.



Gəlin  toyda  toya  çağırılanlara  xidmət  göstərmişdir:

Rəvayət  olunur  ki,  Səhl  demişdir:

“Əbu  Üseyd  əs-Saidi  toyunu  edərkən  Peyğəmbəri  

(Ona  Allahın  

xeyir-duası  və  salamı  olsun!)  

və  sahəbələrini  çağırmışdı.  Onlara  yeməyi  

zövcəsi  Ümmi-Üseyd  hazırlayıb  vermişdi.  Ümmi-Üseyd  gecədən  

bir  saxsı  qabda  suya  xurma  qoymuşdu.  Peyğəmbər  



(Ona  Allahın  xe-

yir-duası  və  salamı  olsun!)  

yeməyini  bitirdikdə  Ümmi-Üseyd  xurmaları  

əzib  su  ilə  qarışdırdı  və  ona  verdi”

2

.



1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  

2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə