Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə141/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   137   138   139   140   141   142   143   144   ...   158

İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

452


Peyğəmbərə  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

bey`ət  etmiş  ənsar  

qadınlarındandır.  Çünki  Uhud  günü  bizim  üçün  ağır  tuluqları  

daşıyırdı...”

1

.

İmam Müslimin “Səhih” kitabının 



“Cihad” fəslindən

  

1.  “Qadınların  kişilərlə  birlikdə  döyüşməyi”  babı

Rəvayət  olunur  ki,  Ənəs  ibn  Malik  



(Allah  ondan  razı  qalsın!)

  de-


mişdir:

Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

savaşa  çıxdığında  

Ümmi-Süleym  və  ənsardan  bəzi  qadınları  özü  ilə  aparırdı.  On-

lar  (əsgərlərə)  su  verir,  yaralıları  müalicə  edirdilər”

2

.

Rəvayət  olunur  ki,  Ənəs  ibn  Malik  



(Allah  ondan  razı  qalsın!)

  deyib:


“Hüneyn  günündə  Ümmi-Süleym  üstündə  daşıdığı  xəncəri  

əlində  tutmuşdu.  Onu  görən  Əbu  Təlhə  Peyğəmbərə  



(Ona  Allahın  

xeyir-duası  və  salamı  olsun!)  

dedi:  “Ey  Allahın  rəsulu,  bu,  Ümmi-Sü-

leymdir,  əlindəki  də  xəncərdir.”  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  

və  salamı  olsun!)  

soruşdu:  “Bu  nə  xəncərdir?”  (Ümmi-Süleym  de-

yir:)  “Onu  götürmüşəm  ki,  müşriklərdən  kimsə  mənə  yaxın-

laşsa,  qarnını  deşim.”  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

güldü”.


3

  

1



 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.

2

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.



3

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  




Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...

453


2.  Döyüşçü  qadınlara  bir  az  qənimətin  verilməsi  babı

Həfsə  bint  Sirin  rəvayət  edir  ki,  Ümmi-Ətiyyə  əl-Ənsariyyə  



(Allah  ondan  razı  qalsın!)

  deyib:


“Peyğəmbərlə  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

yeddi  döyüşdə  

iştirak  etdim.  Miniklərinin  arxasında  olur

1

,  onlara  yemək  bişi-



rir,  yaralıları  müalicə  edir,  xəstələrə  baxırdım”

2

.



Buxari  isə  rəvayət  edir  ki,  Həfsə  bint  Sirin  

(Allah  ondan  razı  qal-

sın!)

  demişdir:

“Bir  qadın  gələrək  Bəni-Xilf  qəbiləsinə  qonaq  düşdü.  Ya-

nına  getdim.  Mənə  danışdı  ki,  bacısının  (Ümmi-Ətiyyənin  –  



mütərcim)  əri  Peyğəmbərlə  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

on  


iki  yürüşdə  iştirak  edib.  Bacısı  (Ümmi-Ətiyyə)  onunla  birlikdə  

altı  yürüşdə  olub.  Onu  da  dedi  ki:  “Xəstələrə  baxır,  yaralıları  

müalicə  edirdik.”  (Həfsə  deyir:)  “(Sonra)  Ümmi-Ətiyyə  gəl-

diyində  bunu  ondan  soruşdum...”

3

.

İbn Sə`din “ət-Təbəqat əl-kübra” 



kitabından

Bu  kitabda  Xeybər  döyüşündə  iştirak  etmiş  qadınlar  haq-

da  çoxlu  rəvayətlər  vardır.  Bu  qadınlardan  Ümmi-Sinan  əl-

Əsləmiyyə  deyib:

“Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

Xeybərə  yürüşə  

çıxmaq  istədiyində  yanına  gedib  dedim:  “Ey  Allahın  rəsulu,  

səninlə  birlikdə  döyüşə  getmək,  tuluqları  yamamaq,  xəstə  və  

1

  Yəni,  minikləri  və  yüklərinin  qayğısına  qalırdım.  



2

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  

3

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  




İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

454


yaralıları  müalicə  etmək,  yox,  yaralıları  müalicə  edən  varsa,  

minikləriniz,  çadır  və  əşyalarınızın  keşiyini  çəkmək  istəyirəm.”  

Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

dedi:  “Allahın  bərə-

kəti  üzrə  gələ  bilərsən!  Sənə  yol  yoldaşı  olacaq  qadınlar  var.  

Həm  sənin  qəbiləndən,  həm  də  başqa  qəbilələrdən  olan  bu  qa-

dınlar  (yürüşə  çıxmaq  üçün)  mənimlə  danışdılar,  mən  də  on-

lara  icazə  verdim.  İstəsən  öz  həmqəbilələrinlə,  istəsən  bizimlə  

gəl.”  Dedim:  “Səninlə  gedirəm.”  Dedi:  “Elə  isə,  zövcəm  Ümmi-

Sələmə  ilə  ol.”  Mən  də  onunla  birlikdə  getdim”

1

.

İbn  Sə`din  kitabındakı  rəvayətlərdən  məlum  olur  ki,  Xeybər  



döyüşündə  on  beş  qadın  iştirak  edibmiş.  Onlar  bunlardır:  Üm-

mi-Sinan  əl-Əsləmiyyə,  Ümmi-Əymən,  Peyğəmbərin  cariyəsi  

Səlma,  Əbu  Rafenin  zövcəsi  Kəibə  bint  Sə`d  əl-Əsləmiyyə,  

Ümmi-Muta  əl-Əsləmiyyə,  Ümeyyə  bint  Qeys  əl-Ğifariyyə,  Üm-

mi-Amir  əl-Əşhəliyyə,  Ümmi-Zəhhak  bint  Məsud  əl-Harisiyyə,  

Hind  bint  Əmr  ibn  Həram,  Ümmi-Məni  bint  Əmr,  Ümmi-

Ümarə  Nəsibə  bint  Kə`b,  Ümmi-Səlit  ən-Nəccariyyə,  Ümmi-

Süleym,  Ümmi-Ətiyyə  əl-Ənsariyyə  və  Ümmi-Əla  əl-Ənsariyyə.  

Bu  kitabdakı  bəzi  məlumatlar  Buxari  və  Müslimin  dediklərini  

təsdiqləyir.  Məsələn,  Ümmi-Süleymin  Xeybər  döyüşündə  iş-

tirakı  haqda  Ənəs  ibn  Malik  demişdir:  “Peyğəmbər  

(Ona  Al-

lahın  xeyir-duası  və  salamı  olsun!)  

Xeybərə  yürüşə  çıxdı...  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

Səfiyyəni  köləlikdən  qurtarıb  

onunla  evləndi...  Yolda  ikən  Ümmi-Süleym  Səfiyyəni  toy  üçün  

hazırladı...”

2

.

1



 İbn  Sə`d.  ət-Təbəqat  əl-kübra,  VIII  cild,  səh.  292.  

2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə