Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...
449
(Əta deyir:) “Qadınlar gecələr hicabla çıxır,
kişilərlə birlikdə
təvaf edirdilər. Amma onlar Kə`bəyə daxil olduqlarında kişilər
çıxar, onlar orada (ibadət üçün) qalardılar. Mən və Übeyd ibn
Ümeyr Səbir dağında Aişənin yanında olardıq.” (Cüreyc de-
yir:) “Onun hicabı necə idi?” (Əta) dedi: “O, kiçik çadır idi.
Girişində pərdə vardı. Bizimlə onu (Aişəni) bu örtük ayırırdı.
Mən onun əynində qızılgül rəngində paltar görmüşdüm”
1
.
QADIN VƏ KİŞİLƏR BİRLİKDƏ
CİHADA ÇIXMIŞLAR
Buxarinin “Came əs-səhih” kitabının
“Cihad” fəslindən
1. Qadın və kişilərin cihad və şəhidlik üçün dua etmələri
babı
Rəvayət olunur ki, Ənəs ibn Malik
(Allah ondan razı qalsın!)
deyib:
“Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
Quba torpaq-
larına gedərkən Ümmi-Həram bint Məlhanın qonağı olurdu.
Ümmi-Həram ona yemək verirdi. (Həmin vaxtlar) Ümmi-Hə-
ram Übadə ibn əs-Samitin zövcəsi idi. Bir dəfə Peyğəmbər
(Ona
Allahın xeyir-duası və salamı olsun!)
onun yanına getdi, o da Peyğəmbərə
(adəti üzrə) yemək verdi. Peyğəmbər (yeməyi yedikdən sonra)
lah vallahu Əkbər” deyərək onu salamlamaq, əl sürtüb öpmək. Qələbəlik
olarsa, uzaqdan əl qaldırmaq. İstilam gətirmək həccin sünnə ayinlərin-
dəndir – tərcüməçinin qeydi.
1
Hədisi İmam Buxari rəvayət etmişdir.
İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı̇
450
yatdı. Ayıldıqda gülürdü. (Ümmi-Həram deyir:) “Soruşdum:
“Ey Allahın rəsulu, nə üçün gülürsən?” Dedi: “Gördüm ki,
ümmətimdən bir dəstə insan bu dənizin üstü ilə hökmdarlar
taxta oturubmuş kimi yürüşə çıxıblar.” Bu zaman Ümmi-Həram
dedi: “Allaha dua et ki, məni də onlardan etsin!” Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
dua etdikdən sonra yatdı. Ayıl-
dıqda gülürdü. (Ümmi-Həram deyir:) “Dedim: “Ey Allahın
rəsulu, nə üçün gülürsən?” Dedi: “Gördüm ki, ümmətimdən
bir dəstə insan bu dənizin üstü ilə hökmdarlar taxta otu-
rubmuş kimi yürüşə çıxıblar.” (Başqa bir rəvayətdə deyilir:
“Ümmətimdən Qeysərin şəhərinə yürüş edən ilk ordunun gü-
nahları bağışlanıb”) Dedim: “Allaha dua et ki, məni də onlar-
dan etsin!” Peyğəmbər dedi: “Sən birincilərdənsən”.
Ümmi-Həram (sonralar) Müaviyənin dövründə (gəmilərə)
minmiş, dənizdən çıxdığı vaxt atından yıxılaraq həlak olmuşdu”
1
.
2. Qadının dəniz döyüşünə çıxmağı babı
Rəvayət olunur ki, Ənəs ibn Malik
(Allah ondan razı qalsın!)
deyib:
“Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
Bint Məlhana baş
çəkdi. Evində dirsəklənib oturmuşdu. Sonra güldü...”
2
.
3. Qadınların kişilərlə birlikdə döyüşə çıxmağı və vuruş-
mağı babı
Rəvayət olunur ki, Ənəs ibn Malik
(Allah ondan razı qalsın!)
deyib:
“Uhud günü insanlar Peyğəmbərin
(Ona Allahın xeyir-duası və sala-
mı olsun!)
yanından dağılışmışdılar. Gördüm ki, Əbubəkrin qızı
Aişə və Ümmi-Süleym səylə işləyirlər. Paltarlarını topuğa qədər
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
2
Buxari bu məqamda Ümmi-Həram əhvalatı ilə əlaqəli başqa rəvayəti
nəql edir.
Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...
451
çırmayaraq bellərinə su tuluğu yükləyib daşıyır, yaralılara su
verir, su qurtardıqda yenidən qayıdıb (tuluqlara) su doldurur,
yaralıların ağzına tökürdülər”
1
.
Hafiz ibn Həcər demişdir:
“... Mən bunda (qadınların döyüşdə iştirak etmələri haqda
hədislərdə) onların savaşmalarına dair açıq məlumata rast gəl-
mədim. Bu səbəbdən İbn əl-Münir deyib: “(Buxari) hədisdə
məlumat olmamağına baxmayaraq, babı “Qadınların kişilərlə
birlikdə döyüşə çıxmağı və vuruşmağı” adlandırıb. (Buxari) ya
bununla bildirmək istəyib ki, qadınların savaşanlara kömək
etməyi özü bir savaşdır, ya da onu nəzərdə tutub ki, qadınlar
yaralılara su daşımışlar və s. Burada onun nəzərdə tutduğu şey
qadınların özlərini müdafiə etmələri də ola bilər ki, bunun
ehtimalı daha çoxdur.”
Digər tərəfdən, Ənəsə istinadən Müslim rəvayət edir ki,
Hüneyn günü Ümmi-Süleym əlində xəncər tutub deyirmiş:
“Xəncəri götürmüşəm ki, müşriklərdən kimsə mənə yaxınlaşsa,
qarnını deşim”
2
.
4. Döyüşlərdə qadınların su tuluqlarını daşımaları babı
Sə`ləbə ibn Malik rəvayət edir ki, (bir dəfə) Ömər ibn
əl-Xətt ab
(Allah ondan razı qalsın!)
Mədinəli qadınlara belə sarınan
qumaş paltar paylayırdı. Yerdə yaxşı bir paltar qalmışdı. Yanın-
dakı bəzi şəxslər ona dedilər: “Ey Möminlərin əmiri, bunu da
Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
sənin yanında qalan
qızına
3
ver.” Ömər dedi: “Ümmi-Səlit (buna) daha layiqdir. O,
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
2
İbn Həcər əl-Əsqəlani. Fəth əl-Bari, VI cild, səh. 419.
3
Həzrəti Ömərin zövcəsi Ümmi-Gülsüm bint Əlini nəzərdə tuturdular.