Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə122/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   118   119   120   121   122   123   124   125   ...   158

İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

394


hım,  ona  xeyir-dua  ver!  Allahım,  onu  bağışla!  Allahım,  ona  

rəhm  et!”

1

  hədisini  şərh  edən  İbn  Dəqiq  əl-Eyd  yazır:  



“Bundan  əvvəl  dedik  ki,  (hədisdə)  elə  mötəbər  xüsusiyyətlər  

vardır  ki,  onlara  biganə  qalmaq  olmaz.  Qoy  (oxucu)  hədisdə  

göstərilmiş  məziyyətlərə  nəzər  salsın,  hansı  xüsusiyyətlərin  mö-

təbər  olduğunu,  hansıların  da  olmadığını  müəyyənləşdirsin.  

Kişilik  (cins  mənasında  –  mütərcim)  xüsusiyyətinə  gəlincə,  

qadınların  məscidə  getməsi  məndubdur.  Zəruridir  ki,  (bu  

məsələdə)  qadınlar  kişilərlə  eyni  tutulsun.  Çünki  savab  qazan-

maq  məsələsində  (bir  şəxsin)  kişi  olmağı  şəriət  baxımından  nə  

isə  ifadə  etmir”

2

.



Qeyd  edək  ki,  müsəlman  qadınların  məscidə  gedib-gəlmələri  

fəziləti  baxımından  təkcə  Peyğəmbər  məscidi  ilə  məhdudlaş-

mamış,  əksinə,  Mədinə  ətrafı  və  xaricindəki  məhəllə  məscidlə-

rini  də  əhatə  etmişdi.  Bəzi  faktlara  nəzər  salaq:

Rəvayət  olunur  ki,  Abdullah  ibn  Ömər  

(Allah  ondan  razı  qalsın!)

  

demişdir:



“İnsanlar  Quba  torpaqlarında  sübh  namazını  qılarkən  bir  

nəfər  gəlib  dedi:  “Bu  gecə  Peyğəmbərə  



(Ona  Allahın  xeyir-duası  və  

salamı  olsun!)  

vəhy  gəlmiş  və  əmr  olunmuşdur  ki,  (namazda)  üzü-

nü  Kə`bəyə  tutsun.  Elə  isə  siz  də  üzünüzü  ona  (Kə`bəyə  –  

mütərcim)  sarı  çevirin.”  Həmin  vaxt  üzləri  Şama  tərəf  idi  və  

onlar  Kə`bəyə  doğru  çevrildilər”

3

.

Hafiz  ibn  Həcər  demişdir:  



1

 Ehkam  əl-əhkam  şər`  ümdə  əl-əhkam,  I  cild,  səh.  148.  

2

 Yenə  orada,  səh.  151.  



3

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  




Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...

395


“İbn  Əbu  Hatimə  görə,  Süveylə  bint  Əsləmin  rəvayət  et-

diyi  hədisdə  qibləyə  üz  çevirmənin  necə  baş  verməyi  haqda  

məlumat  vardır.  ...Süveylə  demişdir:  “Qadınlar  kişilərin,  kişilər  

də  qadınların  yerinə  keçdilər.  Və  biz  qalan  iki  rükəti  üzümüzü  

Beytülharama  (Kə`bəyə  –  mütərcim)  tutaraq  qıldıq”

1

.



Əmr  ibn  Sələmə  rəvayət  edir  ki,  atası  demişdir:  

“Allaha  and  olsun  ki,  yanınıza  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-dua-

sı  və  salamı  olsun!)  

yanından  gəlmişəm.  O  deyib:  “Filan  namazı  filan  

vaxtda,  filanını  da  filan  vaxtda  qılın.  Namaz  vaxtı  gəldikdə  biri-

niz  azan  versin,  namazı  da  sizə  aranızda  Quranı  ən  yaxşı  bilən  

qıldırsın.”  Adamlar  (bir-birinə)  baxdılar.  (Əmrin  atası  deyir:)  

“Aralarında  Quranı  məndən  yaxşı  bilən  yox  idi.  Quranı  gə-

lib-gedənlərdən  öyrənmişdim.  Məni  qabağa  keçirdilər.  Həmin  

vaxt  altı-yeddi  yaşım  olardı.  Əynimdəki  paltar  (əba)  səcdəyə  

getdiyimdə  dartılır,  (aşağılarım  görünürdü).  Həmin  məhəllədən  

bir  qadın  (camaata)  dedi:  “Quran  oxuyanınızın  arxasını  bizdən  

gizlətməyəcəksinizmi?!”

2

  (Əmrin  atası  deyir:)  “(Adamlar  par-



ça)  alıb  (ondan)  mənə  uzun  köynək  biçdilər.  Həmin  köynəyə  

sevindiyim  qədər  heç  nəyə  sevinməmişdim”

3

.  


Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

qadınların  məscidə  

gəlib-getmək  haqqının  olduğunu  xüsusi  şəkildə  bildirmiş,  bu  

haqqın  qorunması  üçün  səy  göstərmişdir.  

Abdullah  ibn  Ömər  

(Allah  ondan  razı  qalsın!)

  rəvayət  edir  ki,  

Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

demişdir:  

1

 İbn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  II  cild,  səh.  52.



2

 Yəni,  paltarı  qısa  olduğundan  səcdədə  onun  ayıb  yerləri  arxadan  görünür,  

uzun  paltar  alın  ki,  biz  onun  ayıb  yerlərini  görməyək  –  tərcüməçinin  qey-

di.  

3

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  




İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

396


“Qadınlarınız  sizdən  gecələr  məscidə  getmək  üçün  icazə  is-

təsələr,  onlara  icazə  verin”

1

.

Rəvayət  olunur  ki,  Abdullah  ibn  Ömər  



(Allah  ondan  razı  qalsın!)

  

demişdir:



“Ömərin  zövcəsi  sübh  və  işa  namazlarını  məsciddə  camaatla  

qılırdı.  (Bir  dəfə)  ona  dedilər:  “Nə  üçün  məscidə  gedirsən?  

Sən  bilirsən  ki,  Ömər  bundan  xoşlanmır  və  (səni)  qısqanır.”  

(Qadın)  dedi:  “Bunu  mənə  qadağan  etməyə  ona  nə  mane  olur  

ki?”  Dedilər:  “Ona  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

sözü  mane  olur.  Belə  ki  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  

olsun!)  

deyib:  “Allahın  bəndələrinə  məscidlərə  getməyi  qadağan  

etməyin”

2

.  



Rəvayət  olunur  ki,  Abdullah  ibn  Ömər  

(Allah  ondan  razı  qalsın!)

  

demişdir:



“Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

belə  dediyini  

eşitmişəm:  “Qadınlarınız  sizdən  məscidə  getmək  üçün  icazə  

istəsələr,  məscidə  getmələrinə  mane  olmayın  (Hədisin  başqa  

versiyasında:  “Qadınların  məscidə  getmək  xoşbəxtliyinə  mane  

olmayın”).  

(Bu  zaman)  Bilal  ibn  Abdullah  dedi:  “Allaha  and  olsun  ki,  

onlara  mane  olacağıq!”  Bunu  eşidən  Abdullah  ona  tərəf  getdi  

və  ona  elə  pis  söydü  ki,  oxşarını  eşitməmişdim.  Daha  sonra  

dedi:  “Mən  sənə  deyirəm  ki,  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  

salamı  olsun!)  

belə  deyib,  sən  isə  deyirsən  ki,  “Allaha  and  olsun  ki,  

onlara  mane  olacağıq!”

3

1



 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  

2

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.



3

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə