Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə120/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   116   117   118   119   120   121   122   123   ...   158

İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

388


“Buxari  “Kişilərin  qadınlara,  qadınların  da  kişilərə  salam  

verməsi”  başlığı  altında  (hədisləri  toplayarkən),  Əbdürrəzzaqın  

Mə`mər  və  Yəhya  ibn  əbu  Kəsirə  istinadən  rəvayət  etdiyi  

hədisi  qəbul  etmədiyini  bildirmişdir.  (Həmin  hədisdə  deyilir:)  

“Eşitmişəm  ki,  o  (Peyğəmbər  –  mütərcim),  kişilərin  qadınla-

ra,  qadınların  da  kişilərə  salam  verməsindən  xoşlanmamışdır.”  

Hədis  “məqtu”  və  “mü`zəl”dir

1

.



Fitnə-fəsadın  baş  verməməyindən  əmin  olduqda  salam  

vermək  caizdir.  O  (İmam  Buxari  –  mütərcim),  bu  fəsildə  salam  

verməyin  caiz  olmağı  haqda  iki  hədis  rəvayət  etmişdir.  Habelə  

həmin  fəsildə  onun  (İmam  Buxarinin)  səhihlik  şərtlərinə  uy-

ğun  gəlməyən  bir  hədis  rəvayət  olunub.  Həmin  hədisi  Əsma  

bint  Yezid  rəvayət  etmişdir:  

“(Bir  dəfə)  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

yanı-


mızdan  keçirdi,  bizə  salam  verdi”.  

Tirmizi  bu  hədisi  “həsən”  hesab  etmiş,  Buxarinin  (səhihlik)  

şərtlərinə  uyğun  gəlmədiyini  bildirmiş,  özünün  (səhihlik)  şərt-

lərinə  cavab  verən  (hədislərlə)  kifayətlənmişdir.  O,  Əhməd  (ibn  

Hənbəlin  “Müsnəd”ində)  Cabirə  istinadən  rəvayət  olunmuş  hə-

disi  dəlil  göstərmişdir.  

Vasiləyə  istinadən  Əbu  Nüeymin  “Gecə  və  gündüzün  əməl-

ləri”nə  dair  rəvayət  etdiyi  “mərfu”  hədisdə  deyilir:  

“Kişilər  qadınlara  salam  verdikləri  halda,  qadınlar  kişilərə  sa-

lam  verə  bilməzlər”.  Hədisin  istinadı  zəifdir.  

Müslim  rəvayət  edir  ki,  Ümmi-Hani  demişdir:  

1

 “Zəif ”  hədis  növləri  –  tərcüməçinin  qeydi.  




Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...

389


“Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

yuyunduğu  za-

man  yanına  gedib  ona  salam  verdim”

1

.



“Onun  (Peyğəmbərin  –  mütərcim)  “Ey  Aişə,  bu  Cəbrayıldır,  

sənə  salam  söyləyir”  sözü  ilə  əlaqədar  olaraq,  İbn  ət-Tin  nəql  

edir  ki,  Davudi  etirazla  demişdir:  “Mələklərə  kişi  deyilməz,  

amma  Allah  onları  “müzəkkər”də  (kişi  cinsində)  göstərmişdir.”  

Buna  cavabən  deyirik  ki,  Cəbrayıl  vəhyin  ilk  vaxtlarında  oldu-

ğu  kimi  sonralar  da  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

yanına  kişi  şəklində  gəlirmiş”

2

.

İbn  Bətt al  rəvayət  edir  ki,  Mühəlləb  demişdir:  



“Fitnə-fəsad  təhlükəsi  olmazsa,  kişilərin  qadınlara,  qadınla-

rın  da  kişilərə  salam  verməsi  caizdir.  Malikilər  isə  “səddi-zəriə”

3

  

qaydasına  uyğun  olaraq,  (salam  vermədə)  cavan  və  yaşlı  qadın  



şərti  qoymuşlar...  Malikin  dəlili  Səhlin  hədisidir;  yaşlı  qadının  

yanına  gedən  və  yemək  yeyən  həmin  şəxslər  ona  məhrəm  

deyildilər...  Əgər  bir  məclisdə  qadınlar  və  kişilər  cəm  olsalar,  

fitnə-fəsad  təhlükəsi  yoxdursa,  bir-birlərinə  salam  verə  bilərlər”

4

.

Kişilərin  qadınlara  salam  verməsinin  şəriət  baxımından  doğ-



ruluğunu  aşağıdakı  hədis  də  təsdiqləyir:

“Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

qadınların  yanın-

dan  keçir,  onlara  salam  verirdi”

5

.



Əbu  Hüreyrə  

(Allah  ondan  razı  qalsın!)

  demişdir:  

“(Bir  dəfə)  Cəbrayıl  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  

olsun!)  

yanına  gəlib  dedi:  “Ey  Allahın  rəsulu!  Bax  Xədicə  əlində  

1

 İbn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  XIII  cild,  səh.  270-271.



2

 İbn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  XIII  cild,  səh.  271.

3

 Ehtimal  olunan  haram  qapısını  bağlamaq  –  tərcüməçinin  qeydi



4

 İbn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  XIII  cild,  səh.  271.

5

 Hədisi  İmam  Əhməd  rəvayət  etmişdir.  




İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

390


bir  qab  xörək  (və  ya  içməyə  bir  şeylə  buraya)  gəlir.  Sənin  

yanına  gəldikdə  ona  rəbbindən  və  məndən  salam  söylə,  onu  

Cənnətdə  (onun  üçün)  içiboş  mirvaridən  (hazırlanmış),  içində  

də  nə  səs-küy,  nə  də  yorğunluq  olan  bir  evlə  müjdələ!”

1

.

Əbu  ən-Nəzir  rəvayət  edir  ki,  Əbu  Mürrə



2

  Əbu  Talibin  qızı  

Ümmi-Haninin  belə  dediyini  eşidib:  

“Fəth  ilində  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

yanı-


na  getmişdim.  Gördüm  ki,  yuyunur,  qızı  Fatimə  də  (Peyğəmbər  

görünməsin  deyə)  pərdə  tutur.  Ona  salam  verdim.  “Kimdir?”  

–  deyə  soruşdu.  “Mənəm  –  Ümmi-Hani,  Əbu  Talibin  qızı”,  

–  deyə  cavab  verdim.  Dedi:  “Xoş  gördük,  Ümmi-Hani.”  Qüsl  

aldıqdan  sonra  səkkiz  rükət  namaz  qıldı.  (Namazını  bitirdikdən  

sonra)  dedim:  “Ey  Allahın  rəsulu,  anamın  oğlu  (qardaşım)  Əli  

dedi  ki,  himayəmdə  olan  (aman  verdiyim)  şəxsi  –  Hübeyrənin  

oğlu  filankəsi  öldürəcək.”  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  

olsun!)  

dedi:  “Sənin  himayəndə  olan  –  bizim  də  himayəmizdədir,  

ey  Ümmi-Hani!”  (Ümmi-Hani  deyir:)  “Bütün  bunlar  zuha  vax-

tı  baş  vermişdi”.

3

Rəvayət  olunur  ki,  Əbu  Hüreyrə  



(Allah  ondan  razı  qalsın!)

  demiş-


dir:  

“Bir  səhər  (yaxud  gecə)  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  

olsun!)  

evindən  çıxdı.  Birdən  Əbubəkr  və  Öməri  gördü.  Soruş-

du:  “Sizi  bu  saatda  evinizdən  nə  çıxarıb?”  Dedilər:  “Aclıq,  ey  

Allahın  rəsulu!”  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

dedi:  


“Canımı  Əlində  tutana  and  olsun  ki,  məni  də  sizi  evinizdən  

1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  



2

 Ümmi-Haninin  xidmətçisi  idi.  

3

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə