Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...
385
təkrarlanması daha münasibdir. Bununla belə, biz bəzən dini
mətnin müəyyən mövzu ilə əlaqəli hissəsini iqtibas gətirməklə
kifayətlənmişik.
4. Qənaətimizə görə, göstərdiyimiz dini mətnlər Quranda,
İmam Buxari və İmam Müslimin eyniadlı “Səhih” kitablarında
kişi və qadınların ünsiyyətinin formalarına dair bütün faktla-
rı özündə ehtiva edir. Dini mətnlərdən öyrənirik ki, ciddi
və ismətli ünsiyyət adət halını almışdı, Peyğəmbərin
(Ona Alla-
hın xeyir-duası və salamı olsun!)
sünnəsi sayılırdı. Biz dini ədəb-ərkan
çərçivəsində baş tutan ünsiyyət və görüşmə formalarını rədd
edən, hətt a buna azacıq da olsa eyham vuran bir dənə də ol-
sun dini mətnə rast gəlməmişik.
Bəzi dini mətnlərdən sonra alimlərdən iqtibas gətirdiyimiz
fikirlərə gəlincə, onları xüsusi şəkildə seçmişik; müxtəlif sahə-
lərdə kişi və qadınların ünsiyyətinin şəriətə uyğun gəldiyini,
bidət sayılmadığını isbatlayan bir sıra görüşləri göstərməklə
kifayətlənmişik.
5. Ümumi götürdükdə, dini mətnlər göstərir ki, müsəlman
qadın və kişilərin ünsiyyəti onların iradəsi daxilində baş ver-
mişdir. Çox az dini mətn vardır ki, məcburi ünsiyyət faktından
söz açır. Müsəlman kişi və qeyri-müsəlman qadınların ünsiyyəti
(görüşməsi) barədə danışan çox az sayda dini mətn də möv-
cuddur. Biz müsəlman cəmiyyətinin vəziyyətini, bu cəmiyyətdə
qadın-kişi ünsiyyətinin formalarını açıb göstərmək üçün həmin
dini mətnlərə də müraciət etmişik.
6. Göstərilmiş dini mətnlər ictimai və fərdi həyatın bir çox
sahəsinə aid olmaqla yanaşı, böyük ölçüdə fərqli xüsusiyyətlərə
sahibdir:
İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı̇
386
a) Bu dini mətnlər arasında mənası qətilik (açıq) və zənn
ifadə edənlər vardır. Amma biz dini bir hökmü təsdiqləmək
məqsədilə mənası qəti dini mətnlərdən istifadə etmişik.
b) Bu dini mətnlərin arasında “hicab” (pərdə arxasında da-
yanmaq) əmrindən əvvələ və sonraya aid olanlar vardır. Amma
bu, faktların məzmununa xələl gətirmir. Çünki “hicab” (pərdə
arxasında dayanmaq) Peyğəmbər xanımlarına aid hal idi.
c) Elə faktlar vardır ki, yalnız Peyğəmbər xanımları ilə
əlaqəlidir və bu faktlar digər qadınlarla əlaqəli faktlarla qarış-
dırılmamalıdır.
ç) Qadınların Peyğəmbərlə təkbaşına və ya bəzi səhabələrin
yanında görüşmələrinə dair dini mətnlərlə yanaşı, bir və ya bir
neçə səhabə ilə görüşmələrindən də bəhs edən dini mətnlər
vardır.
d) Hədislərdən məlum olur ki, ya bir qadın bir kişi və ya
kişilərlə, ya da bir dəstə qadın bir kişi və ya kişilərlə görüşmüş,
ünsiyyət qurmuşdur.
e) Dini mətnlərdə qısa, uzun, təkrarlanan görüşlərdən danı-
şılır.
Görüşün (ünsiyyətin) müddəti və yerinin əhəmiyyətini nə-
zərə alsaq, dörd səviyyədən danışmaq mümkündür:
Birinci səviyyə. Qısa vaxt ərzində reallaşan bir ehtiyac üçün
evdə qısa müddətə görüşmək (bir şey soruşmaq, məsləhət al-
maq, dua və bərəkət istəmək, hədiyyə vermək, xəstə yoluxmaq,
təbrik etmək, baş sağlığı diləmək).
İkinci səviyyə. Evdən kənarda qısa müddətə görüşmək (məs-
cidin işində iştirak etmək, məsləhət almaq, yaxşılığa çağırmaq,
məhkəməyə, söz sahibinə müraciət etmək).
Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...
387
Üçüncü səviyyə. Evdə uzun müddətə və ya davamlı görüşmək
(ziyarət etmək, qonaqlıq vermək və ya qonaqlığa getmək, bir
yerdə yaşamaq, ev işlərini görmək)
Dördüncü səviyyə. Evdən kənarda uzun müddətə və ya da-
vamlı şəkildə görüşmək (cihada çıxmaq, səfər zamanı, müəyyən
tədbirlərdə, mərasimlərdə iştirak etmək, eyni iş yeri və s.).
Kişi və qadınların salamlaşması
Rəvayət olunur ki, Əbu Hazim deyib:
“(Bir dəfə) Səhl dedi: “Cümə günü sevinərdik.” Soruşdum:
“Nə üçün?” Dedi: “Yaşlı bir qadın var idi, Büzaəyə
1
göndərirdik.
O da oradan şalğam kökü gətirib qazana atır, bir az arpa əzib
(yeməyə əlavə edirdi). Cümə namazını qıldıqdan sonra ya-
nına gedir, salam verirdik. O da bizə bişirdiyindən verir, biz
də buna görə sevinirdik. Cümə namazından sonra yatmaq və
yemək vərdişimiz vardı”
2
.
Rəvayət olunur ki, Həzrəti Aişə
(Allah ondan razı qalsın!)
demişdir:
“(Bir dəfə) Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
mənə
dedi: “Ey Aişə, bu Cəbrayıldır, sənə salam söyləyir.” Mən də
dedim: “Ona da salam, Allahın rəhməti və bərəkəti olsun! Sən
bizim görmədiyimizi görürsən...”
3
İmam Buxari yuxarıdakı iki hədisi “Kişilərin qadınlara, qa-
dınların da kişilərə salam verməsi” başlığı altında göstərmişdir.
Hafiz ibn Həcər demişdir:
1
Mədinədə bostanlıq ərazi. Dirrik bitkiləri əkilirdi.
2
Hədisi İmam Buxari rəvayət etmişdir.
3
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
Dostları ilə paylaş: |