Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə115/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   111   112   113   114   115   116   117   118   ...   158

İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

372


Aişə  mənə  dedi:  “Hansı  əzab  korluqdan  daha  şiddətlidir?  O  

(Həssan  –  öz  şerləri  ilə),  Peyğəmbəri  



(Ona  Allahın  xeyir-duası  və  salamı  

olsun!)  

müdafiə  edirdi”

1

.

Rəvayət  olunur  ki,  Əsvəd  demişdir:  



“Aişə  Minada  ikən  Qüreyşdən  bir  dəstə  gənc  onu  ziyarətə  

getdilər.  Gülürdülər.  Aişə  soruşdu:  “Nə  üçün  gülürsünüz?”  De-

dilər:  “Filankəs  ayağı  çadır  ipinə  ilişdiyindən  yıxıldı.  Az  qala,  

gözü  və  boynundan  olacaqdı.”  Aişə  dedi:  “Gülməyin!  Pey-

ğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

belə  dediyini  eşitmi-

şəm:  “Ayağına  tikan  və  ya  iri  bir  şey  batan  elə  bir  müsəlman  

yoxdur  ki,  buna  görə  bir  savab  qazanmasın,  bir  günahı  da  si-

linməsin”

2

.  



Barışmaq üçün

Rəvayət  olunur  ki,  Həzrəti  Aişə  



(Allah  ondan  razı  qalsın!)

  deyib:  

“(Bir  dəfə)  mənə  xəbər  verdilər  ki,  Abdullah  ibn  Zübeyr  

(mənim  ona  satdığım,  ya  da  verdiyim  bir  şey  barəsində)  de-

yib:  “Allaha  and  olsun  ki,  ya  Aişə  bu  işə  son  qoyar,  ya  da  

mən  bu   işdə  ona  əngəl  olaram.”  (Bir  rəvayətdə  deyilir:  “Ab-

dullah  ibn  Zübeyr  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

və  Əbubəkrdən  sonra  Aişənin  ən  çox  sevdiyi  kəs  idi.  Aişə  

Zübeyrə  çox  yaxşılıq  edirdi.  Allahın  yetirdiyi  hər  ruzidən  ona  

sədəqə  verirdi”).  Aişə  (bunu  eşidib)  soruşdu:  “O,  bunu  de-

yibmi?”  Dedilər:  “Bəli!”  Dedi:  “İbn  Zübeyrlə  heç  vaxt  danış-

mamağı  Allaha  nəzir  deyirəm!  (yəni,  onunla  heç  vaxt  danış-

1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  



2

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  




Dördüncü fəsil. Hicab əmrindən əvvəl və sonra...

373


mayacağam!)”  Bu  ayrılıq  uzun  çəkdiyindən  Abdullah  ibn  Zü-

beyr  (mühacirlərdən)  xahiş  etdi  ki,  Aişə  ilə  onu  barışdırsınlar.  

Amma  Aişə  dedi:  “Yox,  Allaha  and  olsun  ki,  bu  işdə  heç  kəsin  

vasitəçiliyin  qəbul  etməyəcək,  nəzirimi  pozmayacağam!”  Bu  iş  

uzandıqda  İbn  Zübeyr  Bəni-Zöhrə  qəbiləsindən  Misvər  ibn  

Məxrəmə  və  Əbdürrəhman  ibn  Əsvəd  ibn  Əbdüyəğusla  danı-

şaraq,  onlara  dedi:  “Sizi  Allaha  and  verirəm,  məni  Aişə  ilə  gö-

rüşdürün.  Ona  mənimlə  küsülü  qalmağı  nəzir  deməsi  halal  de-

yildir!”  Misvər  və  Əbdürrəhman  əbalarına  bürünərək,  İbn  Zü-

beyri  də  özləri  ilə  götürüb  Aişənin  yanına  getdilər.  İçəri  girmək  

üçün  icazə  istədilər.  Dedilər:  “Allahın  salamı,  lütfü  və  bərəkəti  

sənə  olsun!  Girə  bilərikmi?”  Aişə  dedi:  “Gəlin!”  Dedilər:  “Ha-

mılıqlamı?”  Dedi:  “Bəli,  hamılıqla  gəlin!”  Aişə  onlarla  birlikdə  

İbn  Zübeyrin  olduğunu  bilmirdi.  İçəriyə  girdiklərində  İbn  Zü-

beyr  pərdənin  arxasına  keçib  Aişəni  bağrına  basdı,  ondan  onun  

təqsirindən  keçməsini  istəyərək  ağlamağa  başladı.  Misvər  və  

Əbdürrəhman  da  Aişədən  (İbn  Zübeyri)  əfv  etməsini  istədilər.  

Dedilər:  “Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

bu  kü-


sülülüyü  qadağan  edib  buyurmuşdur:  “Bir  müsəlmana  digər  

müsəlmandan  (küsüb)  üç  gün  ayrı  qalmaq  halal  deyildir.”  On-

lar  Aişəyə  bu  şeyləri  xatırlatdıqlarında  o  da  onlara  (nəzirini)  

xatırladıb  ağlamağa  başladı:  “Mən  nəzir  demişəm.  Nəzirim  də  

çox  böyükdür!”  Onlar  o  qədər  israr  etdilər  ki,  axırda  Aişə  İbn  

Zübeyrlə  danışdı.  Nəzirini  pozduğundan  qırx  kölə  azad  etdi.  

Sonralar  Aişə  bu  nəzirini  xatırlayar,  o  qədər  ağlayardı  ki,  göz  

yaşları  baş  örtüyünü  isladardı”

1

.  


  

1

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  




İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

374


Xəstəni yoluxmaq üçün

İbn  əbu  Müleykə  rəvayət  edir  ki,  İbn  Abbas  



(Allah  ondan  razı  qal-

sın!)

  vəfatından  qabaq  Həzrəti  Aişənin  



(Allah  ondan  razı  qalsın!)

  yanına  

girmək  üçün  icazə  istəmişdi.  (Həzrəti  Aişəyə)  demişdilər:  “Gə-

lən  Peyğəmbərin  əmisi  oğlu  və  müsəlmanların  böyüklərindən  

İbn  Abbasdır.”  Həzrəti  Aişə  demişdi:  “Gəlsin.”  İbn  Abbas  so-

ruşmuşdu:  “Barəmdə  fikrin  nədir?”  Həzrəti  Aişə  demişdi:  “Al-

lahdan  qorxduğun  təqdirdə  yaxşı  kimsəsən.”  İbn  Abbas  de-

mişdi:  “İnşallah  ki,  sən  yaxşısan,  ey  Peyğəmbərin  xanımı!  O,  

səndən  başqa  bakirə  ilə  evlənməmiş  və  iff ətin

1

  haqqında  ayə  



nazil  olmuşdu”

2

.



Hədisin  başqa  versiyasında  deyilir:

“Ey  Möminlərin  anası!  Sən  Peyğəmbəri  



(Ona  Allahın  xeyir-duası  və  

salamı  olsun!)  

və  Əbubəkri  ucaltmada  hər  kəsi  geridə  qoymusan”.  



5. Qadınlar müsəlmanlara Peyğəmbərin 

sünnəsini öyrətmişlər

Rəvayət  olunur  ki,  Ənəs  ibn  Malik  



(Allah  ondan  razı  qalsın!)

  de-


mişdir:  

“(Bir  dəfə)  üç  şəxs  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  sa-

lamı  olsun!)  

necə  ibadət  etdiyini  öyrənmək  üçün  onun  xanım-

larının  yanına  gəlmişdilər.  Onlara  (Peyğəmbərin  necə  ibadət  

etməyi)  haqda  xəbər  verildikdə,  sanki,  bunu  az  sayaraq  dedilər:  

1

 İfk   hadisəsini  nəzərdə  tuturdu



2

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə