İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı̇
330
ərkanına riayət etməyə çağırmaq lazımdır. Könüllərdən yalnız
Allah xəbərdardır.
Bununla yanaşı, səhvə yol vermiş müsəlmanlara xəbərdarlıq
edilir ki, özlərini tərbiyə etsinlər, itt ihama səbəb olacaq vəziy-
yətlərdən kənar dursunlar.
Üçüncü fəsil
PEYĞƏMBƏRLƏRİN DÖVRÜNDƏ
QADINLARIN SOSİAL HƏYATDA
İŞTİRAKI VƏ KİŞİLƏRLƏ ÜNSİYYƏTİ
Peyğəmbərlərin zamanında qadınların
kişilərlə ünsiyyəti
Bu mövzuya toxunmaq bildirmək istəyirik ki, qadınların
sosial həyatda iştirakı və kişilərlə ünsiyyəti təkcə peyğəmbəri-
mizin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
deyil, həm də əvvəlki
peyğəmbərlərin (Onlara salam olsun!) zamanında mövcud ol-
muşdur. Qadın və kişilərin sosial həyatda zəruri hallarda –
ixtiyari deyil – iştirakından bəhs edən bəzi dini mətnlərdən
danışacağıq. Həmçinin qeyri-müsəlman qadınlarla ünsiyyət hal-
larının olduğunu göstərən az sayda dini mətn vardır. Bu dini
mətnlər müsəlman cəmiyyətinin vəziyyətini, ünsiyyət formala-
rını bizə izah edir.
NUH PEYĞƏMBƏR
(Ona salam olsun!)
Allah Təala buyurur:
“Nəhayət, (onları məhv etmək barəsində) əmrimiz gəldiyi və
təndir qaynadığı (təndirdən və ya yer üzündən, yaxud gəminin
İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı̇
332
qazanından su qaynayıb daşdığı) zaman (Nuha) dedik: “Hər
heyvandan biri erkək, biri dişi olmaqla bir cüt, həmçinin əley-
hinə (ölümünə) əvvəlcədən hökm verilmiş şəxslər istisna ol-
maqla, qalan ailə üzvlərini və iman gətirənləri gəmiyə min-
dir!” Əslində onunla birlikdə (tayfasından) çox az adam iman
gətirmişdi” (Hud, 40).
“Cəlaleyn” təfsirində deyilir: “...əleyhinə əvvəlcədən hökm
verilmiş şəxslər...” dedikdə barələrində ölüm hökmü verilmiş
şəxslər: Nuhun arvadı və oğlu Kənan nəzərdə tutulur. Digər üç
arvadından olan Sam, Ham və Yafəs bura aid deyillər.
“...onunla birlikdə (tayfasından) çox az adam iman gətirmiş-
di” ayəsi haqda deyilib: “Onlar altı kişi və həyat yoldaşları idi.
Gəmidə isə yarısı kişi, yarısı da qadın olan cəmi səksən nəfər
vardı”.
İBRAHİM PEYĞƏMBƏR
(Ona salam olsun!)
Müsibət və çətin anlarda qadınlarla
kişilərin birgəliyi
Əbu Hüreyrə
(Allah ondan razı qalsın!)
rəvayət edir ki, Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
deyib:
“İbrahim həyatı boyu təkcə üç dəfə yalan danışmışdı. Bun-
lardan ikisi Qüdrətli və əzəmətli Allah üçün idi. (Birinci dəfə)
o demişdi: “Mən xəstəyəm!”
1
(İkinci dəfə isə) demişdir: “Xeyr,
1
“əs-Saff at” surəsi, 89-cu ayə.
Üçüncü fəsil. Peyğəmbərlərin dövründə qadınların sosial həyatda...
333
bunu onların bu böyüyü etmişdir”
1
. (Üçüncü dəfə hadisə
belə olmuşdur:) “Bir gün İbrahim (zövcəsi) Sara ilə qəddar
hökmdarlardan birinin məmləkətinə gəlmişdi. Hökmdara xəbər
verdilər ki, şəhərə bir nəfər gəlib, yanında da çox gözəl bir
qadın var. Hökmdar (qadının kim olduğunu öyrənmək üçün)
onun yanına adam göndərdi. O adam gəlib İbrahimdən: “Bu
kimdir?” – deyə soruşdu. İbrahim: “Bacımdır”, – deyə ca-
vab verdi. Sonra (Saranın yanına) gəlib dedi: “Ey Sara! Yer
üzündə səndən və məndən başqa mömin olan kimsə yoxdur.
Bu (hökmdar) məndən (sənin barəndə) soruşdu. Mən də ona
xəbər verdim ki, sən mənim bacımsan. Odur ki məni yalan-
çı çıxartma”. Çox keçmədən hökmdar Saranın dalınca adam
göndərdi. Sara hökmdarın yanına gəldikdə o, qadına yaxınlaşıb
ona toxunmaq istədi, lakin qıc olub qaldı. Onda o, yalvarıb
dedi: “Mənim üçün Allaha dua etsən, sənə pislik etmərəm.”
Sara Allaha dua etdi və onun əlləri açıldı. Hökmdar ikinci
dəfə ona toxunmaq istədikdə halı əvvəlkindən betər oldu. O,
yenə yalvarıb dedi: “Mənim üçün Allaha dua etsən, sənə pislik
etmərəm.” Sara Allaha dua etdi və onun əlləri açıldı. Hökmdar
bəzi gözətçilərini çağırıb dedi: “Siz mənim yanıma insan deyil,
şeytan gətirmişsiniz.” Bundan sonra hökmdar (Saranı buraxdı,
üstəlik) ona xidmətçi Hacəri hədiyyə etdi. Sara İbrahimin ya-
nına gəldikdə o, namaz qılırdı. Buna görə də əli ilə işarə etdi
ki, “Nə oldu?” Sara dedi: “(Gördünmü,) Allah bir kafirin və
ya günahkarın hiyləsini onun öz başında çatlatdı, mənə də
xidmətçi olaraq Hacəri bəxş etdi”.
1
“əl-Ənbiya” surəsi, 63-cü ayə.
İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı̇
334
Əbu Hüreyrə
(Allah ondan razı qalsın!)
demişdir: “O, sizin ananız-
dır, ey səmavi suyun oğulları!”
1
Gündəlik münasibətlərdə
Allah Təala buyurur:
“Ey Rəbbimiz! Mən əhli-əyalımdan bəzisini (İsmaili və anası
Hacəri) Sənin Beytülhəramının (Kəbənin) yaxınlığında, əkin
bitməz bir vadidə (dərədə) sakin etdim. Ey Rəbbimiz! Onlar
(vaxtlı-vaxtında, lazımınca) namaz qılsınlar deyə belə etdim.
Elə et ki, insanların bir qisminin qəlbləri onlara (Kəbənin
ziyarətinə, əhli-əyalıma mərhəmət göstərməyə) meyl etsin. Onla-
ra (bu yerin ağaclarının) meyvələrindən ruzi ver ki, (nemətinə)
şükür edə bilsinlər!” (İbrahim, 37).
İbn Abbas
(Allah ondan razı qalsın!)
rəvayət edir ki, Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
deyib:
“Qurşaq (toqqa, kəmər) bağlayan ilk qadın İsmayılın anası-
dır. Qurşaq bağlamışdı ki, hamiləliyini Sara bilməsin. İbrahim
zövcəsi və südəmər oğlu İbrahimlə Kə`bəyə – Zəmzəmdən
yuxarıdakı Məscidin yanındakı ağacın yanına gəlmişdi. Həmin
vaxtlar Məkkədə heç kəs yox idi. Su da tapılmırdı. İbrahim
onları orada tərk etdi, yanlarına içərisində xurma olan kisə, su
olan qab qoydu. Sonra İbrahim üzünü çevirib getdi. İsmayılın
anası onu təqib edib dedi: “Ey İbrahim, bizi heç kim və heç
nəyin olmadığı bu vadidə qoyub haraya gedirsən?” Bir neçə
dəfə səslənsə də, İbrahim fikir vermədi. (Bunu görən) Hacər
səsləndi: “Bunu sənə Allahmı əmr edib?” İbrahim: “Bəli”, –
1
Hədisi İmam Buxarı və İmam Müslim rəvayət etmişlər.
Dostları ilə paylaş: |