Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə103/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   99   100   101   102   103   104   105   106   ...   158

Üçüncü fəsil. Peyğəmbərlərin dövründə qadınların sosial həyatda...

335


deyə  cavab  verdikdə  Hacər  dedi:  “Elə  isə  Allah  bizi  tək  qoy-

maz!”  Sonra  geriyə  –  İsmayılın  yanına  qayıtdı  (başqa  rəvayətdə  

deyilir:  “Ey  İbrahim,  bizi  kimə  qoyub  gedirsən?”  İbrahim:  “Al-

laha!”  –  deyə  cavab  verdikdə  Hacər  dedi:  “Allahdan  razıyam!”)  

İbrahim  üz  tutub  getdi.  Onların  (Hacər  və  İsmayılın)  onu  görə  

bilməyəcəkləri  qədər  aralandıqdan  sonra  üzünü  Kə`bəyə  tutub  

əllərini  qaldırdı:  “Ey  rəbbimiz!  Mən  əhli-əyalımdan  bəzisini  

(İsmaili  və  anası  Hacəri)  Sənin  Beytülhəramının  (Kə`bənin)  

yaxınlığında,  əkin  bitməz  bir  vadidə  (dərədə)  sakin  etdim.  Ey  

Rəbbimiz!  Onlar  (vaxtlı-vaxtında,  lazımınca)  namaz  qılsınlar  

deyə  belə  etdim.  Elə  et  ki,  insanların  bir  qisminin  qəlbləri  on-

lara  (Kə`bənin  ziyarətinə,  əhli-əyalıma  mərhəmət  göstərməyə)  

meyl  etsin.  Onlara  (bu  yerin  ağaclarının)  meyvələrindən  ruzi  

ver  ki,  (nemətinə)  şükür  edə  bilsinlər!”

1

İsmayılın  anası  İsmayılı  əmizdirməyə,  qabdakı  sudan  içməyə  



başladı.  Qabdakı  su  qurtardıqda  həm  özünü,  həm  də  oğlunu  

susuzluq  bürüdü.  Hacər  həyəcanla  oğluna  baxdı.  Oğlunun  (su-

suz  halını)  görməmək  üçün  (su  axtarmağa)  başladı.  Yaxındakı  

Səfa  təpəsinə  çıxdı.  Kimisə  görmək  ümidi  ilə  vadiyə  nəzər  sal-

dı.  Heç  kəsi  görmədi.  Səfadan  vadiyə  endi,  paltarını  çırmalaya-

raq,  həyəcanlı  insanlartək  qaçmağa  başladı.  Vadini  keçib  Mərva  

təpəsinə  çıxdı.  Kimisə  görmək  ümidi  ilə  vadiyə  nəzər  saldı.  

Heç  kəsi  görmədi.  Bunları  yeddi  dəfə  təkrarladı.  (İbn  Abbas  

deyir:  “Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

buyurub:  “Bu  

səbəbdən  insanlar  Səfa  və  Mərva  arasında  yeddi  dəfə  qaçırlar”).

Hacər  Mərva  təpəsinə  çatdıqda  bir  səs  eşitdi.  Özü-özünə  

“sus”  deyib  qulaq  verdi.  Səsi  bir  də  eşitdikdə  dedi:  “Səsini  

1

 “İbrahim”  surəsi,  37-ci  ayə.  




İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

336


eşitdim.  Əgər  kömək  edə  biləcəksənsə,  et!”  Elə  bu  zaman  Zəm-

zəmin  yerində  mələk  gördü.  Ayağı  (qanadı)  ilə  (yeri)  axtarırdı.  

Birdən  su  fışqırdı.  Hacər  tez  suyun  ətrafını  torpaqla  dövrələyib  

qabını  doldurdu.  Su  isə  daşıb  axırdı.  (Bu  zaman  Peyğəmbər  

dedi:)  “Allah  İsmayılın  anasına  rəhm  etsin!  Əgər  Zəm-zəmə  

əl  dəyməsəydi  (ətrafını  torpaqla  dövrələməsəydi),  indi  gur  çay  

olardı.”  Hacər  sudan  içib,  oğlunu  əmizdirdi.  Mələk  ona  dedi:  

“Azmaqdan  qorxmayın!  Allahın  evi  burada  olacaqdır.  Onu  bu  

uşaq  və  atası  tikəcəkdir.  Allah  onun  əhli-əyalını  tək  qoymaz!”  

O  dövrdə  Kə`bənin  yalnız  bünövrəsi  var  idi.  Sellər  gəldikdə  

onun  həndəvərindən  axırdı.  Onlar  bir  müddət  orada  qaldılar.  

Nəhayət,  Kəda  tərəfdən  gəlmiş  Cürhüm  qəbiləsindən  olan  bir  

dəstə  adam  Məkkənin  aşağı  tərəfində  dayanmalı  oldular.  On-

lar  göydə  uçan  quşları  görüb:  “Bu  quşlar  ancaq  su  olan  yerdə  

uçarlar.  Axı  o  vadidə  su  olmamalıdır!”  –  dedilər,  sonra  da  oraya  

bir-iki  nəfər  göndərdilər.  Göndərilən  adamlar  suyu  görəndən  

sonra  qayıdıb  onlara  xəbər  verdilər.  Onların  hamısı  yığışıb  

oraya  getdilər.  O  vaxt  İsmayılın  anası  suyun  kənarında  otur-



muşdu.  Onlar  (ona  yaxınlaşıb)  dedilər:  “Bizə  sənin  yanında  

qalmağa  izn  verirsənmi?”  Hacər  dedi:  “Bəli,  ancaq  mənim  

iznim  olmadan  bu  sudan  istifadə  etməyəcəksiniz.”  Onlar:  

“Razıyıq”,  –  dedilər.  

Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

demişdir:  “Bu  

təklif  İsmayılın  anasının  könlünə  yatdı.  Çünki  o,  insanlarla  ün-

siyyətdə  olmağı  sevirdi”.

(İbn  Abbas  sözünə  davam  edir:)  “Beləliklə,  onlar  orada  məs-

kən  saldılar,  sonra  yaxınlarına  xəbər  göndərib  onları  öz  yanları-

na  çağırdılar  və  onlar  da  orada  məskən  saldılar.  Hacərlə  onların  



Üçüncü fəsil. Peyğəmbərlərin dövründə qadınların sosial həyatda...

337


ailələri  arasında  əlaqə  yarandı.  Nəhayət,  uşaq  böyüyüb  boya-

başa  çatdı  və  onlardan  ərəb  dilini  öyrəndi,  onlar  üçün  dəyərli  

oldu.  Onlar  ondan  xoşlanmağa  başladılar.  O,  yetkinlik  yaşına  

çatanda  onu  öz  qızlarından  biri  ilə  evləndirdilər.  (Bundan  son-

ra)  İsmayılın  anası  vəfat  etdi”

1

.



Ziyarət zamanı

İbn  Abbas  



(Allah  ondan  razı  qalsın!)  

rəvayət  edir  ki,  Peyğəmbər  



(Ona  

Allahın  xeyir-duası  və  salamı  olsun!)  

deyib:  


“İsmayılın  anası  vəfat  etdikdən  bir  müddət  sonra  atası  İb-

rahim  ona  baş  çəkməyə  gəldi,  lakin  onu  evdə  tapmadı.  İb-

rahim  İsmayılın  zövcəsindən  onu  xəbər  aldıqda  qadın  dedi:  

“Gedib  ki,  bizim  üçün  yeməyə  bir  şey  gətirsin.”  İbrahim  qa-

dından  onların  yaşayış  tərzi  və  dolanışıqları  haqda  soruşdu.  

Qadın:  “Vəziyyətimiz  çox  pisdir!  Biz  ehtiyac  və  yoxsulluq  

içərisində  yaşayırıq”,  –  deyə  şikayət  etdikdə  İbrahim  dedi:  

“Ərin  evə  gəldikdə  salamımı  ona  çatdır  və  de  ki,  evinin  kan-

darını  dəyişdirsin.”  İsmayıl  qayıtdıqda  evə  adam  gəldiyini  hiss  

edib  yoldaşından:  “Evimizə  gələn  olubmu?”  –  deyə  soruşdu.  

Qadın  dedi:  “Bəli,  filan  əlamətləri  olan  bir  qoca  gəlmişdi.  O,  

sənin  barəndə  soruşdu,  mən  də  ona  (evdə  olmadığını)  xəbər  

verdim.  Sonra  o,  dolanışığımız  barədə  soruşdu,  mən  də  ona  bi-

zim  ehtiyac  və  yoxsulluq  içində  yaşadığımızı  söylədim.”  İsmayıl  

dedi:  “O,  sənə  bir  şey  tövsiyə  etdimi?”  Qadın  dedi:  “Bəli,  o  

mənə  dedi  ki,  salamını  sənə  çatdırım,  həm  də  deyim  ki,  evinin  

kandarını  dəyişəsən.”  İsmayıl  dedi:  “O  gələn  mənim  atam  idi.  

Mənə  səndən  ayrılmağı  tövsiyə  edir.  Odur  ki  qayıt  ata  evinə.”  

1

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə