İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı̇
342
Mən də: “Oxumağı bacarmıram!” – dedim. O, ikinci dəfə məni
tutub nəfəsim kəsilənədək sıxdı, sonra da buraxıb dedi: “Oxu!”
Mən isə: “Oxumağı bacarmıram!” – dedim. O, üçüncü dəfə
məni tutub nəfəsim kəsilənədək sıxdı, sonra da buraxıb dedi:
“(Ya Peyğəmbər! Qurani-Kərimi bütün məxluqatı) yoxdan ya-
radan Rəbbinin adı ilə (bismillah deyərək) oxu!
O, insanı laxtalanmış qandan yaratdı.
(Ya Peyğəmbər!) Oxu! Sənin Rəbbin ən böyük kərəm sa-
hibidir!
O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi.
(O Rəbbin ki) insana bilmədiklərini öyrətdi”
1
.
(Bu hadisədən sonra) Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı
olsun!)
qorxmuş halda geri döndü. O, Xədicə bint Xüveylidin
(evinə) daxil olub: “Üstümü örtün! Üstümü örtün!” – dedi.
Onun üstünü örtdülər. Nəhayət, qorxu ondan keçib getdi və
Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
başına gələn hadisəni
Xədicəyə xəbər verib dedi: “Mən başıma bir işin gələcəyindən
qorxdum.” Xədicə dedi: “Xeyr! Allaha and olsun ki, O, səni
heç vaxt rüsvay etməz! Çünki sən qohumlarına baş çəkirsən,
yıxılmışa dayaqsan, yoxsula əl tutansan. Qonağa yaxşı baxırsan.
Bəlaya tuş gəlmişlərə də yardım edirsən.” Xədicə Peyğəmbəri
(Ona Allahın xeyir-duası və salamı olsun!)
əmisi oğlu Vərəqə ibn Nofəl ibn
Əsəd ibn Əbdülüzzanın yanına apardı. O, Cahiliyyətdə nəsrani
olmuş bir adam idi və ibranicə yazmağı bacarır, İncildən ibra-
ni dilində Allahın dilədiyi qədər yazırdı. O, artıq gözləri kor
olmuş bir qoca idi. Xədicə dedi: “Ey əmim oğlu! Qulaq as
gör qardaşın oğlu nə deyir!” Vərəqə soruşdu: “Ey qardaşım
1
“əl-Ələq” surəsi, 1-5-ci ayələr.
Dördüncü fəsil. Hicab əmrindən əvvəl və sonra...
343
oğlu, sən nə görürsən?” Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı
olsun!)
gördüyü şeyləri ona xəbər verdi. Vərəqə ona dedi: “O
gördüyün – Allahın Musaya göndərdiyi Cəbrayıldır. Kaş dəvət
edəcəyin vaxt mən gənc olaydım. Kaş qövmün səni (yur-
dundan) qovacağı zaman sağ olaydım!” Peyğəmbər
(Ona Allahın
xeyir-duası və salamı olsun!)
soruşdu: “Məgər onlar məni qovacaqlar?”
Vərəqə dedi: “Bəli. Sənin gətirdiyinin bənzərini gətirən elə bir
şəxs olmayıb ki, onunla düşmənlik etməsinlər. Əgər həmin
günədək yaşasam, var-gücümlə sənə kömək edəcəyəm”
1
.
Zifaf mərasimində
Rəvayət edilir ki, Həzrəti Aişə
(Allah ondan razı qalsın!)
demişdir:
“Mən altı yaşımdan Peyğəmbərin
(Ona Allahın xeyir-duası və sala-
mı olsun!)
deyiklisi idim... (Bir dəfə) rəfiqələrimlə yelləncəkdə
yellənərkən anam Ümmi-Ruman gəlib məni çağırdı. Mən də
onun yanına getdim. Məndən nə istədiyini bilmirdim. Əlimdən
tutub apardı. Nəhayət, gəlib evin qapısına çatdıq. Təngnəfəs
olmuşdum. Elə ki rahat nəfəs almağa başladım, anam bir az
su götürüb üzümə və başıma çəkdi, sonra məni evə daxil
etdi. Mən evdə ənsardan bəzi qadınlar gördüm. Onlar (məni
gördükdə) dedilər: “Xeyirli, bərəkətli və uğurlu olsun!” Sonra
anam məni onlara təhvil verdi, onlar da məni toya hazırladılar.
Səhər Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
sakitcə yanıma
gəldi və qadınlar məni ona təhvil verdilər. Həmin vaxt mənim
doqquz yaşım var idi”
2
.
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
2
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı̇
344
Toy yeməyində
Rəvayət olunur ki, Ənəs ibn Malik
(Allah ondan razı qalsın!)
de-
mişdir:
“Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
Zeynəb bint
Cəhşlə evləndiyi gün çörək və ətlə toy yeməyi hazırlatdı. Mən
(insanları) toy yeməyinə dəvət etmək üçün göndərilmişdim.
Dəvət olunan insanlardan bir dəstə gəlir, yeyir və gedir, daha
sonra başqa dəstə gəlirdi. (İnsanları) o vaxta qədər çağırdım
ki, axırda çağırmağa kimsə tapmadım. Dedim: “Ey Allahın
peyğəmbəri, çağırmağa kimsə tapmıram.” Dedi: “Süfrəni yığışdı-
rın!” Evdə üç dəstə adam qalmışdı, söhbət edirdilər. Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
evdən çıxaraq Aişənin hücrəsinə
getdi. (İçəriyə girib) dedi: “Ey Əhli-Beyt! Sizə Allahın salamı
və lütfü olsun!” Aişə dedi: “Sənə də Allahın salamı və lüt-
fü olsun! Zövcən necədir? Allah mübarək etsin!” (Peyğəmbər
adətən) bütün zövcələrinə bir-bir baş çəkirdi. Onlara da Aişəyə
dediyi kimi salam verir, onlar da Aişə kimi ona salam qayta-
rırdılar. Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
geri qayıtdı-
ğında evdə bir-biri ilə söhbət edən üç kişi gördü. O,
(Ona Allahın
xeyir-duası və salamı olsun!)
son dərəcə həyalı idi, (onları gördükdə)
geri – Aişənin otağına qayıtdı. Onlar Peyğəmbərin
(Ona Allahın
xeyir-duası və salamı olsun!)
geri qayıtdığını gördüklərində yerlərindən
sıçrayıb tez (evdən) çıxdılar. (Ənəs davam edir:) “Onların çı-
xıb getmələrini mənmi Peyğəmbərə dedim, yoxsa başqalarımı
xəbər verdi, xatırlamıram.” Bundan sonra Peyğəmbər evinə geri
qayıtdı, bir ayağını qapının kandarından içəridə, digərini çöldə
Dostları ilə paylaş: |