Dördüncü fəsil. Hicab əmrindən əvvəl və sonra...
357
nıbmı?” Dedi: “Nəyi deyirsən?” Dedim: “Onlara lənət oxudun,
onları azarladın.” Dedi: “Bilirsənmi ki, mən buna görə rəbbimlə
nəyi şərt kəsmişəm? Ona demişəm: “Allahım, bir müsəlmana
lənət oxusam, ya da onu azarlasam, bunu onun üçün savab və
təmizlənmə et!”
1
Həzrəti Aişə
(Allah ondan razı qalsın!)
rəvayət edir ki, bir dəfə
bir kişi gəlib Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
ya-
nına girmək üçün icazə istədi. Peyğəmbər
(Ona Allahın xeyir-duası
və salamı olsun!)
Həzrəti Aişəyə dedi: “Qəbiləsinin ən şər ada-
mıdır bu gələn.” Kişi içəriyə daxil olduqda Peyğəmbər onun
üzünə gülümsədi, onunla mülayim danışdı. Kişi getdikdən son-
ra Həzrəti Aişə Peyğəmbərə dedi: “Ey Allahın rəsulu, kişinin
səsini eşitdiyin zaman bu sözləri söylədin, içəriyə daxil olduqda
isə üzünə gülümsədin.” Peyğəmbər dedi: “Ey Aişə, nə vaxtdan
bəri məni kobud (qaba) görmüsən?! Qiyamət günü Allahın
dərgahında ən şər adam əxlaqsızlığından insanların ehtiyat edib
yan qaçdıqları kimsədir”
2
.
Rəvayət olunur ki, Həzrəti Aişə
(Allah ondan razı qalsın!)
demişdir:
“Məsciddə Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
yanına
bir şəxs gələrək dedi: “Mən yanmışam.” Peyğəmbər
(Ona Allahın
xeyir-duası və salamı olsun!)
soruşdu: “Nə üçün yanmısan?” Dedi: “Ra-
mazanda zövcəmlə yaxınlıq etmişəm.” Peyğəmbər
(Ona Allahın xe-
yir-duası və salamı olsun!)
buyurdu: “Elə isə sədəqə ver!” Kişi: “Mənim
heç nəyim yoxdur”, – deyib əyləşdi. Bu vaxt Peyğəmbərin
(Ona
Allahın xeyir-duası və salamı olsun!)
yanına əlində uzunqulağının kəndirini
tutmuş birisi gəldi. Yanında yemək vardı. Peyğəmbər
(Ona Allahın
1
Hədisi İmam Müslim rəvayət etmişdir.
2
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı̇
358
xeyir-duası və salamı olsun!)
soruşdu: “Hanı “yanmış” şəxs?” Kişi dedi:
“Budur buradayam.” Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
dedi: “Bunu götür və sədəqə ver!” Kişi soruşdu: “Məndən
daha imkansız olanamı? Ailəmin yeyəcək heç nəyi yoxdur.”
Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
dedi: “Elə isə siz ye-
yin!”
1
Rəvayət olunur ki, Həzrəti Aişə deyib:
“Kobud bədəvilər Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı ol-
sun!)
yanına gəlib soruşardılar: “Qiyamət nə vaxt qopacaq?” Pey-
ğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
onların kiçiyinə baxar
və deyərdi: “Bu yaşayarsa. O, qiyamətiniz
2
qopmadan ahıllıq
yaşına qədəm qoymayacaqdır”
3
.
Rəvayət olunur ki, Cabir ibn Abdullah
(Allah ondan razı qalsın!)
deyib:
“Evimdə oturmuşdum. Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı ol-
sun!)
yanımdan keçirdi. Mənə işarə etdi, yanına getdim. Əlimdən
tutaraq yoluna davam etdi. Zövcələrindən birinin evinə çatdı,
əvvəlcə, özü daxil oldu, sonra girməyimə icazə verdi. Mən də
pərdənin arxasına – qadının yanına daxil oldum. Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
soruşdu: “Yeməyə nə isə var-
mı?” “Bəli!” – deyib üç çörək gətirdilər, süfrəyə qoydular.
Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
bir çörəyi götürüb
özünün, digərini isə mənim qabağıma qoydu. Sonra üçüncüsü-
nü götürüb ikiyə böldü, yarısını öz qabağına qoydu, qalanını
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
2
Yəni, siz ölmədən o yaşlaşmayacaqdır. Bu cavabda Peyğəmbərin dühası
əks olunub: böyük qiyaməti boşlayın, onun vaxtını ancaq Allah bilir; siz
öz ölümünüzü düşünün, yaxşı işlər görün.
3
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
Dördüncü fəsil. Hicab əmrindən əvvəl və sonra...
359
da mənə verdi. (Evdəkilərdən) soruşdu: “Yavanlıqdan nə var?”
Dedilər: “Heç nə yoxdur, ancaq bir az sirkə var.” Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
buyurdu: “Onu gətirin, nə yaxşı
yavanlıqdır o!”
1
Rəvayət olunur ki, Sə`d ibn əbu Vəqqas
(Allah ondan razı qalsın!)
demişdir:
“(Bir dəfə) Ömər Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı
olsun!)
yanına gəlmək üçün icazə istədi. Yanında Qüreyşdən
bəzi qadınlar vardı. Yüksək səslə danışır, ondan (cavab al-
maq məqsədilə) çox şey soruşurdular. Ömər icazə istədikdə
yerlərindən qalxıb tez pərdənin arxasına keçdilər. Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
Ömərə girməyə icazə verdi. İçə-
riyə girdiyində Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
gülür-
dü. Ömər dedi: “Allah səni bəxtiyar etsin, ey Allahın rəsulu!”
Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
dedi: “Yanımda olan
qadınlara gülürəm. Sənin səsini eşidən kimi, dərhal pərdə ar-
xasına keçdilər.” Ömər dedi: “Ey Allahın rəsulu! Sən onların
səndən çəkinmələrinə daha layiqsən!” Sonra (qadınlara tərəf
çevrilib) dedi: “Ey özlərinə düşmən kəsilənlər! Məndən çəkinir,
Peyğəmbərdən isə
(Ona Allahın xeyir-duası və salamı olsun!)
çəkinmirsiniz,
deyilmi?” Dedilər: “Bəli, (səndən çəkinirik), çünki sən Peyğəm-
bərdən daha qaba, daha sərtsən!” Peyğəmbər
(Ona Allahın xeyir-duası
və salamı olsun!)
buyurdu: “Canımı Əlində tutana and olsun ki, əgər
şeytan səninlə bir küçədə rastlaşsaydı, yolunu başqa küçədən
salardı”
2
.
1
Hədisi İmam Müslim rəvayət etmişdir.
2
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
Dostları ilə paylaş: |