Dördüncü fəsil. Hicab əmrindən əvvəl və sonra...
363
verən kimsə görməmişəm. Allah Təalaya yaxınlaşmaqda, sədəqə
verməkdə heç tərəddüd etməzdi...”
1
.
Hafiz ibn Həcər demişdir:
“...Hakim “Müstədrək” kitabının “Mənaqib” fəslində rəvayət
edir ki, Həzrəti Aişə demişdir: “Zeynəb əl işlərini yaxşı bilirdi;
dəri aşılayır və yamayır, (qazandığını) Allah yolunda sədəqə
verirdi.”
Hakim demişdir: “Hədis Müslimin səhihlik şərtlərinə uyğun-
dur”
2
.
Ümmi-Sələmə öz qiymətli məsləhəti ilə
ümumi böhranı aradan qaldırmışdır
Rəvayət olunur ki, Misvər ibn Məxrəmə və Mərvan demişlər:
“Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
Hüdeybiyyə yol-
çuluğu üçün Mədinədən yola çıxdı... (Qüreyşlə sülh) sazişi
bağladıqdan sonra səhabələrinə dedi: “Durun, qurbanlıqlarınızı
kəsin və saç-saqqalınızdan kəsin!” (Ravi deyir:) “And olsun ki,
heç kəs yerindən tərpənmədi. Peyğəmbər dediklərini üç dəfə
təkrarlasa da, kimsə yerindən durmadı. Peyğəmbər
(Ona Allahın xe-
yir-duası və salamı olsun!)
Ümmi-Sələmənin yanına girib baş verənləri
ona danışdı. Ümmi-Sələmə dedi: “Ey Allahın peyğəmbəri, sən
bunumu (onların dediklərini etmələrinimi) istəyirsən? Elə isə
çölə çıx, heç kəslə bir kəlmə kəsmədən dəvəni kəs, dəlləyinin
də çağır, (saç-saqqalından) kəssin.” Peyğəmbər
(Ona Allahın xeyir-du-
ası və salamı olsun!)
çölə çıxdı, heç kəslə bir kəlmə kəsməyib dəvəsini
1
Hədisi İmam Müslim rəvayət etmişdir.
2
İbn Həcər əl-Əsqəlani. Fəth əl-Bari, IV cild, səh. 274.
İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı̇
364
kəsdi, dəlləyini çağırıb saç-saqqalından kəsdirdi. Oradakılar
bunu görüb yerlərindən qalxdılar, qurbanlıqlarını kəsdilər, bir-
birlərinin saç-saqqalından kəsməyə başladılar...”
1
.
Ümmi-Sələmə çətinliyə düşmüş
insanlara şəfqət göstərmişdir
Əbdürrəhman ibn Abdullah ibn Kə`b ibn Malik demişdir:
“Eşitmişəm ki, atam Kə`b ibn Malik – tövbəsi qəbul edilmiş
üç nəfərdən biri idi – iki yürüş xaric, Peyğəmbərin
(Ona Allahın xe-
yir-duası və salamı olsun!)
bütün yürüşlərində iştirak etmişdir. (Həmin
iki yürüş bunlardır:) Üsrə və Bədr yürüşləri.”
(Kə`b demişdir:) “Mən Peyğəmbərin
(Ona Allahın xeyir-duası və sala-
mı olsun!)
həmin yürüşdən qayıdıb gəlməyini eşitdikdə qətiyyətlə
qərara gəldim ki, ona düzünü danışım. Peyğəmbər
(Ona Allahın
xeyir-duası və salamı olsun!)
zuha vaxtı Mədinəyə çatdı. O,
(Ona Allahın
xeyir-duası və salamı olsun!)
səfərlərdən hər dəfəsində zuha vaxtı dönər,
əvvəlcə, məscidə gedər, iki rükət namaz qılardı. (Hüzurunda
nə üçün gecikdiyimi bildirdikdən sonra) o, mən və iki yolda-
şımla danışmağı (insanlara) qadağan etdi. Səfərə gecikən digər
şəxslərə isə bunu qadağan etmədi. İnsanlar bizimlə danışmaq-
dan çəkinirdilər. Xeyli vaxt keçdi. Ölməyim və Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
mənə cənazə namazı qılmama-
ğından, yaxud da Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
vəfat etməsi və insanların məndən kənar gəzib (öldüyümdə)
mənə cənazə namazı qılmamalarından qorxurdum. (Bu qa-
dağadan keçən 50-ci) gecənin son üçdə birində Peyğəmbər
1
Hədisi İmam Buxari rəvayət etmişdir.
Dördüncü fəsil. Hicab əmrindən əvvəl və sonra...
365
(Ona Allahın xeyir-duası və salamı olsun!)
Ümmi-Sələmənin yanında ikən
Allah ona bizim tövbələrimizi qəbul etdiyinə dair vəhy endir-
di. Ümmi-Sələmə mənə münasibətdə xeyirxah və barəmdə
hey düşünən kimsə idi. Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı
olsun!)
dedi: “Ey Ümmi-Sələmə, Kə`bin tövbəsi qəbul edildi.”
Ümmi-Sələmə dedi: “Kə`bə adam yollayıb müjdə verimmi?”
Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
dedi: “Belə olsa,
insanlar sizə axışar, gecənin qalan hissəsini yatmağa qoymaz-
lar.” Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
sübh namazını
qıldıqdan sonra xəbər verdi ki, Allah tövbəmizi qəbul edib. O,
sevinərkən çöhrəsi elə nurlanardı ki, ay parçasına oxşayardı.
Allah bizim tövbəmizi qəbul etdi. O kəslər ki, Peyğəmbərə
(Ona
Allahın xeyir-duası və salamı olsun!)
müxtəlif bəhanələrlə yalan danışmış-
dılar, üzrxahlıq etmişdilər ən pis şəkildə (ayədə) xatırlanmışdı-
lar. Belə ki Pak Allah buyurmuşdu:
“(Döyüşdən geri dönüb) yanlarına qayıtdığınız zaman on-
lar sizdən üzr istəyərlər. (Onlara) belə de: “(Əbəs yerə) üzr
istəməyin, onsuzda sizə inanmayacağıq. Allah əhvalınızdan bizi
xəbərdar etmişdir. (Bundan belə) əməlinizi Allah da görəcək,
Onun Peyğəmbəri də”. Sonra qeybi və aşkarı bilənin (Allahın)
hüzuruna qaytarılacaqsınız, O da sizə nə etdiklərinizi xəbər
verəcəkdir!
1
”
2
.
1
“ət-Tövbə” surəsi, 94-cü ayə.
2
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
Dostları ilə paylaş: |