İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı̇
388
“Buxari “Kişilərin qadınlara, qadınların da kişilərə salam
verməsi” başlığı altında (hədisləri toplayarkən), Əbdürrəzzaqın
Mə`mər və Yəhya ibn əbu Kəsirə istinadən rəvayət etdiyi
hədisi qəbul etmədiyini bildirmişdir. (Həmin hədisdə deyilir:)
“Eşitmişəm ki, o (Peyğəmbər – mütərcim), kişilərin qadınla-
ra, qadınların da kişilərə salam verməsindən xoşlanmamışdır.”
Hədis “məqtu” və “mü`zəl”dir
1
.
Fitnə-fəsadın baş verməməyindən əmin olduqda salam
vermək caizdir. O (İmam Buxari – mütərcim), bu fəsildə salam
verməyin caiz olmağı haqda iki hədis rəvayət etmişdir. Habelə
həmin fəsildə onun (İmam Buxarinin) səhihlik şərtlərinə uy-
ğun gəlməyən bir hədis rəvayət olunub. Həmin hədisi Əsma
bint Yezid rəvayət etmişdir:
“(Bir dəfə) Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
yanı-
mızdan keçirdi, bizə salam verdi”.
Tirmizi bu hədisi “həsən” hesab etmiş, Buxarinin (səhihlik)
şərtlərinə uyğun gəlmədiyini bildirmiş, özünün (səhihlik) şərt-
lərinə cavab verən (hədislərlə) kifayətlənmişdir. O, Əhməd (ibn
Hənbəlin “Müsnəd”ində) Cabirə istinadən rəvayət olunmuş hə-
disi dəlil göstərmişdir.
Vasiləyə istinadən Əbu Nüeymin “Gecə və gündüzün əməl-
ləri”nə dair rəvayət etdiyi “mərfu” hədisdə deyilir:
“Kişilər qadınlara salam verdikləri halda, qadınlar kişilərə sa-
lam verə bilməzlər”. Hədisin istinadı zəifdir.
Müslim rəvayət edir ki, Ümmi-Hani demişdir:
1
“Zəif ” hədis növləri – tərcüməçinin qeydi.
Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...
389
“Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
yuyunduğu za-
man yanına gedib ona salam verdim”
1
.
“Onun (Peyğəmbərin – mütərcim) “Ey Aişə, bu Cəbrayıldır,
sənə salam söyləyir” sözü ilə əlaqədar olaraq, İbn ət-Tin nəql
edir ki, Davudi etirazla demişdir: “Mələklərə kişi deyilməz,
amma Allah onları “müzəkkər”də (kişi cinsində) göstərmişdir.”
Buna cavabən deyirik ki, Cəbrayıl vəhyin ilk vaxtlarında oldu-
ğu kimi sonralar da Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
yanına kişi şəklində gəlirmiş”
2
.
İbn Bətt al rəvayət edir ki, Mühəlləb demişdir:
“Fitnə-fəsad təhlükəsi olmazsa, kişilərin qadınlara, qadınla-
rın da kişilərə salam verməsi caizdir. Malikilər isə “səddi-zəriə”
3
qaydasına uyğun olaraq, (salam vermədə) cavan və yaşlı qadın
şərti qoymuşlar... Malikin dəlili Səhlin hədisidir; yaşlı qadının
yanına gedən və yemək yeyən həmin şəxslər ona məhrəm
deyildilər... Əgər bir məclisdə qadınlar və kişilər cəm olsalar,
fitnə-fəsad təhlükəsi yoxdursa, bir-birlərinə salam verə bilərlər”
4
.
Kişilərin qadınlara salam verməsinin şəriət baxımından doğ-
ruluğunu aşağıdakı hədis də təsdiqləyir:
“Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
qadınların yanın-
dan keçir, onlara salam verirdi”
5
.
Əbu Hüreyrə
(Allah ondan razı qalsın!)
demişdir:
“(Bir dəfə) Cəbrayıl Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı
olsun!)
yanına gəlib dedi: “Ey Allahın rəsulu! Bax Xədicə əlində
1
İbn Həcər əl-Əsqəlani. Fəth əl-Bari, XIII cild, səh. 270-271.
2
İbn Həcər əl-Əsqəlani. Fəth əl-Bari, XIII cild, səh. 271.
3
Ehtimal olunan haram qapısını bağlamaq – tərcüməçinin qeydi
4
İbn Həcər əl-Əsqəlani. Fəth əl-Bari, XIII cild, səh. 271.
5
Hədisi İmam Əhməd rəvayət etmişdir.
İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı̇
390
bir qab xörək (və ya içməyə bir şeylə buraya) gəlir. Sənin
yanına gəldikdə ona rəbbindən və məndən salam söylə, onu
Cənnətdə (onun üçün) içiboş mirvaridən (hazırlanmış), içində
də nə səs-küy, nə də yorğunluq olan bir evlə müjdələ!”
1
.
Əbu ən-Nəzir rəvayət edir ki, Əbu Mürrə
2
Əbu Talibin qızı
Ümmi-Haninin belə dediyini eşidib:
“Fəth ilində Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
yanı-
na getmişdim. Gördüm ki, yuyunur, qızı Fatimə də (Peyğəmbər
görünməsin deyə) pərdə tutur. Ona salam verdim. “Kimdir?”
– deyə soruşdu. “Mənəm – Ümmi-Hani, Əbu Talibin qızı”,
– deyə cavab verdim. Dedi: “Xoş gördük, Ümmi-Hani.” Qüsl
aldıqdan sonra səkkiz rükət namaz qıldı. (Namazını bitirdikdən
sonra) dedim: “Ey Allahın rəsulu, anamın oğlu (qardaşım) Əli
dedi ki, himayəmdə olan (aman verdiyim) şəxsi – Hübeyrənin
oğlu filankəsi öldürəcək.” Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı
olsun!)
dedi: “Sənin himayəndə olan – bizim də himayəmizdədir,
ey Ümmi-Hani!” (Ümmi-Hani deyir:) “Bütün bunlar zuha vax-
tı baş vermişdi”.
3
Rəvayət olunur ki, Əbu Hüreyrə
(Allah ondan razı qalsın!)
demiş-
dir:
“Bir səhər (yaxud gecə) Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı
olsun!)
evindən çıxdı. Birdən Əbubəkr və Öməri gördü. Soruş-
du: “Sizi bu saatda evinizdən nə çıxarıb?” Dedilər: “Aclıq, ey
Allahın rəsulu!” Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
dedi:
“Canımı Əlində tutana and olsun ki, məni də sizi evinizdən
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
2
Ümmi-Haninin xidmətçisi idi.
3
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
Dostları ilə paylaş: |