Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə121/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   117   118   119   120   121   122   123   124   ...   158

Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...

391


çıxaran  çıxarıb.  Gəlin  gedək!”  Onlar  Peyğəmbərlə  

(Ona  Allahın  xe-

yir-duası  və  salamı  olsun!)  

yola  düzəldilər  və  gəlib  ənsardan  bir  kişinin  

evinə  çatdılar.  Kişi  evdə  yox  idi.  Zövcəsi  Peyğəmbəri  gördükdə  

dedi:  “Salam,  xoş  gəlib-səfa  gətirdin!”  Peyğəmbər  



(Ona  Allahın  xe-

yir-duası  və  salamı  olsun!)  

ondan  soruşdu:  “Filankəs  haradadır?”  Dedi:  

“Gedib  ki,  evə  içəcək  su  gətirsin.”  Kişi  evə  gəldikdə  Peyğəmbəri  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

və  iki  yoldaşını  görüb  dedi:  “Al-

laha  şükür  olsun  ki,  bugün  qonaqları  mənimki  qədər  şərəfl i-

izzətli  olan  kimsə  yoxdur!”  Dərhal  gedərək  onlara  xurma  salxı-

mı  gətirdi.  Üstündə  dəyməmiş,  yetişmiş  və  quru  xurmalar  var  

idi.  Dedi:  “Bundan  yeyin!”  Kişi  bıçağa  əl  atdıqda  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

dilləndi:  “Nəbadə  sağılan  qoyuna  

əl  vurasan!”  Kişi  onlara  bir  qoyun  kəsdi.  Onlar  da  qoyundan  

və  xurmadan  yedilər,  içdilər.  Yeyib-içib  doyduqda  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

Əbubəkr  və  Ömərə  dedi:  “Ca-

nımı  Əlində  tutana  and  olsun  ki,  bu  nemətə  görə  Qiyamət  

günü  sorğu-sual  olunacaqsınız!  Sizi  evinizdən  aclıq  çıxardı  və  

siz  bu  neməti  daddıqdan  sonra  evə  qayıtdınız!”

1

Rəvayət  olunur  ki,  Ənəs  ibn  Malik  



(Allah  ondan  razı  qalsın!)

  de-


yib:  

“Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

Ümmi-Süleymin  

evinin  yaxınlığından  keçdiyində  yanına  gedər,  salam  verərdi...”

2

.



Zeyd  ibn  Əsləm  rəvayət  edir  ki,  atası  demişdir:  

“Ömər  ibn  əl-Xətt abla  



(Allah  ondan  razı  qalsın!)

  bazarda  gəzirdik.  

Arxadan  bir  gənc  qadın  Ömərə  yetişib  dedi:  “Ey  Möminlərin  

əmiri,  ərim  ölüb,  azyaşlı  uşaqlar  qoyub  gedib.  Allaha  and  olsun  

1

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  



2

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  




İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

392


ki,  nə  yedikləri  özlərinə  yetir,  nə  də  ki  əkin  və  mal-qaraları  

var.  Qorxuram  ki,  quraqlıq  onları  məhv  etsin.  Mən  Xüfaf  ibn  

İma  əl-Qifarinin  qızıyam.  Atam  Peyğəmbərlə  

(Ona  Allahın  xeyir-du-

ası  və  salamı  olsun!)  

Hüdeybiyyədə  iştirak  edib.”  Ömər  onun  ya-

nında  bir  az  dayandıqdan  sonra  dedi:  “Xoş  gördük,  ey  yaxın  

qohumum!”

1

  

Zübeyrin  qulamı  Yühənnəs  demişdir:  



“Fitnə-fəsad  çıxdığında  Abdullah  ibn  Ömərin  yanında  otur-

muşdum.  Abdullahın  yanına  azad  etdiyi  cariyə  qadın  gəldi,  

salam  verib  soruşdu:  “Mən  də,  ey  Əbu  Əbdürrəhman,  (baş  ve-

rənlərin  iştirakçılarına)  qoşulmaq  istəyirəm.  Zəmanə  sərtliyini  

bizə  göstərdi.”  Abdullah  ona  dedi:  “Yerində  otur,  axmaq  qa-

dın!  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

belə  dediyini  

eşitmişəm:  “Kim  Mədinənin  çətinliyi  və  məşəqqətinə  dözərsə,  

ona  Qiyamət  günü  şahidlik  edər,  şəfaətçi  olaram”

2

.

Məscidlərdə qadınlarla kişilərin ünsiyyəti



Məscid  müsəlman  cəmiyyətində  ilk  qurum  (təsisat)  hesab  

olunur.  Həmin  dövrdə  məscidlər,  hər  şeydən  əvvəl,  ibadət  oca-

ğı,  sonra,  elm  mərkəzi,  nəhayət,  ictimai-siyasi  fəaliyyət  mərkəzi  

rolunu  oynayırdı;  məscidlərdə  ümumi  toplantılar  keçirilir,  

yeri  gələrsə,  təlim-məşq  məkanı  olaraq  seçilirdi.  Bütün  bunlar  

həmin  dövrdə  qadınlara  imkan  daxilində  məscidlərə  gəlib-get-

mək  şəraiti  yaradırdı.  Məscidə  vaxtaşırı  gəlib-getmək  imkan  

1

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  



2

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.




Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...

393


vermişdi  ki,  qadınlar  sosial-mədəni,  siyasi  həyatla  iç-içə  olsun-

lar,  cəmiyyətdən  kənarda  qalmasınlar.  

Qadınlar  ibadətdə  iştirak  edib,  namazlarda  oxunan  Quranı  

dinləməklə  yanaşı,  həm  də  dərslərə  qulaq  asır,  xalqa  yönəlmiş  

təlimatları  öyrənir,  müsəlmanların  ictimai-siyasi  vəziyyətindən  

xəbər  tuturdular.  Ən  əsası  –  mömin  qadınlarla  tanış  olurdu-

lar;  aralarındakı  dostluq  və  sevgi  möhkəmlənirdi.  Bir  sözlə,  

Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

dövründə  məscidlər  

kişi  və  qadınlar  üçün  ümumi  ibadət,  mədəni-ictimai  mərkəz  

rolunu  oynayırdı.  

Kimsənin  qadınların  məscidə  gedib-gəlmək  hüququnu  ləğv  

etmək  səlahiyyəti  yoxdur.  “Daha  fəzilətlidir”  bəhanəsi  ilə  qa-

dınları  evdə  namaz  qılmağa  məcbur  etsək,  günah  işləmiş  sayı-

larıq.  Çünki  belə  olan  halda  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  

salamı  olsun!)  

qadınların  məscidə  getməyini  əngəlləməyi  qadağan  

edən  göstərişinə  müxalif  olarıq.  Əgər  bir  qadın  məscidə  Qu-

rana,  öyüd-nəsihətə  qulaq  asmaq,  ümumi  toplantılarda  iştirak  

etmək,  dostluğu  möhkəmlədib  yaxşı  işlərdə  əlbir  olmaq  üçün  

mömin  qadınlarla  tanışlıq  məqsədilə  gedib-gəlirsə,  deməli,  xe-

yir  istəmişdir.  Xeyir  istəmək  isə  ya  məndubdur,  ya  da  ki  vacib!  

Peyğəmbərin  “Bir  insanın  camaatla  qıldığı  namaz  evində  

və  ya  bazarda  (təkbaşına)  qıldığı  namazdan  iyirmi  beş  dəfə  

fəzilətlidir  (üstündür).  Bu  ona  görədir  ki,  o,  dəstəmaz  alarsa,  

özü  də  gözəl  şəkildə  alarsa,  məscidə  namaz  qılmağa  gedərsə,  

atdığı  hər  addıma  görə  məqamı  (Allah  qatında)  bir  dərəcə  

yüksələr,  bir  günahı  da  silinər.  Sonra  namazını  qılarsa  və  na-

mazgahda  olduğu  müddətcə  mələklər  ona  dua  edərlər:  “Alla-




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə