Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə124/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   120   121   122   123   124   125   126   127   ...   158

İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

400


Rəvayət  olunur  ki,  Abdullah  ibn  Ömər  

(Allah  ondan  razı  qalsın!)

  

demişdir:



“Ömərin  zövcəsi  sübh  və  işa  namazlarını  məsciddə  camaatla  

qılardı...”

1

.

Cümə namazı



Allah  Təala  buyurur:  

“Onlar  (möminlər)  bir  alış-veriş,  yaxud  bir  əyləncə  gördüklə-

ri  zaman  səni  ayaq  üstə  (minbərdə  xütbə  oxuduğun  halda)  qo-

yub  ona  tərəf  cumdular.  (Ya  Peyğəmbər!)  De:  “Allah  dərgahın-

da  olan  savab  əyləncədən  də,  ticarətdən  də  xeyirlidir.  Allah  ruzi  

verənlərin  ən  yaxşısıdır!”  (əl-Cumuə,  11).

Rəvayət  olunur  ki,  Cabir  ibn  Abdullah  

(Allah  ondan  razı  qalsın!)

  

demişdir:



“(Bir  dəfə)  Peyğəmbərlə  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

(cümə)  namaz(ı)  qıldığımız  vaxt  ərzaqla  yüklənmiş  bir  karvan  

gəldi.  İnsanlar  karvana  tərəf  getdilər,  Peyğəmbərlə  

(Ona  Allahın  

xeyir-duası  və  salamı  olsun!)  

ancaq  on  iki  nəfər  qaldı.  Bu  səbəbdən  

ayə  endi:  “Onlar  (möminlər)  bir  alış-veriş,  yaxud  bir  əyləncə  

gördükləri  zaman  səni  ayaq  üstə  (minbərdə  xütbə  oxuduğun  

halda)  qoyub  ona  tərəf  cumdular...”

2

.



Hafiz  ibn  Həcər  demişdir:

“Təbəri  və  İbn  əbu  Hatimin  təfsirlərində  sağlam  istinad-

la  rəvayət  olunur  ki,  Əbu  Qətadə  demişdir:  “(Həmin  vaxt)  

Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

onlardan  soruşub-

1

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  



2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  




Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...

401


muş:  “Neçə  nəfər  qalmısınız?”  Onlar  özlərini  saydıqlarında  on  

iki  kişi  və  qadın  idilər”

1

.

Əmrə  bint  Əbdürrəhman  rəvayət  edir  ki,  bacılarından  biri  



demişdir:  

“Mən  “Qaf.  Şanlı  Qurana  and  olsun...”  surəsini  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

ağzından  eşidib  öyrənmişəm.  O,  

onu  hər  cümə  minbərdə  oxuyurdu”

2

.  



Rəvayət  olunur  ki,  Ümmi-Hişam  bint  Harisə  ibn  ən-Nö`man  

demişdir:

“İki  il,  ya  da  bir  ildən  bir  qədər  çox  müddət  ərzində  soba-

mızla  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

sobası  eyni  

idi.  “Qaf.  Şanlı  Qurana  and  olsun...”  surəsini  Peyğəmbərin  

(Ona  

Allahın  xeyir-duası  və  salamı  olsun!)  

ağzından  eşidib  öyrənmişdim.  O,  onu  

hər  cümə  minbərdə  xütbə  deyərkən  oxuyurdu”

3

.



İbn  Sə`din  “ət-Təbəqat  əl-kübra”  kitabında  rəvayət  olunur  ki,  

Xövlə  bint  Qeys  əl-Cühəniyyə  demişdir:  

“Cümə  günləri  qadınların  arxasında  dayanır  və  Peyğəmbə-

rin  


(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

xütbəsinə  qulaq  asırdım.  

Məscidin  arxa  tərəfində  ikən  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  

salamı  olsun!)  

minbərdə  “Qaf.  Şanlı  Qurana  and  olsun...”  surəsini  

oxuduğunu  da  eşidirdim”

4

.  



1

 İbn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  III  cild,  səh.  76.  

2

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  



3

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.

4

 İbn  Sə`d.  ət-Təbəqat  əl-kübra,  VIII  cild,  səh.  296.




İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

402


Nafilə  namazları

Rəvayət  olunur  ki,  Ənəs  ibn  Malik  



(Allah  ondan  razı  qalsın!)

  de-


mişdir:  

“(Bir  dəfə)  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

məs-


cidə  gəldiyində  iki  dirək  arasına  çəkilmiş  ip  görüb  soruşdu:  

“Bu  nə  ipdir?”  (Məsciddəkilər:)  “Bu,  Zeynəbin  ipidir.  (Namaz  

qılıb)  yorulduqda  ondan  tutur.”  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  

və  salamı  olsun!)  

dedi:  “Xeyr!  Açın  onu.  Biriniz  özünü  gümrah  hiss  

etdikcə  namaz  qılsın.  Yorulduqda  isə  otursun”

1

.



Hafiz  ibn  Həcər  demişdir:  

“Hədisə  görə  qadınlar  məsciddə  nafilə  namazlarını  qıla  

bilərlər

2

...  Ürvəyə  istinadən  Səid  ibn  Mənsur  rəvayət  etmişdir  



ki,  (Ramazanda  gecə  ibadəti  zamanı)  Ömər  insanlara  Übey  ibn  

Kə`bi  imam  təyin  etmişdi.  Übey  kişilərə,  Təmim  əd-Dari  isə  

qadınlara  namaz  qıldırırdı”

3

.



“Məcmu  şərh  əl-mühəzzəb”  kitabında  İmam  Nəvəvi  rəvayət  

edir  ki,  Ərfəcə  əs-Səqəfi  demişdir:  

“Əli  ibn  əbu  Talib  insanlara  əmr  edirdi  ki,  Ramazanda  ca-

maat  namazı  qılsınlar.  O,  kişilərə  və  qadınlara  namaz  qıldır-

maq  üçün  ayrıca  imam  təyin  etmişdi.  Mən  qadınlara  namaz  

qıldırırdım

4



5



.

1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.



2

 İbn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  III  cild,  səh.  279.

3

 İbn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  V  cild,  səh.  56.



4

 Hədisi  Beyhəqi  rəvayət  etmişdir.  

5

 Məcmu  şərh  əl-mühəzzəb,  III  cild,  səh.  528.




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə