Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...
409
“(Bir dəfə) məsciddə idim. Gördüm ki, Peyğəmbər
(Ona Alla-
hın xeyir-duası və salamı olsun!)
qadınlara səsləndi: “Ey qadınlar, bəzək
əşyalarınızdan da sədəqə verin!”
Rəvayət olunur ki, Həzrəti Aişə
(Allah ondan razı qalsın!)
deyib:
“Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
zamanında
Günəş tutulmuşdu. O,
(Ona Allahın xeyir-duası və salamı olsun!)
məscidə
getdi, insanlar onun arxasında səf tutdular. Təkbir gətirib uzun-
uzadı Quran oxudu... Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı ol-
sun!)
namazdan çıxmamış Günəş göründü. Sonra ayağa qalxdı,
Allaha layiqincə həmd-səna edib dedi: “O ikisi (Ay və Günəş
– mütərcim) Allahın nişanələridir; kiminsə ölümünə və ya
həyatda olmağına görə tutulmazlar. Onları tutulan görsəniz,
namaz qılın! (Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
za-
manında oğlu İbrahim vəfat etdiyi gün Günəş tutulmuşdu.
İnsanlar deyirdilər: “İbrahim ölüb deyə Günəş tutulub”).
Başqa rəvayətdə deyilir:
“Allaha həmd-səna etdikdən sonra dedi: “Ay və Günəş Al-
lahın nişanələridir; kiminsə ölümünə və ya həyatda olmağına
görə tutulmazlar. Onları tutulan görsəniz, Allaha zikr edin,
təkbir gətirib namaz qılın, sədəqə verin!” Sonra dedi: “Ey
Məhəmməd ümməti! And olsun ki, bəndəsi və ya ümməti
zina etdikdə Allahdan daha qeyrətlisi yoxdur! Ey Məhəmməd
ümməti! Allaha and olsun ki, mənim bildiyimi bilsəydiniz, az
gülüb çox ağlayardınız!”
1
Rəvayət olunur ki, Əsma bint Əbubəkr
(Allah ondan razı qalsın!)
deyib:
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı̇
410
“...Namazdan sonra Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı ol-
sun!)
Allaha həmd-səna edib dedi: “Elə bir şey qalmadı ki, bu
məqamda (namazda) mənə göstərilməmiş olsun! Hətt a cənnət
və cəhənnəm göstərildi. Mənə vəhy edildi ki, siz qəbirlərinizdə
Məsih Dəccalın fitnəsi, ya da ona oxşarı ilə imtahan olu-
nacaqsınız. (Qəbirdəki kimsəyə) deyiləcək: “Bu kişi (Həzrəti
Məhəmməd) barədə nə bilirsən?” Mömin, ya da yəqin iman
sahibi deyəcək: “O, Allahın rəsulu Məhəmməddir, açıq-aydın
dəlillər və doğru yol gətirmişdir. Biz də (onun çağırışına) hay
verib, onun yolu ilə getdik. O Məhəmməddir!” Bu, üç dəfə
təkrarlanacaq. Daha sonra (həmin kimsəyə) deyiləcək: “Ra-
hatlıqla yat, bildik ki, sənə ona yəqinliklə inanmışsan!” Mü-
nafiq və ya şübhədə olan kimsə isə (həmin suala cavabında)
deyəcəkdir: “Bilmirəm, eşitmişdim ki, insanlar (onun haqqın-
da) nə isə deyirlər. Mən də (onların dediyini) dedim”
1
.
Başqa rəvayətdə deyilir:
“Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
insanın imtahan
olunacağı qəbir fitnə-fəsad haqda danışdıqda müsəlmanlardan
bərk ah-vah qopdu”
2
.
Rəvayət olunur ki, Fatimə bint Qeys
(Allah ondan razı qalsın!)
demişdir:
“Məscidə gedib Peyğəmbərlə
(Ona Allahın xeyir-duası və salamı olsun!)
namaz qıldım... Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
na-
mazını bitirdikdən sonra gülərək minbərdə əyləşdi”.
Başqa versiyada deyilir:
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
2
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...
411
“Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
buyurdu: “Ey
insanlar! Təmim əd-Dari mənə dedi ki, qəbiləsindən bir
dəstə adam gəmi ilə dənizdə gedirmişlər. Gəmi parçalandıqda
bəziləri gəminin taxtalarından birinə minib, dənizdəki bir adaya
çıxmışlar...”
1
.
Əmrə bint Əbdürrəhman rəvayət edir ki, bacılarından biri
demişdir:
“Mən “Qaf. Şanlı Qurana and olsun...” surəsini Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
ağzından eşidib öyrənmişəm. O,
onu hər cümə minbərdə oxuyurdu”
2
.
Dördüncü. Məsciddə etikafa
çəkiləni ziyarət etmək
Rəvayət olunur ki, Peyğəmbərin zövcəsi Səfiyyə bint Hüyey
(Allah ondan razı qalsın!)
deyib:
“Peyğəmbərə
(Ona Allahın xeyir-duası və salamı olsun!)
Ramazanın
son on günündə məsciddə etikafda ikən baş çəkdim. Onunla
söhbət etdim. Evə qayıtmaq üçün yerimdən qalxdım. Məni
evimə ötürmək üçün Peyğəmbər də ayağa durdu. Məscidə,
Ümmi-Sələmənin otağının qapısına çatmışdım ki, ənsardan iki
nəfər yanımızdan keçdi. Peyğəmbərə
(Ona Allahın xeyir-duası və sa-
lamı olsun!)
salam verdilər. Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı
olsun!)
onlara dedi: “Yavaş olun. Bu, Səfiyyə bint Hüyeydir.”
Dedilər: “Sübhənallah, ey Allahın rəsulu!” Peyğəmbər də: “Al-
lahu Əkbər!” – deyib sözünə davam etdi: Şübhə yox ki, Şeytan
1
Hədisi İmam Müslim rəvayət etmişdir.
2
Hədisi İmam Müslim rəvayət etmişdir.
Dostları ilə paylaş: |