İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı̇
418
Buxari bu ayə ilə məscidə xidmətin əvvəlki ümmətlərdə də
qanuni hərəkət sayıldığını göstərmək istəmişdir. Çünki onların
arasında uşaqlarını məscidə xidmət üçün nəzir edənlər var-
dı. Bunun Buxari tərəfindən fəsil başlığı olaraq seçilməsi ona
görədir ki, hədisdə adı çəkilmiş qadın Peyğəmbərin
(Ona Allahın
xeyir-duası və salamı olsun!)
razılığından sonra özünü məscidə xidmətə
həsr etmişdi”
1
.
On ikinci. Məsciddə yatmaq
Rəvayət olunur ki, Həzrəti Aişə
(Allah ondan razı qalsın!)
demişdir:
“Ərəb qəbilələrinin birində qara bir cariyə var idi. Onu azad
etdilər. O da Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
yanına
gəlib müsəlman oldu. (Aişə deyir:) “Məsciddə yundan və ya
tükdən düzəldilmiş balaca çadırı vardı. Yanıma gələr, birlikdə
söhbət edərdik”
2
.
İmam Buxari bu hədisi “Qadınların məsciddə yatmaları” fəs-
lində rəvayət etmişdir.
1
İbn Həcər. Fəth əl-Bari, II cild, səh. 99.
2
Hədisi İmam Buxari rəvayət etmişdir.
Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...
419
QADINLAR ÜÇÜN MƏSCİDƏ
GƏLİB-GETMƏK ƏDƏB-ƏRKANI
Xoş qoxulu ətirlərdən istifadə etməmək
Büsr ibn Səid rəvayət edir ki, Zeynəb əs-Səqəfiyyə
(Allah ondan
razı qalsın!)
demişdir:
“Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
deyib: “Sizdən
kimsə yatsı namazına gedərsə, həmin gecə ətir sürtməsin”
1
.
Abdullahın zövcəsi Zeynəb
(Allah ondan razı qalsın!)
demişdir:
“Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
bizə buyurmuşdu:
“Sizdən kimsə məscidə namaz qılmağa gedərsə, ətir sürtməsin”
2
.
Əbu Hüreyrə
(Allah ondan razı qalsın!)
rəvayət edir ki, Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
demişdir: “Bir qadın ətir sürtərsə,
bizimlə yatsı namazını qılmasın”
3
.
İmam ibn Dəqiq əl-Eyd demişdir:
“Buraya ətir olaraq qəbul edilən hər şey daxildir. Ətir sürt-
mək kişilərdə şəhvət və istək oyatdığı üçün qadağan edilmişdir.
Bəlkə də, qadınlarda da şəhvət oyada bilər. Bu xüsusiyyətləri
olan hər şey belədir. Doğrudur ki, Peyğəmbər
(Ona Allahın xeyir-
duası və salamı olsun!)
deyib: “Bir qadın ətir sürtərsə, bizimlə yatsı
namazını qılmasın”.
1
Hədisi İmam Müslim rəvayət etmişdir.
2
Hədisi İmam Müslim rəvayət etmişdir.
3
Hədisi İmam Müslim rəvayət etmişdir.
İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı̇
420
Habelə buraya gözəl geyimlər və (insanları) mütəəssir bura-
xan bəzək əşyaları daxildir”
1
.
Pərdə olmadan qadınların
kişilərin arxasında səf tutmaları
Rəvayət olunur ki, Fatimə bint Qeys
(Allah ondan razı qalsın!)
demişdir:
“...eşitdim ki, carçı haray çəkir: “Namaz cəm edəndir!”
2
(baş-
qa versiyada: İnsanlara car çəkildi ki, namaz cəm edəndir. Mən
də gedənlərə qoşulub getdim. Kişilərdən arxada, qadınların
səfində isə öndə dayanmışdım...”
3
.
Rəvayət olunur ki, Cabir ibn Abdullah
(Allah ondan razı qalsın!)
deyib:
“Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
zamanında gü-
nəş tutulmuşdu... Peyğəmbər camaata dörd səcdə ilə altı rükət
namaz qıldırdı... Sonra axıra gəldi, arxasındakı camaat da o cür
etdi və biz son səfə çatdıq”.
Əbubəkr (Müslimin müəllimi) demişdir: “Qadınların səfl ə-
rinə gəlib çatdı...”
4
.
Qadınların pərdə olmadan kişilərin arxasında namaz qıl-
maları Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
göstərdiyi
məsciddə camaatla namaz qılmaq formalarından biridir. Bu
ona görədir ki, hər şeydən əvvəl, qadınlarla kişilərin bir yerdə
1
Ehkam əl-əhkam şər` ümdə əl-əhkam, I cild, səh. 156.
2
Əgər müəzzin azanda “Namaz cəm edəndir!” sözlərini işlətsəydi, bu, o
demək idi ki, namazla yanaşı, ümumi toplantı da olacaqdır.
3
Hədisi İmam Müslim rəvayət etmişdir.
4
Hədisi İmam Müslim rəvayət etmişdir.
Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...
421
toplanmalarına ifrat həssaslıq olmamışdır. Bu zaman qadınların
səfl ərinin kişilərdən ayrı olmağı kifayət etmişdir.
İkincisi, qadınların namazda imama yaxşı şəkildə – rüku və
səcdədə uymalarını təmin etmək məqsəd güdülmüşdür. Bunun
üçün imamın təkbir gətirməsini eşitmək kifayət deyildir. Ola
bilər ki, imam təkbir gətirsin və oturub “təşəhhüd” oxumadan
ayağa qalxsın, yəni səhv etsin, bu zaman imamı görməyib
səsini eşidənlər elə zənn edəcəklər ki, imam oturmuşdur və on-
lar da oturacaqlar. Və ya imam təkbir gətirib tilavət səcdəsinə
gedə bilər, amma onu görməyib səsini eşidənlər elə bilərlər ki,
imam rükuya gedib və onlar da rükuya gedərlər.
Rəvayət olunur ki, Əbu Səid əl-Xudri
(Allah ondan razı qalsın!)
demişdir:
“(Bir dəfə) Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
gördü
ki, səhabələri (ona uymada) gecikirlər. Dedi: “Qabağa gəlin
və mənə uyun, sizdən sonrakılar da sizə uysunlar.”
1
...Bu o
deməkdir ki, bir cərgənin digər cərgəni görməyi və ona uy-
mağı, deməli, qadınların birinci cərgəsinin kişilərin sonuncu
cərgəsini görüb ona uymağı lazımdır.
İmam Əbu İshaq əş-Şirazi demişdir:
“Əgər cərgələr bir-birindən uzaqdırsa və ya birinci cərgə
ilə imamın arasındakı məsafə çoxdursa, vəziyyətə baxaram:
cərgələr arasında maneə yoxdursa, namaz məscidin içində qılı-
nırsa və cərgədə olanlar imamın namazından xəbərdardırlarsa,
namaz düzgündür, çünki məscidin hər yeri camaat namazı
üçün məqbuldur”
2
.
1
Hədisi İmam Müslim rəvayət etmişdir.
2
İmam Nəvəvi. Məcmu şərh əl-mühəzzəb, IV cild, səh. 196.
Dostları ilə paylaş: |