Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə138/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   134   135   136   137   138   139   140   141   ...   158

Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...

443


Kişilərin qadınlardan elm öyrənməsi

Rəvayət  olunur  ki,  Amir  ibn  Şürahbil  deyib:  

“Zöhhak  ibn  Qeysin  bacısı  Fatimə  bint  Qeysə  –  ilk  mühacir  

qadınlardan  idi  –  dedim:  “Mənə  Peyğəmbərdən  



(Ona  Allahın  xeyir-

duası  və  salamı  olsun!)  

birbaşa  eşitdiyin  bir  hədis  danış.”  Dedi:  “Əgər  

istədiyin  budursa,  danışaram.”  Dedim:  “Bəli,  danış.”  Dedi:  “...

eşitdim  ki,  carçı  haray  çəkir:  “Namaz  cəm  edəndir!”

1

  Mən  də  



məscidə  getdim,  Peyğəmbərlə  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

namaz  qıldım.  Kişilərdən  arxada,  qadınların  səfində  isə  öndə  

dayanmışdım.  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

nama-


zını  bitirdikdən  sonra  gülərək  minbərdə  əyləşdi.

Başqa  versiyada  deyilir:  “Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  sala-

mı  olsun!)  

dedi:  “Heç  kim  namaz  qıldığı  yerdən  ayrılmasın!”

Sonra  sözünə  davam  etdi:  “Bilirsinizmi,  sizi  nə  üçün  topla-

mışam?”  İnsanlar  dedilər:  “Ən  doğrusunu  Allah  və  peyğəmbəri  

bilir.”  Peyğəmbər  dedi:  “And  olsun  ki,  sizi  nə  bir  istəyə,  nə  

də  qorxuya  görə  çağırmışam.  Sizi  ona  görə  toplamışam  ki,  

Təmim  əd-Dari  xristian  birisi  idi,  (indi  isə)  gəlib  bey`ət  edərək  

müsəlman  olub.  Sonra  mənə  elə  şey  danışdı  ki,  sizə  danışdığım  

Məsihi-Dəccal  əhvalatına  uyğundur.  Mənə  dedi  ki,  otuz  nəfərlə  

dənizdə  gəmi  ilə  gedirmişlər...”

2

.

Rəvayət  olunur  ki,  Übeydullah  ibn  Abdullah  ibn  Ütbə  de-



yib:

1

 Əgər  müəzzin  azanda  “Namaz  cəm  edəndir!”  sözlərini  işlətsəydi,  bu,  o  



demək  idi  ki,  namazla  yanaşı,  ümumi  toplantı  da  olacaqdır.  

2

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.




İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

444


“Əbu  Əmr  ibn  Həfs  ibn  əl-Müğirə  və  Əli  ibn  əbu  Ta-

lib  Yəmənə  yola  çıxmışdılar.  Zövcəsi  Fatimə  bint  Qeysə  onu  

boşadığı  xəbərini  göndərir.  Haris  ibn  Hişam  və  Əyyaş  ibn  

əbu  Rəbiəyə  də  əmr  edir  ki,  Fatimənin  dolanacaq  xərcini  

(nəfəqə)  versinlər.  Onlar  Fatiməyə  deyirlər:  “Allaha  and  olsun  

ki,  hamilə  deyilsənsə,  sənə  dolanacaq  xərci  düşmür.”  Fatimə  

Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

yanına  gəlib  on-

ların  dediklərini  ona  danışır.  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  

salamı  olsun!)  

deyir:  “Sənə  dolanacaq  xərci  düşmür.”  Bundan  son-

ra  Fatimə  Peyğəmbərdən  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

baş-


qa  yerə  köçmək  üçün  icazə  istədi.  Peyğəmbər  icazə  verdikdə  

Fatimə  soruşdu:  “Haraya  köçüm?”  Peyğəmbər  



(Ona  Allahın  xeyir-

duası  və  salamı  olsun!)  

buyurdu:  “İbn  Ümmi-Məktumun  evinə  get.”  

İbn  Ümmi-Məktum  kor  idi,  odur  ki  Fatimə  onun  yanında  hi-

cabını  çıxarır,  o  da  onu  görmürdü.  Fatimənin  gözləmə  müddəti  

başa  çatdıqda  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

onu  


Üsamə  ibn  Zeydə  nikahladı.  (Sonralar)  Mərvan  (bir  hədisi  

öyrənmək  üçün)  Qəbisə  ibn  Züeybi  onun  yanına  göndərir.  

Fatimə  hədisi  ona  danışır.  Mərvan  deyir:  “Biz  bu  hədisi  ancaq  

bir  qadından  eşitmişdik.  Amma  biz  insanların  adət  etdiyi  şeyi  

əsas  götürəcəyik.

1

”  Mərvanın  dediklərini  eşidən  Fatimə  deyir:  



“Sizinlə  aramda  Quran  hakim  olsun.  Qüdrətli  və  Böyük  Al-

lah  buyurur:  “(Ya  Peyğəmbər!)  Övrətləri  boşadığınız  zaman  

onları  gözləmə  müddətlərində  (heyzdən  pak  olduqdan  sonra)  

boşayın.  Gözləmə  müddətini  sayın.  Rəbbiniz  olan  Allahdan  

qorxun.  Onları  –  açıq-aşkar  bir  pis  iş  (zina)  etməyənə  qədər  

1

 Söhbət  üç  talaqla  boşanmış  qadının  evindən  başqa  yerə  köçməsinin  qa-



dağan  edilməsindən  gedir.  


Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...

445


–  (gözləmə  müddəti  qurtarmamış)  yaşadıqları  evlərdən  çıxart-

mayın  və  onlar  özləri  də  çıxmasınlar.  Bu,  Allahın  hədləridir  

(hökmləridir).  Allah  müəyyən  etdiyi  hədləri  aşan  kimsə  özünə  

zülm  etmiş  olar.  Nə  bilirsən,  ola  bilsin  ki,  Allah  bundan  sonra  

bir  iş  icad  etsin  (ərin  ürəyinə  yenidən  zövcəsinin  məhəbbətini  

salsın  və  onlar  barışsınlar)”

1

.  Amma  bu,  ric`i  talaqla  boşanmışa  



aiddir.  Üç  talaqdan  sonra  nə  baş  verir?!  Necə  deyə  bilərsiniz  

ki,  hamilə  olmadığı  təqdirdə  belə  kimsəyə  dolanacaq  xərci  düş-

mür?!  Onu  nə  əsasa  evində  tutub  saxlayırsınız?!”

2

Übeydullah  ibn  Abdullah  rəvayət  edir  ki,  atası  Abdullah  ibn  



Ütbə  (bir  dəfə)  Ömər  ibn  Abdullah  ibn  əl-Ərqəm  əz-Zühriyə  

məktub  yazır  ki,  Sübey`ə  bint  əl-Haris  əl-Əsləmiyyənin  yanına  

getsin  və  ondan  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

onun  sualına  nə  cavab  verdiyini  öyrənsin.  Ömər  ibn  Abdullah  

cavabında  ona  Sübey`ə  bint  əl-Harisin  belə  dediyini  yazır:  

“Sə`d  ibn  Xövlənin  zövcəsi  idim.  Sə`d  Bəni-Amir  ibn  Luə  

qəbiləsindən  idi.  Bədr  döyüşündə  iştirak  etmiş,  Vida  həcci  za-

manı  vəfat  etmişdi.  Həmin  vaxt  ondan  hamilə  idim...”

3

.  


Rəvayət  olunur  ki,  Müslim  əl-Qüra  deyib:

“İbn  Abbasdan  həcc  və  ümrəni  birləşdirdikdə  ehramdan  çı-

xıb-çıxmamaq  (təmətt ü  həcci)  barədə  soruşdum.  Dedi  ki,  eh-

ramdan  çıxmaq  olar.  Halbuki  İbn  Zübeyr  bunu  qadağan  edirdi.  

İbn  Abbas  (bizə)  dedi:  “Bu,  İbn  Zübeyrin  anasıdır,  deyir  ki,  

Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

təmətt ü  həccə  icazə  

verib.  Gedin  ondan  da  soruşun.”  Yanına  getdik.  İri  bədənli,  

1

 “ət-Talaq”  surəsi,  1-ci  ayə.  



2

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  

3

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə