İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı̇
468
surətdə etdikləri işdən sizə heç bir günah gəlməz. Allah etdiklə-
rinizin hamısından xəbərdardır!” (əl-Bəqərə, 234).
“Cəlaleyn” təfsirində deyilir:
“onların öz barələrində şəriətə müvafiq surətdə etdikləri
işdən”, yəni özlərini bəzəmələrindən, elçilik üçün özlərini gös-
tərmələrindən...”.
Rəvayət olunur ki, Əbu Hüreyrə
(Allah ondan razı qalsın!)
deyib:
“Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
yanında idim.
Bu zaman bir kişi gəlib Peyğəmbərə
(Ona Allahın xeyir-duası və sa-
lamı olsun!)
bildirdi ki, ənsardan bir qadınla evlənmək istəyir.
Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
soruşdu: “Ona bax-
dınmı?” Kişi dedi: “Xeyr.” Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı
olsun!)
buyurdu: “Elə isə get bax. Çünki ənsarın gözündə bir şey
vardır”
1
.
Rəvayət olunur ki, Ümmi-Sələmə
(Allah ondan razı qalsın!)
deyib:
“Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
elçilik üçün Hatib
ibn əbu Bəltəəni yanıma göndərdi. (Hatibə) dedim: “Mənim
bir qızım var və mən qısqancam.” (Bunu eşidən Peyğəmbər)
dedi: “Dua edərik ki, qızı ona möhtac olmasın (Allah qızına
ruzi yetirsin). Onu da dua edərəm ki, Allah onun qısqanclığını
aparsın”
2
.
İbn Macə rəvayət edir ki, Müğirə ibn Şöbə demişdir:
“Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
yanına gedib
dedim: “Bir qadına elçi düşmək istəyirəm.” Dedi: “Get ona
bax. Aranızda şirinlik olsun deyə bu hərəkət hər ikinizə yara-
yır.” Ənsardan bir qadının yanına getdim. Valideynlərindən onu
1
Hədisi İmam Müslim rəvayət etmişdir.
2
Hədisi İmam Müslim rəvayət etmişdir.
Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...
469
istədim və Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
dediyini
onlara xatırlatdım. Sanki, bundan xoşları gəlmədi. Bu əsnada
qız mənə dedi: “Əgər Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
bunu sənə əmr edibsə, bax! Yox, etməyibsə, vaz keç!” O da,
sanki, bu işi böyütdü
1
. Ona baxdım və onunla evləndim”
2
.
Nikah zamanı kişi
və qadının görüşməsi
Rəvayət olunur ki, Səhl ibn Sə`d əs-Saidi deyib:
“Bir qadın Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
yanı-
na gəlib dedi: “Ey Allahın rəsulu, özümü sənə hədiyyə etmək
üçün gəlmişəm.” Peyğəmbər onu başdan-ayağadək süzdü və
heç nə demədi. Qadın Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı
olsun!)
susduğunu görüb oturdu... (Bu zaman) səhabələrdən bir
nəfər dilləndi: “Ey Allahın rəsulu, əgər sənin ona ehtiyacın
yoxdursa, məni onunla evləndir.” Peyğəmbər soruşdu: “(Ona
verməyə) nəyinsə varmı?” Həmin şəxs dedi: “And olsun ki,
heç nəyim yoxdur, ey Allahın rəsulu!” Peyğəmbər dedi: “Get
ailənin yanına, gör nə tapırsan.” Kişi getdi. Bir azdan qayıdıb
dedi: “And olsun, heç nə tapmadım.” Peyğəmbər dedi: “Get
bax gör heç olmazsa dəmir üzük tapa bilirsənmi.” Kişi getdi.
Bir azdan qayıdıb dedi: “And olsun, ey Allahın rəsulu, dəmir
üzük tapa bilmədim. Amma bu, mənim önlüyümdür. Yarı-
sı onun olsun.” (Səhl deyir: “Onun heç əbası da yox idi”).
1
Ona qəsdən baxılmasını, yaxşı cəhətlərinin götür-qoy edilməsini xoş qar-
şılamadı –
tərcüməçinin qeydi.
2
İbn Macə. Sünən, I cild, səh. 600, hədis № 1512.
İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı̇
470
Peyğəmbər dedi: “Önlüyünlə nə qayıracaqsan?! O geyinsə –
sənə, sən geyinsən, ona çatmayacaq.” Kişi işi belə görüb (naçar
oturdu). Xeyli oturduqdan sonra durub getdi. Peyğəmbər onu
gedən görüb əmr etdi ki, geri çağırsınlar. Gəldiyində soruşdu:
“Qurandan nə bilirsən?” Kişi: “Filan surələri bilirəm”, – deyib
sadaladı. Peyğəmbər soruşdu: “Əzbərə bilirsənmi?” Kişi dedi:
“Bəli.” Peyğəmbər buyurdu: “Yaxşı. Qurandan bildiklərini ona
öyrətmək şərti ilə onu sənə verdim”
1
.
MƏRASİM VƏ ZİYAFƏTLƏRDƏ
KİŞİLƏRLƏ QADINLARIN İŞTİRAKI
Qarşılama mərasimində iştirak
Rəvayət olunur ki, Əbubəkr əs-Siddiq demişdir:
“(Hicrət zamanı) Mədinəyə gecə çatdıq. İnsanlar Peyğəm-
bərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
kimə qonaq olub-olma-
yacağı barədə fikir ayrılığına düşdülər. Peyğəmbər
(Ona Allahın
xeyir-duası və salamı olsun!)
dedi: “Əbdülmütt əlibin dayıları sayılan
Nəccar oğullarının qonağı olacaq, bununla onlara yaxşılıq edə-
cəyəm.” (Bu zaman) kişilər və qadınlar evlərin damına qalxa-
raq, xidmətçilər və uşaqlar küçələrə səpələnərək səslənirdilər:
“Ey Məhəmməd, ey Allahın rəsulu! Ey Məhəmməd, ey Allahın
rəsulu!”
2
Rəvayət olunur ki, Bəra
(Allah ondan razı qalsın!)
demişdir:
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
2
Hədisi İmam Müslim rəvayət etmişdir.