Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...
471
“Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
səhabələrindən
yanımıza gələn ilk şəxslər Musab ibn Ümeyr və İbn Ümmi-
Məktum idi. Bizə Quran oxumağa başladılar. Sonra Əmmar,
Bilal və Sə`d gəldilər. Daha sonra iyirminci kişi olaraq Ömər
ibn əl-Xətt ab gəldi. Nəhayət, Peyğəmbər
(Ona Allahın xeyir-duası və sa-
lamı olsun!)
gəldi. Mədinə əhlinin onun gəlişinə sevindikləri qədər
nəyəsə sevindiklərini görməmişdim. Gördüm ki, dul qadınlar
və oğlanlar deyirlər: “Budur Peyğəmbər gəldi!” (Hədisin başqa
versiyasında: “Dul qadınlar dedilər: “Peyğəmbər gəldi!”). Mən
də Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
gəldiyində “(Ya
Peyğəmbər!) Ən uca olan Rəbbinin adını pak (müqəddəs) tu-
tub şəninə tərifl ər de!” ayəsini oxudum”
1
.
İbn Sə`d rəvayət edir ki, Abdullah ibn Ömər
(Allah ondan razı
qalsın!)
deyib:
“Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
Səfiyyəyə baxdı-
ğında niqab geymiş Aişəni insanların arasında görüb tanıdı”
2
.
İmam Tirmizi rəvayət edir ki, Büreydə deyib:
“Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
yürüşə çıxmış-
dı. Qayıtdıqdan sonra qara rəngli bir cariyə gəlib dedi: “Ey
Allahın rəsulu, mən nəzr demişdim ki, Allah səni sağ-salamat
qaytarsa, qarşında dəf çalıb oxuyacağam.” Peyğəmbər
(Ona Alla-
hın xeyir-duası və salamı olsun!)
dedi: “Əgər nəzir deyibsənsə, et! Yox,
deməyibsənsə, olmaz”
3
.
Hafiz ibn Həcər demişdir:
1
Hədisi İmam Buxari rəvayət etmişdir.
2
Nasirəddin Əlbani. Müsəlman qadının örtüyü, səh. 50.
3
Tirmizi. Sünən, IX cild, səh. 284.
İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı̇
472
“Hələbiyyat”da “qırıq” istinadla rəvayət etmişdik ki, Peyğəm-
bər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
gəldiyində qadınlar oxu-
muşdular: “Vəda təpələrindən üstümüzə ay doğdu”. Bəzilərinə
görə, bu, Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
Mədinəyə
gəldiyində, başqalarına görə isə Təbuk səfərindən qayıtdığında
olmuşdu”
1
.
Zifaf mərasimində iştirak
Həzrəti Aişə
(Allah ondan razı qalsın!)
rəvayət edir ki, bir qadını
ənsardan bir kişiyə gəlin apardığında Peyğəmbər
(Ona Allahın xeyir-
duası və salamı olsun!)
ona deyibmiş: “Ey Aişə, özünüzlə çalıb-oxu-
maq götürməyibsinizmi? Çünki çalıb-oxumaq ənsarın xoşuna
gəlir”
2
.
Hafiz ibn Həcər demişdir:
“(Peyğəmbərin) “özünüzlə çalıb-oxuma (alətləri) götürməyib-
sinizmi?” sözü Təbəraninin “Möcəmi-Övsət”ində Şərikə istina-
dən belədir: “Onunla (gəlinlə) birlikdə dəfdə çalıb-oxuyan cari-
yə göndərmədinizmi?” (Həzrəti Aişə) deyir: “Nə oxuyacaq ki?”
(Peyğəmbər) dedi: “Belə oxuyacaq:
Sizə gəldik, sizə gəldik,
Biz də, siz də çox yaşayın!
Qrmızı qızıl olmasaydı,
Səhranız gözəlləşməzdi.
Sarı buğdanız olmasaydı,
Qızlarınız ətə-qana dolmazdı.
1
İbn Həcər əl-Əsqəlani. Fəth əl-Bari, IX cild, səh. 193.
2
Hədisi İmam Buxari rəvayət etmişdir.
Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...
473
(Peyğəmbərin) “Çünki çalıb-oxumaq ənsarın xoşuna gəlir”
sözünə gəlincə, bu sözlər İbn Macə tərəfindən rəvayət olunmuş
İbn Abbas hədisi və “Əmali əl-məhamili” kitabında Cabirin
hədisində bu versiyadadır: “Onlar qəzəl oxuyan xalqdır”. Ca-
birin versiyası isə belədir: “Ey Zeynəb, get ona (gəlinə) yetiş.”
Zeynəb Mədinədə çalıb-oxuyan qadın idi”
1
.
Qeyd edək ki, Peyğəmbərin “Çünki çalıb-oxumaq ənsarın
xoşuna gəlir” sözü bizə Allah Təalanın aşağıdakı kəlamını xa-
tırladır:
“Onlar (möminlər) bir alış-veriş, yaxud bir əyləncə gördük-
ləri zaman səni ayaq üstə (minbərdə xütbə oxuduğun hal-
da) qoyub ona tərəf cumdular. (Ya Peyğəmbər!) De: “Allah
dərgahında olan savab əyləncədən də, ticarətdən də xeyirlidir.
Allah ruzi verənlərin ən yaxşısıdır!”
2
Bu ayənin təfsiri ilə əlaqədar olaraq, Təbərinin “Təfsir”ində
bir neçə rəvayət mövcuddur. Onlardan biri Cabir ibn Ab-
dullahın rəvayət etdiyi hədisdir. Hədisdə deyilir: “Bakirə qız-
lar nişanlandıqda ikiüzlü təbillər və neylər çalınırdı. İnsan-
lar oraya tələsir, Peyğəmbəri
(Ona Allahın xeyir-duası və salamı olsun!)
minbərdə ayaqüstə qoyub gedirdilər. Bu səbəbdən Allah “Onlar
(möminlər) bir alış-veriş, yaxud bir əyləncə gördükləri zaman
səni ayaq üstə (minbərdə xütbə oxuduğun halda) qoyub ona
tərəf cumdular...” ayəsini endirdi”.
İmam Təbəri yazır:
1
İbn Həcər əl-Əsqəlani. Fəth əl-Bari, XI cild, səh. 133.
2
“Cümə” surəsi, 11-ci ayə.
Dostları ilə paylaş: |