İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı̇
474
“Ən doğru olan bizim Cabirdən rəvayət etdiyimizdir.
Çünki
o, bu xalqın etdiklərini və həmin səhnələri görmüşdür”
1
.
Hafiz ibn Həcər demişdir:
“Əbu Əvanə “Səhih” kitabında rəvayət edir ki, Cabir deyib:
“Gənc qızlar nikahlandığı vaxt cariyələr ney çalıb dəf vururdu-
lar. İnsanlar onların yanına tələsir, Peyğəmbəri
(Ona Allahın xeyir-
duası və salamı olsun!)
ayaqüstə qoyub gedirdilər. Bu zaman həmin
ayə nazil oldu”
2
.
Süyutinin “əd-Dürr əl-mənsur” kitabında deyilir:
“Nikah (mərasimi) olduqda iştirakçılar oynayır, çalğı çalır,
əyləncəyə qoşulmaq üçün məscidin yanından keçirdilər”
3
.
Xalid ibn
Zəkvan rəvayət edir ki, Rübəyye bint Müəvviz ibn
Əfra demişdir:
“Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
evləndiyimdə
yanıma gəlmişdi. ...Yatağımda əyləşdi. Gənc cariyələr bizim
üçün dəf çalmağa başlayıb, Bədr günü öldürülmüş atalarımızı
tərifl ədilər. Onlardan biri dedi: “Aramızda sabah nə olacağını
bilən peyğəmbər var.” Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
dedi: “Belə demə, bayaq dediklərini təkrarla”
4
.
“Fəth əl-Bari” kitabında deyilir:
“Mühəlləb demişdir: “Hədisdən görünür ki, nikah dəf ça-
lının mübah oxunmaqla (ətrafa) bildirilirmiş. İmam da toyda
iştirak edirmiş. Əgər əyləncə olacaqsa, mübah həddə olmalıdır”.
1
Təbəri. Təfsir, “Cümə” surəsinin 11-ci ayəsinin təfsiri.
2
İbn Həcər əl-Əsqəlani. Fəth əl-Bari, III cild, səh. 76.
3
əs-Süyuti. əd-Dürr əl-Mənsur, “Cümə” surəsinin 11-ci ayəsinin təfsiri.
4
Hədisi İmam Buxari rəvayət etmişdir.
Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...
475
Təbərani “həsən” istinadla rəvayət edir ki,
Həzrəti Aişə
(Allah
ondan razı qalsın!)
deyib:
“Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
ənsar qadınlarının
yanından keçdi. Onlar toyda idilər və oxuyurdular:
Peyğəmbər ona ağlı-qaralı quzu verdi,
Və sənin ərin səhrada və sabah nə olacağını bilir.
Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
dedi: “Sabah nə
olacağını ancaq Allah bilir”
1
.
Ənəs ibn Malik
(Allah ondan razı qalsın!)
demişdir:
“Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
toydan qayıdan
qadın və uşaqları gördükdə dikələrək dedi: “Allah şahid olsun
ki, siz ən çox sevdiyim insanlarsınız.” Və dediklərini üç dəfə
təkrarladı”
2
.
“Səhih əl-came əs-səğir və ziyadətuh” kitabında belə bir
hədis var: “Halal və haram arasında fərq nikah zamanı dəf ça-
lıb səs çıxarmaqdır”
3
.
Nəsai rəvayət edir ki, Amir ibn Sə`d deyib:
“Qürəzə ibn Kə`b və Əbu Məsud əl-Ənsari toyda idilər. Yan-
larına getdim. Gördüm ki, cariyələr çalıb oxuyurlar. Dedim: “Ey
Peyğəmbərin iki səhabəsi və Bədrdə iştirak edənlər! Belə şey
sizin yanınızda edilərmi?” Dedilər: “İstəsən, əyləş bizimlə qulaq
as. Yox, istəsən, get. Bizə toylarda əylənmək icazəsi verilib”
4
.
1
İbn Həcər əl-Əsqəlani. Fəth əl-Bari,
XI cild, səh. 109.
2
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
3
Səhih əl-came əs-səğir və ziyadətuh, hədis № 4082.
4
Mişkat əl-məsabih, hədis № 3159.
İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı̇
476
Toy məclislərində iştirak
Rəvayət olunur ki, Ənəs ibn Malik
(Allah ondan razı qalsın!)
deyib:
“Mən bu ayənin (hicab ayəsinin) nə üçün nazil olduğunu
yaxşı bilirəm. Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
Zeynəb
bint Cəhşlə evləndiyi gün ziyafət verdi, insanları çörək və ətlə
doydurdu. Sonra möminlərin analarının evlərinə baş çəkdi.
Belə etmək zifafdan sonra onun adəti idi. Onlara salam verib
dua etdi. Onlar da ona salam verib dua etdilər. Evinə qayıtdı-
ğında bir-biri ilə söhbət edən iki kişi gördü. Peyğəmbər
(Ona
Allahın xeyir-duası və salamı olsun!)
onları gördükdə geri qayıtdı. Onlar
Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
geri qayıtdığını
gördüklərində yerlərindən sıçrayıb (evdən) çıxdılar. Onların çı-
xıb getmələrini mənmi Peyğəmbərə dedim, yoxsa başqalarımı
xəbər verdi, xatırlamıram. Bundan sonra Peyğəmbər evinə geri
qayıtdı, mənimlə arasında pərdə çəkdi. Bu əsnada hicab ayəsi
nazil oldu”
1
.
Gəlin toyda toya çağırılanlara xidmət göstərmişdir:
Rəvayət olunur ki, Səhl demişdir:
“Əbu Üseyd əs-Saidi toyunu edərkən Peyğəmbəri
(Ona Allahın
xeyir-duası və salamı olsun!)
və sahəbələrini çağırmışdı. Onlara yeməyi
zövcəsi Ümmi-Üseyd hazırlayıb vermişdi. Ümmi-Üseyd gecədən
bir saxsı qabda suya xurma qoymuşdu. Peyğəmbər
(Ona Allahın xe-
yir-duası və salamı olsun!)
yeməyini bitirdikdə Ümmi-Üseyd xurmaları
əzib su ilə qarışdırdı və ona verdi”
2
.
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
2
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.