İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı̇
464
“Mücahidlərin qadınlarının namusu (cihada getməyib evlə-
rində) oturanlar üçün analarının namusu kimidir. (Evdə) otu-
ran bir şəxs mücahidlərdən birinin ailəsinə baxmağı boynuna
götürdükdən sonra ona xəyanət edərsə, o (xəyanətə uğrayan)
Qiyamət günü onun (xəyanət edənin) savablarından istədiyini
özünə götürər. Bəs siz nə zənn edirsiniz?!”
1
.
HƏYAT YOLDAŞI AXTARMADA,
NİŞAN VƏ NİKAH MƏRASİMLƏRİNDƏ
KİŞİLƏRLƏ QADINLARIN İŞTİRAKI
Özünə həyat yoldaşı axtaran
kişinin qadınlarla ünsiyyəti
Rəvayət olunur ki, Səhl ibn Sə`d deyib:
“Bir qadın Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
yanı-
na gəlib dedi: “Ey Allahın rəsulu, özümü sənə hədiyyə etmək
üçün gəlmişəm.” Peyğəmbər onu başdan-ayağadək süzdü və heç
nə demədi. Qadın Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
susduğunu görüb oturdu... (Bu zaman) səhabələrdən bir nəfər
dilləndi: “Ey Allahın rəsulu, əgər sənin ona ehtiyacın yoxdursa,
məni onunla evləndir.” Peyğəmbər soruşdu: “(Ona verməyə)
nəyin var?” Səhabə dedi: “And olsun ki, heç nəyim yoxdur, ey
Allahın rəsulu!” ...Peyğəmbər buyurdu: “Yaxşı. Amma Quran-
dan bildiklərini öyrətmək şərti ilə götür onu”
2
.
1
Hədisi İmam Müslim rəvayət etmişdir.
2
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...
465
Atasına istinadən İbrahim ibn Sə`d rəvayət edir ki, babası
deyib:
“Mədinəyə gəldiklərində Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı
olsun!)
Əbdürrəhmanla Sə`d ibn Rəbini qardaş elan etdi. Sə`d
Əbdürrəhmana dedi: “Mən ənsarın ən varlı insanıyam. Malımı
səninlə yarıya böləcəyəm. İki zövcəm var, bax hansı xoşuna
gəlsə, de, boşayım. Gözləmə müddəti başa çatdıqdan sonra
evlənərsən.” Əbdürrəhman dedi: “Allah sənə, var-dövlətin və
əhli-əyalına bərəkət versin!..”
1
Hafiz ibn Həcər demişdir:
“Hədisdən məlum olur ki, kişi evlənmək istədiyi qadına
baxa bilər”
2
.
Evlənmək istədiyini bildirmək
üçün kişinin qadınla görüşməsi
İddətin müddəti, əri ölmüş qadının və üç talaqla boşan-
mışın iddəti
Allah Təala buyurur:
“(Bu müddəti gözləyən) qadınlara elçi göndərmək (onlar-
la evlənmək) istədiyinizi (rəmz və) işarə ilə bildirməkdən və
ya belə bir istəyi ürəyinizdə gizlətməkdən sizə heç bir günah
gəlməz. Allah sizin onları xatırlayacağınızı bilir. Lakin (gözləmə
müddətində) onlarla gizlində vədələşməyin, onlara şəriətə mü-
vafiq söz deyin! Gözləmə vaxtları bitməyincəyə qədər onlarla
1
Hədisi İmam Buxari rəvayət etmişdir.
2
İbn Həcər əl-Əsqəlani. Fəth əl-Bari, XI cild, səh. 18.
İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı̇
466
nikah etmək fikrində olmayın! Bilin ki, Allah sizin qəlbinizdə
olanı bilir. Ondan (Allahdan) qorxun, Allahın bağışlayan, həlim
olduğunu bilin!” (əl-Bəqərə, 235).
“Cəlaleyn” təfsirində deyilir:
“Qadına evlənmək istədiyini bildirərkən şəxs bu ifadələri
işlədə bilər: “Doğrudan da, sən gözəlsən; Sənin kimisini kim
tapar; Bəlkə, səni kimsə sevir”.
Rəvayət olunur ki, Fatimə bint Qeys
(Allah ondan razı qalsın!)
deyib:
“Ərim Əbu Əmr ibn Həfs ibn əl-Müğirə, Əyyaş ibn əbu
Rəbiə ilə xəbər göndərdi ki, məni boşayıb. Əyyaşla mənə beş
sa` xurma və beş sa` arpa göndərdi. Dedim: “Dolanacaq xər-
cim (nəfəqə) elə bundan ibarətdirmi? Sizin evinizdə iddətimi
gözləməyəcəyəmmi?” Deyir: “Xeyr!” (Fatimə deyir:) “Örtüyü-
mü üstümə atıb Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
yanına getdim (və Əyyaşın dediyini ona danışdım). Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
soruşdu: “Səni neçə talaqla bo-
şayıb?” Dedim: “Üç.” Buyurdu: “Sənə dolanacaq xərci düşmür.
Əmin oğlu İbn Ümmi-Məktumun evində iddətini gözlə. O kor-
dur, yanında hicabını çıxararsan. İddətin başa çatdıqda mənə
xəbər et.”
İmam Nəvəvi demişdir:
“Hədisdən məlum olur ki, üç talaqla boşanan qadına evlən-
mək təklifini müəyyən ifadələrlə bildirmək olar. Bu, bizə (şa-
feilərə) görə doğrudur”
1
.
Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
sevimli oğullu-
ğu Üsamə ibn Zeyd üçün Fatiməyə elçi düşməsində qəribə
1
İmam Nəvəvi. Müslimin “Səhih”inə şərh, X cild, səh. 97.
Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...
467
bir şey yoxdur. Çünki Fatimə ilk hicrət edən qadınlardan idi.
Həmçinin zəkası və gözəlliyi vardı
1
.
Rəvayət olunur ki, İbn Abbas “(Bu müddəti gözləyən) qa-
dınlara elçi göndərmək (onlarla evlənmək) istədiyinizi (rəmz
və) işarə ilə bildirməkdən və ya belə bir istəyi ürəyinizdə
gizlətməkdən sizə heç bir günah gəlməz” ayəsini təfsir edərkən
demişdir: “Mən səninlə evlənmək istəyirəm. Təmənnam budur
ki, mənə əməlisaleh qadın qismət olsun”
2
.
Rəvayət olunur ki, Səkinə bint Hənzələ demişdir:
“(Bir dəfə) yanıma Əbu Cəfər Məhəmməd ibn Əli gəlmişdi.
İddətimi gözləyirdim. Dedi: “Ey Hənzələnin qızı, sən bilirsən
ki, mən Peyğəmbərə
(Ona Allahın xeyir-duası və salamı olsun!)
yaxınam,
babamın üzərimdə haqqı vardır, müsəlmanlığım da xeyli vaxt
əvvələ gedib çıxır.” Dedim: “Allah səni bağışlasın, Əbu Cəfər!
İddətim vaxtı danlanacağını bildiyin halda mənə evlənməyimi
təklif edirsən?” Əbu Cəfər dedi: “Məgər mən bunu etdim?!
Sadəcə olaraq, sənə xatırlatdım ki, Peyğəmbərə
(Ona Allahın xeyir-
duası və salamı olsun!)
yaxınam, vəziyyətim də budur”.
Nişan zamanı kişi və qadının görüşməsi
Allah Təala buyurur:
“Sizdən ölənlərin qoyub getdiyi qadınlar dörd ay on gün
(başqa ərə getməyib) özlərini gözləməlidirlər. Bu müddət ta-
mam olduqda, artıq onların öz barələrində şəriətə müvafiq
1
İbn Həcər əl-Əsqəlani. Fəth əl-Bari, XI cild, səh. 402.
2
Hədisi İmam Buxari rəvayət etmişdir.
Dostları ilə paylaş: |