İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı̇
440
Ona iltifat göstərimmi?” Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı
olsun!)
dedi: “Bəli, ona iltifat göstər!”
1
Rəvayət olunur ki, Übeydullah ibn Ütbə
(Allah ondan razı qalsın!)
deyib:
“Əbu Əmr ibn Həfs ibn əl-Müğirə... Yəmənə yola çıxmışdı...
Zövcəsi Fatimə bint Qeysə onu boşadığı xəbərini göndərir.
Haris ibn Hişam və Əyyaş ibn əbu Rəbiəyə də əmr edir ki,
Fatimənin dolanacaq xərcini (nəfəqə) versinlər. Onlar Fatiməyə
deyirlər: “Allaha and olsun ki, hamilə deyilsənsə, sənə dolana-
caq xərci düşmür.” Fatimə Peyğəmbərin
(Ona Allahın xeyir-duası və sala-
mı olsun!)
yanına gəlib onların dediklərini ona danışır. Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
deyir: “Sənə dolanacaq xərci düş-
mür.” Bundan sonra Fatimə Peyğəmbərdən
(Ona Allahın xeyir-duası
və salamı olsun!)
başqa yerə köçmək üçün icazə istədi. Peyğəmbər
icazə verdikdə Fatimə soruşdu: “Haraya köçüm?” Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
buyurdu: “İbn Ümmi-Məktumun
evinə get...”
2
Rəvayət olunur ki, Sübey`ə bint əl-Haris
(Allah ondan razı qalsın!)
deyib:
“Sə`d ibn Xövlənin zövcəsi idim. Sə`d Bəni-Amir ibn Luə
qəbiləsindən idi. Bədr döyüşündə iştirak etmiş, Vida həcci zama-
nı vəfat etmişdi. Həmin vaxt ondan hamilə idim. Çox keçmədi
ki, uşağım oldu. Nifasdan təmizləndikdən sonra nişan üçün
geyinib-bəzəndim. (Bu zaman) Bəni-Əbdüddar qəbiləsindən
Əbu Sənabil ibn Bə`kək yanıma gələrək dedi: “Görürəm ki,
nişanlanmaq üçün bəzənib-düzənmişsən. And olsun ki, dörd
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
2
Hədisi İmam Müslim rəvayət etmişdir.
Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...
441
ay on gün keçmədən səninlə kimsə evlənməz.” Ondan bunu
eşitdiyimdə... Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
ya-
nına gedib bu haqda soruşdum. Bildirdi ki, uşaq doğduqdan
sonra (evlənmək üçün kişilərə) halalam. Onu da buyurdu ki,
istəsəm, evlənə bilərəm”
1
.
Hafiz ibn Həcər demişdir:
“Sübey`ənin başına gələnlərdə faydalı məqamlar vardır. Onun
zəkası və gözüaçıqlığı imkan vermişdir ki, (Əbu Sənabilin) de-
diklərindən tərəddüdə düşsün və bu tərəddüdünü Peyğəmbərə
bildirib izah istəsin. Elə isə müft inin və ya hakimin fitvasından
şübhələnən kəs həmin fitvaya dair dini mətn (ayə və hədis)
axtara bilər.
Bu hadisənin digər ibrətamiz cəhəti budur ki, qadın üzləşdiyi
məsələni – hətt a qadınların soruşmağa utandıqları məsələ olsa
da, – birbaşa soruşub öyrənmişdir”
2
.
İbn Abbas
(Allah ondan razı qalsın!)
demişdir:
“(Bir dəfə) bir qadın Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı
olsun!)
yanına gəlib dedi: “Ey Allahın rəsulu, anam vəfat edib.
Boynunda nəzir orucu var idi. (Onun yerinə oruc tutummu?)”
Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
dedi: “Əgər ananın
borcu olsaydı, ödəyərdinmi?” Qadın: “Bəli”, – dediyində Pey-
ğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
buyurdu: “Allahın bor-
cunu ödə (Ananın yerinə oruc tut)”. Çünki o, ödənməyə daha
layiqdir”
3
.
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
2
İbn Həcər əl-Əsqəlani. Fəth əl-Bari, XI cild, səh. 400-401.
3
Hədisi İmam Müslim rəvayət etmişdir.
İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı̇
442
Rəvayət olunur ki, Abdullah ibn Məsud
(Allah ondan razı qalsın!)
demişdir:
“Allah bədənlərinə döymə vuran və vurduran, üzdəki tük-
ləri yonan, gözəllik üçün dişlərinin seyrəkləşdirən və Allahın
yaratdığını dəyişən qadınlara lənət edib.” Bu sözlər Bəni-Əsəd
qəbiləsindən Ümmi-Yaqub adlı bir qadının qulağına çatdı. Üm-
mi-Yaqub Quran oxuyan qadın idi. Abdullah ibn Məsudun
yanına gələrək dedi: “Eşitmişəm ki, sən filan-filan qadınlara
lənət oxuyursan?” İbn Məsud dedi: “Mən Peyğəmbərin
(Ona
Allahın xeyir-duası və salamı olsun!)
lənət oxuduğu kimsələrə və Allahın
kitabında göstərilənlərə lənət oxuyuram.” Qadın dedi: “Mən
iki qapaq arasında olanları (Quranı) oxumuşam, ancaq sənin
dediyini orada görməmişəm.” İbn Məsud dedi: “Əgər onu oxu-
saydın, görərdin. Oxumayıbsanmı ki, Allah Təala deyib: “...
Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə,
ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox
şiddətlidir”
1
. Qadın dedi: “Bəli, oxumuşam.” İbn Məsud dedi:
“Şübhə yoxdur ki. Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
bunu qadağan edib.” Qadın dedi: “Mən sənin ailəndəkilərin
(xanımının) bunu etdiyini görmüşəm.” İbn Məsud dedi: “Get
və bax.” Qadın gedib baxsa da, heç nə görmədi. (Qayıdıb bunu
xəbər verdikdə) İbn Məsud dedi: “Əgər o, bunu etsəydi, onun-
la cinsi əlaqədə olmazdım”
2
.
1
“əl-Həşr” surəsi, 7-ci ayə.
2
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
Dostları ilə paylaş: |