Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə139/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   135   136   137   138   139   140   141   142   ...   158

İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

446


gözləri  kor  qadın  idi.  Dedi:  “Bəli,  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  

və  salamı  olsun!)  

buna  icazə  verib”

1

.

Rəvayət  olunur  ki,  Tavus  demişdir:



“İbn  Abbasın  yanında  idim.  Zeyd  ibn  Sabit  ona  dedi:  “Fitva  

verirsənmi  ki,  aybaşı  qadın  biz  Evlə  (Kəbə)  ilə  vidalaşmadan  

(evinə)  qayıda  bilər?

2

”  İbn  Abbas  dedi:  “Nə  üçün  də  olma-



sın?!  (İnanmırsansa,)  ənsardan  olan  filan  qadından  soruş  görək  

Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

ona  bunu  əmr  edib  

ya  yox?”  (Zeyd  məsələni  öyrəndikdən  sonra)  gülə-gülə  geri  

qayıdıb  İbn  Abbasa  dedi:  “Sən  düz  deyirsən”

3

.

Qadın və kişilər birlikdə həcc etmişlər



Rəvayət  olunur  ki,  Həzrəti  Aişə  

(Allah  ondan  razı  qalsın!)

  deyib:  

“Peyğəmbərlə  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

Vida  həccinə  

çıxdıq.  Ümrə  niyyəti  ilə  ehrama  girdik.  Peyğəmbər  

(Ona  Allahın  xe-

yir-duası  və  salamı  olsun!)  

dedi:  “Kimin  qurbanlıq  heyvanı  varsa,  ümrə  

və  həcc  niyyəti  ilə  ehrama  girsin.  Ümrə  və  həccini  bitirmədikcə  

ehramdan  çıxmasın...”

4

.

Rəvayət  olunur  ki,  Həfsə  



(Allah  ondan  razı  qalsın!)

  deyib:


“Peyğəmbərdən  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

soruşdum:  “Ey  

Allahın  rəsulu,  sən  ümrədən  sonra  ehramdan  çıxmadığın  halda  

insanlar  çıxırlar.  Bu  necə  ola  bilər?”  Dedi:  “Mən  başımı  qırx-

1

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  



2

 Yəni,  həcc  (və  ya  ümrə)  vaxtı  aybaşı  olan  qadın  Vida  təvafını  etmədən  

həccini  tamamlayıb  evinə  qayıda  bilərmi?  –  tərcüməçinin  qeydi.  

3

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  



4

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  




Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...

447


mış,  qurbanlıq  heyvanımı  da  nişanlamışam.  Onu  kəsmədikcə  

ehramdan  çıxmayacağam”

1

.

Rəvayət  olunur  ki,  Ümmi-Fəzl  bint  əl-Haris  deyib:



“Ərəfə  günü  idi.  Yanımdakı  insanlar  Peyğəmbərin  

(Ona  Allahın  

xeyir-duası  və  salamı  olsun!)  

oruc  tutub-tutmadığı  barədə  tərəddüdə  

düşmüşdülər.  Bəziləri  deyirdi  ki,  Peyğəmbər  oruc  tutub,  bə-

ziləri  isə:  “Tutmayıb!”  –  deyə  əksini  iddia  edirdi.  (Mən  də  

mübahisələrə  son  qoymaq  üçün)  ona  bir  qabda  süd  göndərdim.  

Dəvəsinin  yanında  dayanmışdı.  (Südü  gördüyündə  alıb)  içdi”

2

.  


Rəvayət  olunur  ki,  Həzrəti  Aişə  

(Allah  ondan  razı  qalsın!)

  deyib:  

“Müzdəlifədə  idik.  Sevda  insanlar  toplaşıb  qələbəlik  yarat-

madan  qabaq  (Minaya)  getməsi  üçün  Peyğəmbərdən  



(Ona  Alla-

hın  xeyir-duası  və  salamı  olsun!)  

icazə  istədi.  Ləng  hərəkət  etdiyi  üçün  

ona  icazə  verildi.  Qələbəlikdən  qabaq  (Minaya)  getdi.  Səhər  

açılanadək  (Müzdəlifədə)  qaldıq.  Sonra  Peyğəmbərin  



(Ona  Allahın  

xeyir-duası  və  salamı  olsun!)  

hərəkət  etməsi  ilə  biz  də  hərəkət  etdik...”

3

.

Yəhya  ibn  Hüseyn  nənəsi  Ümmi-Hüseynin  



(Allah  ondan  razı  qal-

sın!)

  belə  dediyini  rəvayət  edir:

“Peyğəmbərlə  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

Vida  həccində  

oldum.  Gördüm  ki,  Əqəbə  sütununa  daş  atıb  geri  qayıdır.  

Dəvəsinin  belində  idi.  Yanında  Üsamə  və  Bilal  vardı.  Biri  də-

vəsini  sürüb  aparır,  digəri  isə  günəşdən  qorumaq  üçün  palta-

rını  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

başına  tutur-

du.  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

sözə  başladı  və  

nəhayət,  dedi:  “Əgər  burnu  və  qulaqları  kəsik  qara  kölə  əmi-

1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.



2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.

3

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.




İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

448


riniz  olarsa,  sizi  Allahın  kitabı  ilə  idarə  edərsə,  ona  qulaq  asıb  

itaət  edin”

1

.

Yəhya  ibn  Hüseyn  rəvayət  edir  ki,  nənəsi  Ümmi-Hüseyn  



deyib:  

“Vida  həccində  eşitdim  ki,  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  

salamı  olsun!)  

başlarını  qırxanlara  üç,  saçlarını  qısaldanlara  isə  bir  

dəfə  dua  etdi”

2

.



Rəvayət  olunur  ki,  Ümmi-Sələmə  

(Allah  ondan  razı  qalsın!)

  deyib:


“Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

Məkkədə  idi.  

Məkkədən  çıxmaq  istədiyi  vaxt  mən  hələ  Evi  (Kə`bəni)  təvaf  

etməmişdim.  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

mənə  


dedi:  “İnsanlar  sübh  namazını  qıldıqda  sən  miniyinin  üstündə  

təvaf  et.”  Dediyini  etdim...”

3

.

Rəvayət  olunur  ki,  İbn  Cüreyc  deyib:



“Əta  bizə  xəbər  verdi  ki,  İbn  Hişam  qadınlara  kişilərlə  

təvaf  etməyi  qadağan  edib.  Və  dedi:  “Peyğəmbərin  xanımları  

kişilərlə  təvaf  etdikləri  halda  sən  bunu  onlara  necə  qadağan  edə  

bilərsən?”  Dedim:  “Bu,  hicab  (əmr  edildikdən)  əvvəl,  yoxsa  

sonra  baş  verib?”  Dedi:  “Canıma  and  olsun  ki,  mən  bunu  hicab  

əmr  edildikdən  sonra  görmüşəm.”  Dedim:  “Necə  ola  bilər  ki,  

qadınlar  kişilərə  qarışsınlar?”  Dedi:  “Xeyr,  qadınlar  kişilərə  qa-

rışmırlar.  Aişə  



(Allah  ondan  razı  qalsın!)

  kişilərə  qarışmadan  təkbaşına  

təvaf  edirdi.  Bir  qadın  dedi:  “Qabağa  get,  ey  Möminlərin  anası,  

istilam


4

  gətirək.”  Aişə:  “Sən  qabağa  get”,  –  deyib  imtina  etdi.  

1

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  



2

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.

3

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  



4

  İstilam: Həcc və ümrədə Kə`bəni təvafa başlayarkən və ya təvaf zamanı  

Qara daş istiqamətinə çatdıqda əlləri qaldırıb, “Allahu Əkbər, lə iləhə illəl-



Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə