Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...
403
Əbu Davud rəvayət edir ki, Əbu Zər
(Allah ondan razı qalsın!)
deyib:
“Ramazanın son üç gecəsində Peyğəmbər
(Ona Allahın xeyir-duası
və salamı olsun!)
ailəsini, zövcələri və insanları bir araya toplayıb,
bizə o vaxta qədər namaz qıldırdı ki, bərəkətin (xoşbəxtliyin)
əlimizdən çıxacağından qorxduq”
1
.
Bu hədisin Nəsai tərəfindən rəvayət edilmiş versiyasında
deyilir:
“Ayın (Ramazanın) son üç gecəsində Peyğəmbər
(Ona Alla-
hın xeyir-duası və salamı olsun!)
qızlarını, zövcələrini çağırdı, çoxlu in-
san topladı. Bizə o vaxta qədər namaz qıldırdı ki, bərəkətin
(xoşbəxtliyin) əlimizdən çıxacağından qorxduq”. Davud: “Bərə-
kət nə olan şeydir?” – deyə soruşduqda dedim: “Səhurdur
2
”
3
.
İmam Malik “Müvətt a” əsərində rəvayət edir ki, İsmayıl ibn
Həkim deyib:
“Eşitmişəm ki, Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
gecə
namaz qılan bir qadının səsini eşidib soruşur: “Bu kimdir?”
Deyirlər: “Hövla bint Tüveytdir, gecələri yatmır.” Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
bundan xoşlanmadı, hətt a bu,
onun üzündən bilindi. Dedi: “Pak və Uca Allah siz bezmədikcə
bezməz. Elə isə bacardığınız işi görün!”
4
1
Əbu Davud. Sünən, II cild, səh. 105, hədis № 1227.
2
Ramazanda səhər yeməyi, obaşdanlıq – tərcüməçinin qeydi.
3
Nəsai. Sünən, III cild, səh. 84, hədis № 1292.
4
İmam Malik. Müvətt a, I cild, səh. 118.
İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı̇
404
Nəzir namazı
Rəvayət olunur ki, İbn Abbas
(Allah ondan razı qalsın!)
demişdir:
“(Bir dəfə) bir qadın (xəstəlikdən) şikayətlənib deyir: “Allah
mənə şəfa versə, Beytülməqdisə (Qüdsə) gedib namaz qılaca-
ğam.” Elə ki sağaldı, səfər üçün hazırlaşmağa başladı. Bu zaman
Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
zövcəsi Məymunə
onu gördü və salam verdi. Qadın ona baş verənləri danışdıqda
Məymunə dedi: “Heç hara getmə, tədarük gördüyün yeməyi
də ye, namazı da Peyğəmbər məscidində qıl. Mən Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
belə dediyini eşitmişəm: “Orada
(Peyğəmbər məscidində – mütərcim) qılınan bir namaz başqa
məscidlərdə qılınan min namazdan üstündür. Amma Kə`bə
məscidi (Məscidülharam – mütərcim) istisnadır”
1
.
Cənazə namazı
Rəvayət olunur ki, Həzrəti Aişə
(Allah ondan razı qalsın!)
demişdir:
“Sə`d ibn əbu Vəqqas vəfat etdiyində Peyğəmbərin zövcələri
xəbər göndərdilər ki, cənazəni məscidə aparsınlar, çünki ona
cənazə namazı qılmaq istəyirdilər. İnsanlar bu cür də etdilər:
cənazəni Peyğəmbərin zövcələrinin hücrələrinin qabağına qoy-
dular, onlar da (öz otaqlarında) ona cənazə namazı qıldılar.
Sonra cənazə məscidin aşağı tərəfindəki cənazələr qapısından
çıxarıldı. Daha sonra Peyğəmbərin zövcələrinin qulağına çatdı
ki, insanlar buna etiraz edib deyiblər: “Cənazələr məscidə apa-
rılmamalı idi.” Bunu eşidən Aişə dedi: “İnsanlar bilmədikləri
1
Hədisi İmam Müslim rəvayət etmişdir.
Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...
405
şeydən nə tez eyib tuturlar! Bizi qınayırlar ki, məscidə nə
üçün cənazə gətirilib. Məgər Peyğəmbər
(Ona Allahın xeyir-duası və
salamı olsun!)
Süheyl ibn əl-Beyzanın cənazə namazını məsciddə
qıldırmamışdı?!”
1
.
Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
cənazə namazı
haqda İmam Nəvəvi deyib:
“Cümhur” təsdiqləyir ki, onlar Peyğəmbərin cənazə nama-
zını tək-tək qılmışlar. Belə ki əvvəlcə bir dəstə daxil olub qı-
lır, sonra çıxırdılar. Sonra qadınlar, daha sonra isə uşaqlar
Peyğəmbərə cənazə namazı qıldılar”
2
.
İmam Malikin “əl-Müdəvvənə əl-kübra” kitabında yazılıb:
“Soruşdum: “Malikə görə qadınlar cənazə namazı qıla bilər-
lərmi?” Dedi: “Bəli!”
3
Sərəxsinin “əl-Məbsut” kitabında deyilib:
“Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
“Qadınların
səfinin ən yaxşısı axırda olandır” hədisinə görə qadınlar kişilə-
rin arxasında səf tutub cənazə namazı qıla bilərlər”
4
.
“Küsuf ” namazı
Rəvayət olunur ki, Həzrəti Aişə
(Allah ondan razı qalsın!)
demişdir:
“...Səhər tezdən Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
miniyinə atladı. Həmin vaxt günəş tutulmuşdu. Zuha vaxtı
geri qayıtdı. (Məsciddə zövcələrinin) hücrələri arasından keçdi
1
Hədisi İmam Müslim rəvayət etmişdir.
2
Şərh ən-Nəvəvi əla Səhihi-Müslim, VII cild, səh. 36.
3
İmam Malik. əl-Müdəvvənə əl-Kübra, I cild, səh. 188.
4
Sərəxsi. əl-Məbsut, II cild, səh. 69.
Dostları ilə paylaş: |