Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə119/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   115   116   117   118   119   120   121   122   ...   158

Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...

385


təkrarlanması  daha  münasibdir.  Bununla  belə,  biz  bəzən  dini  

mətnin  müəyyən  mövzu  ilə  əlaqəli  hissəsini  iqtibas  gətirməklə  

kifayətlənmişik.

4.  Qənaətimizə  görə,  göstərdiyimiz  dini  mətnlər  Quranda,  

İmam  Buxari  və  İmam  Müslimin  eyniadlı  “Səhih”  kitablarında  

kişi  və  qadınların  ünsiyyətinin  formalarına  dair  bütün  faktla-

rı  özündə  ehtiva  edir.  Dini  mətnlərdən  öyrənirik  ki,  ciddi  

və  ismətli  ünsiyyət  adət  halını  almışdı,  Peyğəmbərin  



(Ona  Alla-

hın  xeyir-duası  və  salamı  olsun!)  

sünnəsi  sayılırdı.  Biz  dini  ədəb-ərkan  

çərçivəsində  baş  tutan  ünsiyyət  və  görüşmə  formalarını  rədd  

edən,  hətt a  buna  azacıq  da  olsa  eyham  vuran  bir  dənə  də  ol-

sun  dini  mətnə  rast  gəlməmişik.  

Bəzi  dini  mətnlərdən  sonra  alimlərdən  iqtibas  gətirdiyimiz  

fikirlərə  gəlincə,  onları  xüsusi  şəkildə  seçmişik;  müxtəlif  sahə-

lərdə  kişi  və  qadınların  ünsiyyətinin  şəriətə  uyğun  gəldiyini,  

bidət  sayılmadığını  isbatlayan  bir  sıra  görüşləri  göstərməklə  

kifayətlənmişik.  

5.  Ümumi  götürdükdə,  dini  mətnlər  göstərir  ki,  müsəlman  

qadın  və  kişilərin  ünsiyyəti  onların  iradəsi  daxilində  baş  ver-

mişdir.  Çox  az  dini  mətn  vardır  ki,  məcburi  ünsiyyət  faktından  

söz  açır.  Müsəlman  kişi  və  qeyri-müsəlman  qadınların  ünsiyyəti  

(görüşməsi)  barədə  danışan  çox  az  sayda  dini  mətn  də  möv-

cuddur.  Biz  müsəlman  cəmiyyətinin  vəziyyətini,  bu  cəmiyyətdə  

qadın-kişi  ünsiyyətinin  formalarını  açıb  göstərmək  üçün  həmin  

dini  mətnlərə  də  müraciət  etmişik.  

6.  Göstərilmiş  dini  mətnlər  ictimai  və  fərdi  həyatın  bir  çox  

sahəsinə  aid  olmaqla  yanaşı,  böyük  ölçüdə  fərqli  xüsusiyyətlərə  

sahibdir:



İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

386


a)  Bu  dini  mətnlər  arasında  mənası  qətilik  (açıq)  və  zənn  

ifadə  edənlər  vardır.  Amma  biz  dini  bir  hökmü  təsdiqləmək  

məqsədilə  mənası  qəti  dini  mətnlərdən  istifadə  etmişik.  

b)  Bu  dini  mətnlərin  arasında  “hicab”  (pərdə  arxasında  da-

yanmaq)  əmrindən  əvvələ  və  sonraya  aid  olanlar  vardır.  Amma  

bu,  faktların  məzmununa  xələl  gətirmir.  Çünki  “hicab”  (pərdə  

arxasında  dayanmaq)  Peyğəmbər  xanımlarına  aid  hal  idi.

c)  Elə  faktlar  vardır  ki,  yalnız  Peyğəmbər  xanımları  ilə  

əlaqəlidir  və  bu  faktlar  digər  qadınlarla  əlaqəli  faktlarla  qarış-

dırılmamalıdır.  

ç)  Qadınların  Peyğəmbərlə  təkbaşına  və  ya  bəzi  səhabələrin  

yanında  görüşmələrinə  dair  dini  mətnlərlə  yanaşı,  bir  və  ya  bir  

neçə  səhabə  ilə  görüşmələrindən  də  bəhs  edən  dini  mətnlər  

vardır.  

d)  Hədislərdən  məlum  olur  ki,  ya  bir  qadın  bir  kişi  və  ya  

kişilərlə,  ya  da  bir  dəstə  qadın  bir  kişi  və  ya  kişilərlə  görüşmüş,  

ünsiyyət  qurmuşdur.  

e)  Dini  mətnlərdə  qısa,  uzun,  təkrarlanan  görüşlərdən  danı-

şılır.  

Görüşün  (ünsiyyətin)  müddəti  və  yerinin  əhəmiyyətini  nə-

zərə  alsaq,  dörd  səviyyədən  danışmaq  mümkündür:

Birinci  səviyyə.  Qısa  vaxt  ərzində  reallaşan  bir  ehtiyac  üçün  

evdə  qısa  müddətə  görüşmək  (bir  şey  soruşmaq,  məsləhət  al-

maq,  dua  və  bərəkət  istəmək,  hədiyyə  vermək,  xəstə  yoluxmaq,  

təbrik  etmək,  baş  sağlığı  diləmək).



İkinci  səviyyə.  Evdən  kənarda  qısa  müddətə  görüşmək  (məs-

cidin  işində  iştirak  etmək,  məsləhət  almaq,  yaxşılığa  çağırmaq,  

məhkəməyə,  söz  sahibinə  müraciət  etmək).



Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...

387


Üçüncü  səviyyə.  Evdə  uzun  müddətə  və  ya  davamlı  görüşmək  

(ziyarət  etmək,  qonaqlıq  vermək  və  ya  qonaqlığa  getmək,  bir  

yerdə  yaşamaq,  ev  işlərini  görmək)

Dördüncü  səviyyə.  Evdən  kənarda  uzun  müddətə  və  ya  da-

vamlı  şəkildə  görüşmək  (cihada  çıxmaq,  səfər  zamanı,  müəyyən  

tədbirlərdə,  mərasimlərdə  iştirak  etmək,  eyni  iş  yeri  və  s.).  

Kişi və qadınların salamlaşması

Rəvayət  olunur  ki,  Əbu  Hazim  deyib:  

“(Bir  dəfə)  Səhl  dedi:  “Cümə  günü  sevinərdik.”  Soruşdum:  

“Nə  üçün?”  Dedi:  “Yaşlı  bir  qadın  var  idi,  Büzaəyə

1

  göndərirdik.  



O  da  oradan  şalğam  kökü  gətirib  qazana  atır,  bir  az  arpa  əzib  

(yeməyə  əlavə  edirdi).  Cümə  namazını  qıldıqdan  sonra  ya-

nına  gedir,  salam  verirdik.  O  da  bizə  bişirdiyindən  verir,  biz  

də  buna  görə  sevinirdik.  Cümə  namazından  sonra  yatmaq  və  

yemək  vərdişimiz  vardı”

2

.



Rəvayət  olunur  ki,  Həzrəti  Aişə  

(Allah  ondan  razı  qalsın!)

  demişdir:  

“(Bir  dəfə)  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

mənə  


dedi:  “Ey  Aişə,  bu  Cəbrayıldır,  sənə  salam  söyləyir.”  Mən  də  

dedim:  “Ona  da  salam,  Allahın  rəhməti  və  bərəkəti  olsun!  Sən  

bizim  görmədiyimizi  görürsən...”

3

İmam  Buxari  yuxarıdakı  iki  hədisi  “Kişilərin  qadınlara,  qa-



dınların  da  kişilərə  salam  verməsi”  başlığı  altında  göstərmişdir.  

Hafiz  ibn  Həcər  demişdir:  

1

 Mədinədə  bostanlıq  ərazi.  Dirrik  bitkiləri  əkilirdi.



2

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  

3

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə