Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə98/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   94   95   96   97   98   99   100   101   ...   158

İkinci fəsil. Müsəlman qadının sosial həyatda iştirakı...

317


“Bu  hədis  yad  qadınla  təklikdə  qalmağı  qadağan  edir.  Bu  

məsələdə  “icma”

1

  vardır.  Amma  naməhrəm  mötəbər  qadınların  



məhrəm  sayılıb-sayılmamağı  haqda  fikir  ayrılığı  vardır.  Doğru  

fikir  budur  ki,  şübhə  az  olduğundan  bu  caizdir”

2

.

Aşağıdakı  hallar  isə  qadağan  edilmiş  təklikdə  qalmağa  aid  



deyil:  

1.  Zəruri  hallarda  başqalarının  yanında  baş-başa  qal-

maq.  İmam  Buxari  “İnsanların  yanında  kişinin  qadınla  təklikdə  

qalmasının  caiz  olmağı”  babında  aşağıdakı  hədisi  buna  dəlil  

göstərmişdir:  

Rəvayət  olunur  ki,  Ənəs  ibn  Malik  



(Allah  ondan  razı  qalsın!)

  de-


mişdir:

“(Bir  dəfə)  ənsardan  bir  qadın  uşağı  ilə  Peyğəmbərin  



(Ona  

Allahın  xeyir-duası  və  salamı  olsun!)  

yanına  gəlmişdi.  Peyğəmbər  



(Ona  Alla-

hın  xeyir-duası  və  salamı  olsun!)  

onunla  baş-başa  qaldıqdan  sonra  dedi:  

“Canımı  əlində  tutan  Allaha  and  olsun  ki,  siz  ən  çox  sevdiyim  

insanlarsınız.”  Və  dediklərini  iki  dəfə  təkrarladı”

3

.  


Hafiz  ibn  Həcər  demişdir:  

“Qadın  və  kişi  insanlardan  uzaqda  təkbaşına  qala  bilməzlər.  

Hətt a  qadın  bir  şeyi  insanlar  arasında  deməkdən  utanıb  səsini  

kiminsə  eşitməyəcəyi  yerdə  yad  kişi  ilə  görüşərsə,  bu  hərəkət  

qadağandır.  Hədisdən  belə  başa  düşülür  ki,  fitnə-fəsadın  çıxma-

yacağından  əmin  olduqda  yad  bir  qadının  gizlində  bir  kişi  ilə  

danışmağı  dini  zədələmir”

4

.



1

 Alimlərin  söz  birliyi,  konsensusu  –  tərcüməçinin  qeydi.  

2

 İbn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  IV  cild,  səh.  448.  



3

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.

4

 İbn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  XI  cild,  səh.  246-247.




İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

318


2.  Zəruri  hallarda  iki-üç  kişinin  bir  qadınla  təklikdə  qal-

mağı.  Abdullah  ibn  Əmr  ibn  əl-As  rəvayət  edir  ki,  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

demişdir:  

“Bu  gündən  sonra  kimsə  yanında  bir-iki  nəfər  olmadan  əri  

evdə  olmayan  qadının  yanına  getməsin!”

1

İmam  Nəvəvi  demişdir:  



“Bu  hədisin  zahiri  mənasına  görə  iki-üç  kişinin  yad  qadınla  

təklikdə  qalmağı  caizdir.  Amma  bizim  məzhəbimizin  məlum  

görüşü  bunu  haram  sayır.  Bu  hədisi  belə  yozmaq  olar  ki,  

mürüvvətli  və  əməlisaleh  olduqlarından  əxlaqsızlığa  sövq  edil-

mələri  qeyri-mümkün  görünən  şəxslər  yad  qadınla  təklikdə  qala  

bilərlər.  Qazi  (İyaz)  da  hədisin  bu  cür  izahına  işarə  etmişdir”

2

.  


3.  Bir  kişinin  bir  dəstə  qadınla  təklikdə  qalmağı.  

Qadağan  edilmiş  təklik  bir  kişi  və  bir  qadına  aiddir.  Əgər  

qadın  və  ya  kişilərin  sayı  çox  olarsa,  qadağa  aradan  qalxar.  

İmam  Nəvəvi  demişdir:  

“Əgər  bir  kişi  bir  yad  qadınla  təklikdə  qalarsa,  bu,  hər  

ikisinə  haramdır...  Əgər  bir  kişi  yad  qadınlarla  təklikdə  qalarsa,  

(alimlərin)  bu  haqda  iki  görüşü  vardır.  “Cümhur”

3

  buna  icazə  



verib...  “Bu  gündən  sonra  kimsə  yanında  bir-iki  nəfər  olma-

dan  əri  evdə  olmayan  qadının  yanına  getməsin!”  hədisi  buna  

dəlildir.  Çünki  bir  kişi  çoxlu  qadının  yanında  bir  qadına  nə  isə  

edə  bilməz”

4

.

1



 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  

2

 Şərh  səhihi-Müslim,  XIV  cild,  səh.  153-155.  



3

 Alimlərin  böyük  əksəriyyəti  –  tərcüməçinin  qeydi.

4

 Bax:  Kitab  əl-məcmu  şərh  əl-mühəzzəb,  IV  cild,  səh.  17.  




İkinci fəsil. Müsəlman qadının sosial həyatda iştirakı...

319


Əri səfərdə olmayan qadının evə kiminsə 

gəlməsi üçün ərindən icazə alması

Əbu  Hüreyrə  



(Allah  ondan  razı  qalsın!)

  rəvayət  edir  ki,  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

demişdir:  “Əri  səfərdə  deyilsə,  

zövcəsinin  onun  icazəsi  olmadan  oruc  tutmağı  doğru  deyildir.  

Əri  səfərdə  deyilsə,  zövcəsi  onun  razılığı  olmadan  kiminsə  evə  

gəlməyinə  icazə  verə  bilməz”

1

.  



Hafiz  ibn  Həcər  demişdir:  

“Bu  şərt  (ərin  səfərdə  olmamağı  –  mütərcim)  ümumidir.  

Yəni,  ərin  evdə  olmamağı  o  demək  deyil  ki,  qadın  evinə  gəlmək  

istəyənlərə  icazə  verə  bilər.  Əri  evdə  olmayan  qadınların  evinə  

girməyi  qadağan  edən  hədislər  vardır.  Hədisi  belə  izah  etmək  

olar:  əri  evdə  olanda  qadın  asanlıqla  ondan  icazə  ala  bilir,  yox,  

olmayanda,  ala  bilmir.  Əgər  qadına  baş  çəkmək  zəruri  işdən  

ötrü  olsaydı,  əri  evdə  olmadığından  (qadının)  ondan  izn  alma-

ğına  ehtiyac  qalmayacaqdı”

2

.



Səfərdə  olmayan  ərdən  icazə  almağın  vacibliyini  aşağıdakı  

hadisə  də  təsdiqləyir:  

“Təmim  əd-Dari  rəvayət  edir  ki,  Əmr  ibn  əl-As  bir  məsələ  

üçün  Əli  ibn  əbu  Talibin  evinə  gedibmiş.  Amma  onu  (evdə)  

tapmır.  Geri  qayıdır,  sonra  yenidən  Əlinin  evinə  gedir.  Lakin  

bu  dəfə  də  onu  (evdə)  tapmır.  Bu  vəziyyət  iki  yaxud  üç  dəfə  

təkrarlanır.  (Nəhayət,)  Əli  gəlir  və  (məsələnin  nə  yerdə  oldu-

ğunu  öyrənib)  Əmrə  deyir:  “Əgər  istədiyin  şeyin  ona  (Həzrəti  

1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  



2

 İbn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  XI  cild,  səh.  207.




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə