Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə86/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   82   83   84   85   86   87   88   89   ...   158

Birinci fəsil. Peyğəmbərin zamanında müsəlman qadınların...

279


qızlarımın  birini  sənə  ərə  verərəm.  Əgər  sən  (həmin  müddəti)  

tamamlayıb  on  ilə  çatdırsan,  bu,  artıq  sənin  tərəfindən  (olan  

bir  lütfdür).  Mən  (on  il  müddətinə  şərt  kəsməklə)  sənə  əziyyət  

vermək  istəmirəm.  İnşallah,  mənim  saleh  (əhdə  vəfa  edən)  

kəslərdən  olduğumu  görəcəksən!”  (əl-Qəsəs,  23-27).

Peyğəmbər Cüveyriyyə ilə görüşmüş, 

xoşu gəldiyindən ona evlənmək 

təklif etmişdir

Nafe  rəvayət  etmişdir  ki,  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  

salamı  olsun!)  

gözlənilmədən...  Bəni-Müstəliq  qəbiləsinə  hücum  

etdi,  döyüşçülərini  öldürdü,  uşaqlarını  əsir  aldı.  Elə  həmin  gün  

Cüveyriyyə  ilə  evləndi

1

.

Həzrəti  Aişəyə  



(Allah  ondan  razı  qalsın!)

  istinadən  Əbu  Davud  

rəvayət  edir  ki,  Cüveyriyyə  (əsir  düşdükdən  sonra)  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

yanına  gəlmiş,  (işləyib  özünü  

azad  etmək  barədə)  onunla  anlaşmaq  istəmişdi...  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

soruşmuşdu:  “Sənin  üçün  bun-

dan  daha  yaxşısını  edimmi?”  Cüveyriyyə  soruşmuşdu:  “Nədir  

o,  ey  Allahın  rəsulu?”  Peyğəmbər  demişdi:  “Sənin  əvəzinə  an-

laşmanı  mən  yerinə  yetirəcəyəm  (pulunu  mən  verəcəyəm),  

səninlə  evlənəcəyəm.”  Cüveyriyyə  razılaşmışdı”.  

1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  




İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı

280


Kişilər Sə iyyəni görüb Peyğəmbərə 

təri ləmişdilər; o da onunla evlənmişdi

Rəvayət  olunur  ki,  Ənəs  ibn  Malik  deyib:

“(Bir  dəfə)  bir  şəxs  gələrək  Peyğəmbərə  

(Ona  Allahın  xeyir-duası  

və  salamı  olsun!)  

dedi:  “Ey  Allahın  peyğəmbəri,  Qüreyzə  və  Nəzir  

qəbilələrinin  xanımı  Səfiyyə  bint  Hüyeyi  Dihyəyə  vermisən.  Hal-

buki  o,  sənə  uyğundur!”  (Buxarinin  versiyasında:  “Peyğəmbərə  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

onun  gözəlliyindən  danışdı”.  

Müslimin  versiyasında:  “Onu  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  

və  salamı  olsun!)  

yanında  tərifl əyib  dedilər:  “Əsirlər  arasında  ondan  

gözəlini  görməmişik”).  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  ol-

sun!)  

dedi:  “Onu  və  Dihyəni  buraya  çağırın.”  Dihyə  və  Səfiyyə  

gəldilər.  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

ona  baxıb  

dedi:  “Əsirlər  arasından  başqa  cariyəni  götür.”  Peyğəmbər  

(Ona  

Allahın  xeyir-duası  və  salamı  olsun!)  

onu  köləlikdən  azad  edib,  onunla  

evləndi”

1

.  



Peyğəmbər özünü ona hədiyyə etmək 

istəyən qadın haqda düşünmüş, amma 

evlənməkdən vaz keçmiş, onu başqası ilə 

evləndirmişdir

Rəvayət  olunur  ki,  Səhl  ibn  Sə`d  demişdir:

“Bir  qadın  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

yanı-


na  gəlib  dedi:  “Ey  Allahın  rəsulu,  özümü  sənə  hədiyyə  etmək  

1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.




Birinci fəsil. Peyğəmbərin zamanında müsəlman qadınların...

281


üçün  gəlmişəm.”  Peyğəmbər  onu  başdan-ayağadək  süzdü  və  heç  

nə  demədi.  Qadın  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

susduğunu  görüb  oturdu...  (Bu  zaman)  səhabələrdən  bir  nəfər  

dilləndi:  “Ey  Allahın  rəsulu,  əgər  sənin  ona  ehtiyacın  yoxdursa,  

məni  onunla  evləndir.”  Peyğəmbər  soruşdu:  “(Ona  verməyə)  

nəyin  var?”  Səhabə  dedi:  “And  olsun  ki,  heç  nəyim  yoxdur,  ey  

Allahın  rəsulu!”  ...Peyğəmbər  buyurdu:  “Yaxşı.  Amma  Quran-

dan  bildiklərini  öyrətmək  şərti  ilə  götür  onu”

1

.



İki şəxs bəzənib-düzənmiş Sübey`ə ilə 

görüşərək ona evlənmək təklif etmişdilər; 

o isə onlardan gənc olanını seçmişdir

Rəvayət  olunur  ki,  Sübey`ə  bint  əl-Haris  əl-Əsləmiyyə  deyib:  

“Sə`d  ibn  Xövlənin  zövcəsi  idim.  ...Vida  həcci  zamanı  vəfat  

etmişdi.  Həmin  vaxt  ondan  hamilə  idim.  Çox  keçmədi  ki,  uşaq  

dünyaya  gətirdim.  Nifasdan  təmizləndikdən  sonra  nişan  üçün  

geyinib-bəzəndim.  (Bu  zaman)  Bəni-Əbdüddar  qəbiləsindən  

Əbu  Sənabil  ibn  Bə`kək  yanıma  gələrək  dedi:  “Görürəm  ki,  ni-

şanlanmaq  üçün  bəzənib-düzənmişsən.  Evlənməkmi  istəyirsən?  

...”  (Buxariyə  görə,  Əbu  Sənabil  ibn  Bə`kək  evlənmək  istəsə  

də,  Sübey`ə  rədd  etmişdi”).  Ondan  bunu  eşitdiyimdə...  Pey-

ğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

yanına  gedib,  ondan  bu  

haqda  soruşdum.  Bildirdi  ki,  uşaq  doğduqdan  sonra  (evlənmək  

üçün  kişilərə)  halalam.  Onu  da  buyurdu  ki,  istəsəm,  evlənə  

bilərəm”

2

.



1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.

2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə