Birinci fəsil. Peyğəmbərin zamanında müsəlman qadınların...
269
“Peyğəmbərlə
(Ona Allahın xeyir-duası və salamı olsun!)
yeddi döyüşdə
iştirak etdim. Miniklərinin arxasında olur
1
, onlara yemək bişi-
rir, yaralıları müalicə edir, xəstələrə baxırdım”
2
.
ç) Xəstələrin qayğısına qalmaq. Rəvayət olunur ki, Həfsə
bint Sirin
(Allah ondan razı qalsın!)
deyib:
“Bir qadın gələrək Bəni-Xilf qəbiləsinə qonaq düşdü. Ya-
nına getdim. Mənə danışdı ki, bacısının (Ümmi-Ətiyyənin –
mütərcim) əri Peyğəmbərlə
(Ona Allahın xeyir-duası və salamı olsun!)
on
iki yürüşdə iştirak edib. Bacısı (Ümmi-Ətiyyə) onunla birlikdə
altı yürüşdə olub. Onu da dedi ki: “Xəstələrə baxır, yaralı-
ları müalicə edirdik.” (Həfsə deyir:) “(Sonra) Ümmi-Ətiyyə
gəldiyində bunu ondan soruşdum...”
3
.
Həfsə bint Sirin rəvayət edir ki, Ümmi-Ətiyyə əl-Ənsariyyə
(Allah ondan razı qalsın!)
demişdir:
“Peyğəmbərlə
(Ona Allahın xeyir-duası və salamı olsun!)
yeddi yürüşdə
iştirak etdim. Miniklərinin arxasında olur, onlara yemək bişirir,
yaralıları müalicə edir, xəstələrə baxırdım”
4
.
d) Ölü və yaralıları daşımaq. Rübəyye bint Müəvviz
(Allah
ondan razı qalsın!)
demişdir:
“Peyğəmbərlə
(Ona Allahın xeyir-duası və salamı olsun!)
savaşlarda işti-
rak edirdik. İnsanlara su verir, xidmət göstərir, ölü və yaralıları
Mədinəyə daşıyırdıq”
5
.
Elə qadınlar var idi ki, özlərini müdafiə etmək üçün xəncər
gəzdirirdilər. Ənəs ibn Malik
(Allah ondan razı qalsın!)
demişdir:
1
Yəni, minikləri və yüklərinin qayğısına qalırdım.
2
Hədisi İmam Müslim rəvayət etmişdir.
3
Hədisi İmam Buxari rəvayət etmişdir.
4
Hədisi İmam Müslim rəvayət etmişdir.
5
Hədisi İmam Buxari rəvayət etmişdir.
İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı
270
“Hüneyn günündə Ümmi-Süleym əlində xəncər tutmuşdu.
Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
soruşdu: “Bu nə
xəncərdir?” (Ümmi-Süleym dedi:) “Götürmüşəm ki, müşrik-
lərdən kimsə yaxınlaşsa, qarnını deşim.” Peyğəmbər
(Ona Allahın
xeyir-duası və salamı olsun!)
güldü...”.
1
Əgər Ümmi-Süleym ehtiyata özü ilə xəncər gəzdirmişdisə,
“ət-Təbəqat əl-kübra” əsərində İbn Sə`din yazdığına görə, Üm-
mi-Əmarə Uhud döyüşündə qılıncı ilə Peyğəmbəri
(Ona Allahın
xeyir-duası və salamı olsun!)
müdafiə etmişdir. Ömər ibn əl-Xətt ab
(Allah
ondan razı qalsın!)
demişdir:
“Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
Uhud günündə
belə dediyini eşitmişəm: “Hər dəfə sağıma və soluma dön-
düyümdə Ümmi-Əmarəni qaarşımda döyüşən görürdüm”
2
.
Döyüşlərdə iştirak edən qadınlara da qənimətlərdən pay dü-
şürdü. İbn Abbas
(Allah ondan razı qalsın!)
demişdir:
“Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
onlarla (qadınlar-
la) savaşa gedir, ...qənimətdən onlara da pay verirdi...”
3
.
Elə qadınlar olmuşdur ki, dəniz döyüşlərində şəhid düşməyi
arzulamış, Allah da onların bu arzusunu yerinə yetirmişdir.
Rəvayət olunur ki, Ənəs ibn Malik
(Allah ondan razı qalsın!)
demişdir:
“Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
Quba torpaqlarına
gedərkən Ümmi-Həram bint Məlhanın qonağı olurdu. Ümmi-
Həram da ona yemək verərdi. (Həmin vaxtlar) Ümmi-Həram
Übadə ibn əs-Samitin zövcəsi idi. Bir dəfə Peyğəmbər
(Ona Al-
lahın xeyir-duası və salamı olsun!)
onun yanına getdi, o da Peyğəmbərə
1
Hədisi İmam Müslim rəvayət etmişdir.
2
İbn Sə`d. ət-Təbəqat əl-kübra, VIII cild, səh. 415.
3
Hədisi İmam Müslim rəvayət etmişdir.
Birinci fəsil. Peyğəmbərin zamanında müsəlman qadınların...
271
(adəti üzrə) yemək verdi. Peyğəmbər (yeməyi yedikdən sonra)
yatdı. Ayıldıqda gülürdü. (Ümmi-Həram deyir:) “Soruşdum:
“Ey Allahın rəsulu, nə üçün gülürsən?” Dedi: “Gördüm ki,
ümmətimdən bir dəstə insan yaşıl dənizdə (Aralıq dənizi)
Allah yolunda yürüşə çıxıb.” Ümmi-Həram dedi: “Allaha dua
et ki, məni də onlardan etsin!” Peyğəmbər
(Ona Allahın xeyir-duası
və salamı olsun!)
dua edib dedi: “Allahım, onu onlardan biri et!” ...
(Sonralar) Müaviyənin dövründə Ümmi-Həram əri Übadə
ibn Samit ilə müsəlmanların ilk dəniz yürüşündə iştirak etmiş-
di. Yürüşdən qayıtdıqda Şamda mənzil salmışdılar. Ona minsin
deyə heyvan (at...) gətirdilər. At onu üstündən yerə salmış, o
da həlak olmuşdu”.
1
Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
bu kəlamı Ümmi-
Həram üçün doğrudur:
“Kim Allah yolunda miniyindən yıxılıb ölərsə, şəhiddir”
2
.
Peşə fəaliyyəti
Peşə üzrə işləmək qadın-kişi əməkdaşlığının əsas motivlərin-
dən biridir. Peşə fəaliyyəti onun üçündür ki, qadın ya kasıb
ərinə kömək etsin, ya xeyriyyə üçün pul toplasın, ya da müasir
cəmiyyətdə qadınlara “fərzi-kifayə” sayılan bəzi işləri (qadın və
qızlara təhsil vermək, onları müalicə etmək...) görsün. Bu za-
man əksər hallarda kişilərlə (qəyyumlar, ərlər, qohum-əqrəba)
ünsiyyət yaratmaq lazım gəlir.
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
2
Təbəri rəvayət etmişdir. İstinadı “həsən”dir. Bax: İbn Həcər. Fəth əl-Bari,
VI cild, səh. 358.
Dostları ilə paylaş: |