İkinci fəsil. Müsəlman qadının sosial həyatda iştirakı...
305
Kirmani demişdir:
“Gözlərin xəyanətini bilir” o deməkdir ki, Allah halal olma-
yana oğrun-oğrun baxmadan xəbərdardır”
1
.
Əbu Səid əl-Xudri
(Allah ondan razı qalsın!)
rəvayət edir ki, bir
dəfə Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
yanındakılara
səsləndi: “Yollarda oturmaqdan çəkinin!” Dedilər: “Ey Allahın
rəsulu, biz zərurətdən oturub söhbət edirik.” Peyğəmbər dedi:
“Madam ki oturmaq istəyirsiniz, onda yolun haqqını verin.”
Sual etdilər: “Nədir bu haqq, ey Allahın rəsulu?” Buyurdu:
“Gözünüzü haramdan qoruyun, (yoldan keçənlərə söhbətinizlə,
hərəkətlərinizlə...) əziyyət etməyin, salamı alın, xeyrə çağırıb
pis işlərdən çəkindirin”
2
.
Rəvayət olunur ki, Cərir ibn Abdullah
(Allah ondan razı qalsın!)
demişdir:
“Peyğəmbərdən
(Ona Allahın xeyir-duası və salamı olsun!)
yad qadınlara
anidən, həm də biqəsd baxmaq haqqında soruşdum. Əmr etdi
ki, nəzərlərimi çevirim (yəni, baxmayım)”
3
.
İbn Abbas
(Allah ondan razı qalsın!)
demişdir:
“Əbu Hüreyrənin Peyğəmbərə istinadən kiçik günahlar ba-
rədə dediyi sözlərdən daha gözəlini eşitməmişəm. Belə ki Pey-
ğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
demişdir: “Doğrudan
da, Allah adəm oğluna zinadan pay yazıb. Gözün zinası – bax-
maq, dilin zinası – (haram) danışmaq, nəfsin zinası istəyib
1
Yenə orada, səh. 2.
2
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
3
Hədisi İmam Müslim rəvayət etmişdir.
İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı̇
306
şəhvət duymaqdır. Övrət yeri isə bunu ya gerçəkləşdirər, ya da
gerçəkləşdirməz”
1
.
Hədisdən məlum olur ki, şəhvətlə baxmaq qadağandır. Bu
səbəbdən deyilib: “Nəfsin zinası istəyib şəhvət duymaqdır”. Bu
o deməkdir ki, şəhvətsiz baxmaqda bir günah yoxdur.
Rəvayət olunur ki, İbn Abbas
(Allah ondan razı qalsın!)
demişdir:
“(Bir dəfə) Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
qur-
bankəsmə günü Fəzl ibn Abbası miniyinin təkinə mindirmişdi.
Fəzl yaraşıqlı birisi idi. Peyğəmbər dayanıb insanların suallarını
cavablandırırdı. Bu əsnada Xəs`əm qəbiləsindən yaraşıqlı bir
qadın gəlib, Peyğəmbərdən bir məsələ haqqında soruşdu. Fəzl
ona baxmağa başladı, gözəlliyi xoşuna gəlmişdi. Peyğəmbər
geri çevrildi, Fəzl hələ də ona (qadına – mütərcim) baxır-
dı. Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
əli ilə Fəzlin
çənəsindən tutdu, üzünü yana çevirdi, qadına baxmağına mane
oldu”
2
.
Hafiz ibn Həcər yazmışdır:
“İbn Bətt al
3
demişdir: “Hədisdə fitnə-fəsad ehtimalı üzün-
dən nəzərləri çevirmək əmr edilir. Bu da zəruri edir ki, fitnə-
fəsadın yaranmayacağına əmin olunduğunda baxmaq qadağan
deyildir... Bunun dəlili odur ki, Peyğəmbər
(Ona Allahın xeyir-duası və
salamı olsun!)
Fəzlin üzünü qadına hey baxdığı üçün çevirmişdir.
Çünki bunun ona (Fəzlə) fitnə-fəsad yaradacağından ehtiya-
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
2
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
3
İmam Buxarinin “Səhih” kitabına şərh yazmış alimlərdən biri.
İkinci fəsil. Müsəlman qadının sosial həyatda iştirakı...
307
lanırdı. Bu vəziyyət insan oğlunun təbiətini – qadınlara meyl
salıb onlara valeh qalmağın doğurduğu zəifl iyi ifadə edir”
1
.
Rəvayət olunur ki, Həzrəti Aişə
(Allah ondan razı qalsın!)
demişdir:
“Bayram günü idi. Zəncilər (həbəşlər) nizə-qalxan oyunu
oynayırdılar. (Dəqiq xatırlamıram) ya mən istədim, ya da o
(Peyğəmbər) soruşdu: “Baxmaq istəyirsənmi?” “Bəli”, – dedim.
Məni arxasında saxladı...”
2
.
Hədisin digər versiyasında deyilir: “Məni əbası ilə örtdü”.
Hafiz ibn Həcər demişdir:
“Məni əbası ilə örtdü” sözü göstərir ki, əhvalat hicab əmr
edildikdən sonra baş verib. Habelə bu hədis qadınların kişilərə
baxmağının “caiz” olduğuna dəlalət edir”
3
.
Xülasə, görüşmək bəzən qadınların kişiləri, kişilərin də qa-
dınları görməyini labüd edir. Əgər tərəfl ər baxışlarını çevirə
bilirlərsə, bir-birinə diqqətlə (şəhvətlə) baxmırlarsa, onların bir-
birini görməsində qəbahət yoxdur.
Ümumi vəziyyətlərdə əllə
görüşməkdən çəkinmək
Allah Təala buyurur:
“(Ya Rəsulum!) Mömin kişilərə de ki, gözlərini haram edil-
miş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar)...
Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylər-
dən çevirsinlər (naməhrəmə baxmasınlar)...” (ən-Nur, 30-31).
1
Fəth əl-Bari, XIII cild, səh. 245.
2
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
3
Fəth əl-Bari, II cild, səh. 96.
Dostları ilə paylaş: |