Birinci kitab. Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti
188
ki, siz qəbirlərinizdə Məsih Dəccalın fitnəsi, ya da ona oxşarı
ilə imtahan olunacaqsınız. (Qəbirdəki kimsəyə) deyiləcək: “Bu
kişi (Həzrəti Məhəmməd) barədə nə bilirsən?” Mömin, ya da
yəqin iman sahibi deyəcək: “O, Allahın rəsulu Məhəmməddir,
açıq-aydın dəlillər və doğru yol gətirmişdir. Biz də (onun çağı-
rışına) hay verib, onun yolu ilə getdik. O Məhəmməddir!” Bu,
üç dəfə təkrarlanacaq. Daha sonra (həmin kimsəyə) deyiləcək:
“Rahatlıqla yat, bildik ki, sənə ona yəqinliklə inanmışsan!” Mü-
nafiq və ya şübhədə olan kimsə isə (həmin suala cavabında)
deyəcəkdir: “Bilmirəm, eşitmişdim ki, insanlar (onun haqqın-
da) nə isə deyirlər. Mən də (onların dediyini) dedim”
1
.
Bilik və dərrakəsi
Rəvayət olunur ki, Müslim əl-Qüriyyi deyib:
“İbn Abbasdan təmmətü həcci haqqında soruşdum. İbn Ab-
bas bunun caiz
2
olduğunu dedi. İbn Zübeyr isə bunun qa-
dağan olduğunu bildirdikdə İbn Abbas dedi: “İbn Zübeyrin
anası danışmışdır ki, Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
buna (təmətt ü həccinə – mütərcim) icazə verib. Gedin on-
dan soruşun!” (Müslim əl-Qüriyyi deyir:) “Onun (Əsmanın)
yanına getdik. Olduqca yaşlı idi və gözləri tutulmuşdu. Dedi:
“Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
buna icazə verib”
3
.
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
2
İcazəli.
3
Hədisi İmam Müslim rəvayət etmişdir.
Dördüncü fəsil.
Qadın şəxsiyyətlər
189
Cəsarəti və rəyini
çəkinmədən söyləməsi
Əbu Nofəl demişdir:
“Abdullah ibn Zübeyri şəhərin girişində çarmıxa çəkilmiş
gördüm. Qüreyş və xalq onun yanından keçib gedirdi. (Bir
dəfə) Abdullah ibn Ömər onun yanında keçərkən dedi: “Sa-
lam, ey Əbu Xübeyb! Salam, ey Əbu Xübeyb! Salam, ey
Əbu Xübeyb! Axı mən səni bu işdən çəkindirmişdim
1
. Axı
mən səni bu işdən çəkindirmişdim. Axı mən səni bu işdən
çəkindirmişdim. Vallah, bildiyimə görə, sən, doğrudan da, çox
oruc tutan, çox namaz qılan, qohum-əqrəbaya çox kömək edən
birisi idin! Allaha and olsun ki, ən yamanı sənin kimi birisi
olan ümmət ən yaxşı ümmətdir!” Sonra Abdullah oradan uzaq-
laşdı. Abdullahın orada dayanmağı və dedikləri Həccaca çatan-
da adam göndərib İbn Zübeyri çarmıxa çəkildiyi xurma ağa-
cından aşağı endirtdi və yəhudilərin məzarlığına atdırtdı. Sonra
Əsma bint Əbubəkrin yanına adam göndərdi. Əsma onun ya-
nına getməyi rədd etdi. Həccac onun yanına yenidən başqasını
göndərdi: “Ya gələcəksən, ya da mən səni saçından sürüyərək
gətirəcək adam göndərəcəyəm!” Əsma rədd edib dedi: “Saçım-
dan sürüyəcək birini göndərsən də, Allaha and olsun, sənin
yanına gəlməyəcəyəm!” (Bunu eşidən) Həccac (xidmətçilərinə)
dedi: “Ayaqqabılarmı gətirin!” Ayaqqabılarını geyindi, tələm-
tələsik Əsmanın yanına getdi. (Evinə çatıb) içəriyə daxil oldu
1
Yəni, səni Həccac kimi zalıma baş qoşmamaq barədə xəbərdar etmişdim
–
tərcüməçinin qeydi.
Birinci kitab. Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti
190
və dedi: “Allahın düşməninə (Əsmanın oğlu Abdullah ibn Zü-
beyri nəzərdə tuturdu – mütərcim) nə etdiyimi gördünmü?”
Əsma dedi: “Gördüm ki, sən onun dünyasını bərbad etdin, o
da sənin axirətini zay etdi. Eşitmişəm ki, ona: “Ey iki qurşağı
olanın oğlu!” – demisən. Mən, Allaha and olsun ki, iki qur-
şağı olanam! Bir qurşaqla dəvələrin belindən Peyğəmbər
(Ona
Allahın xeyir-duası və salamı olsun!)
və Əbubəkrin yeməyini götürürdüm.
Digəri isə qadına lazım olan qurşaqdır. Bir də onu bil ki,
Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
bizə demişdi: “Səqif ”
(qəbiləsində) bir yalançı və bir qantökən (və ya: çox canalan)
vardır. Yalançının
1
kim olduğunu gördük. Qantökənə gəlincə,
onun ancaq sən olduğunu güman edirəm.” Bunu eşidən Həccac
ondan ayrıldı və bir daha onun yanına getmədi”
2
.
ƏSMA BİNT ÜMEYS
Cənnətlə müjdələnən üç böyük səhabənin: Cəfər ibn əbu
Talib, Əbubəkr Siddiq və Əli ibn əbu Talibin
(Allah onlardan razı
qalsın!)
həyat yoldaşı olmuşdur.
İlk müsəlmanlardan olmağı
və Həbəşistana hicrəti
Rəvayət olunur ki, Əbu Musa əl-Əş`əri
(Allah ondan razı qalsın!)
demişdir:
1
Söhbət Muxtar ibn əbu Übeydullah əs-Səqəfi dən gedir. Son dərəcə ya-
lançı imiş. Hətt a Cəbrayılla görüşdüyünü iddia edirmiş.
2
Hədisi İmam Müslim rəvayət etmişdir.