Dördüncü fəsil.
Qadın şəxsiyyətlər
179
xeyir-duası və salamı olsun!)
yanındakılara dedi: “Durun!” Yola düş-
dü, mən də onların qabağında gedirdim. Əbu Təlhəgilə çatıb
(Peyğəmbərin gəldiyini) ona xəbər verdim. Əbu Təlhə (xa-
nımına) dedi: “Ey Ümmi-Süleym! Peyğəmbər insanlarla bizə
gəlib, bizim isə onları yedirəcək heç nəyimiz yoxdur.” Ümmi-
Süleym dedi: “Allah və rəsulu daha yaxşı bilir!” Əbu Təlhə
evdən çıxdı və Peyğəmbərlə rastlaşdı. Sonra Peyğəmbər və
Əbu Təlhə gəldilır. Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
dedi: “Ey Ümmi-Süleym, nəyin varsa gətir!” Ümmi-Süleym
çörəkləri gətirdi. Peyğəmbər əmr etdi ki, çörəkləri doğrasınlar.
Ümmi-Süleym isə doğranmış çörəkləri yağ saxladığı qaba tö-
küb qarışdırdı. Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
dedi:
“Bunun ki içində, maşallah, az yemək yoxdur!” Sonra buyurdu:
“On nəfər gəlsin!” On nəfər gəlib (qabdan) yedilər və doyaraq
çıxdılar. Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
bir də bu-
yurdu: “On nəfər gəlsin!” On nəfər gəlib (qabdan) yedilər və
doyaraq çıxdılar. Yenə dedi: “On nəfər də gəlsin!” On nəfər
gəlib (qabdan) yedilər və doyaraq çıxdılar. Bir daha dedi: “On
nəfər də gəlsin!” On nəfər gəldi. Beləliklə oradakıların hamısı
yeyib doydular. (Ənəs deyir:) “Onlar yetmiş, ya da səksən
nəfər olardılar”
1
.
Hədisin İmam Müslimin rəvayət etdiyi versiyasında deyilir:
“Daha sonra Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
, Əbu Təlhə,
Ümmi-Süleym və Ənəs ibn Malik yedilər. Yenə də yemək artıq
qaldı və biz onu qonşularımıza verdik”.
1
Hədisi İmam Buxari rəvayət etmişdir.
Birinci kitab. Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti
180
Beyət edib beyətinə sadiq qalması
Rəvayət olunur ki, Ümmi-Ətiyyə
(Allah ondan razı qalsın!)
deyib:
“Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
beyət vaxtı bizdən
söz aldı ki, şivən qopararaq ağlamayacağıq. Bizdən ancaq beş
nəfər vədinə vəfa göstərdi: Ümmi-Süleym, Ümmi-Əla, Bint əbu
Səbrət, Müazın xanımı və başqa iki qadın...”
1
.
Həyası
Rəvayət olunur ki, Ümmi-Sələmə
(Allah ondan razı qalsın!)
deyib:
“(Bir dəfə) Ümmi-Süleym Peyğəmbərin
(Ona Allahın xeyir-duası
və salamı olsun!)
yanına gəlib soruşdu: “Allah haqdan həya etməz.
Ey Allahın rəsulu, ehtilam
2
olan qadın qüsl almalıdırmı?”
Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
buyurdu: “Su tapan
kimi alsın”
3
.
Həzrəti Aişə necə də düz deyib:
“Ənsar qadınları nə yaxşıdır! Dini yaxşı öyrənmək üçün
həyaları onlara mane deyildir”
4
.
Cihadda iştirakı
Rəvayət olunur ki, Ənəs ibn Malik
(Allah ondan razı qalsın!)
deyib:
“Uhud günü insanlar Peyğəmbərin
(Ona Allahın xeyir-duası və sala-
mı olsun!)
yanından dağılışmışdılar. Gördüm ki, Əbubəkrin qızı
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
2
Pollyusiya.
3
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
4
Hədisi İmam Müslim rəvayət etmişdir.
Dördüncü fəsil.
Qadın şəxsiyyətlər
181
Aişə və Ümmi-Süleym səylə işləyirlər. Paltarlarını topuğa qədər
çırmayaraq bellərinə su tuluğu yükləyib daşıyır, yaralılara su
verir, su qurtardıqda yenidən qayıdıb (tuluqlara) su doldurur,
yaralıların ağzına tökürdülər”
1
.
Ənəs ibn Malik
(Allah ondan razı qalsın!)
demişdir:
“Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
yürüşə çıxdığın-
da Ümmi-Süleym və ənsardan bəzi qadınları özü ilə aparırdı.
Onlar (əsgərlərə) su verir, yaralıları müalicə edirdilər. Ümmi-
Süleymi Xeybər yürüşündə də bu cür gördüm”
2
.
Ənəs ibn Malik
(Allah ondan razı qalsın!)
demişdir:
“Hüneyn günündə Ümmi-Süleym əlində xəncər tutmuşdu.
Onu görən Əbu Təlhə Peyğəmbərə
(Ona Allahın xeyir-duası və salamı
olsun!)
dedi:
“Ey Allahın rəsulu, bu Ümmi-Süleymdir, əlində də xəncər tu-
tub.” Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
soruşdu: “Bu nə
xəncərdir?” (Ümmi-Süleym dedi:) “Onu götürmüşəm ki, müş-
riklərdən kimsə mənə yaxınlaşsa, qarnını deşim.” Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
güldü. Ümmi-Süleym dedi: “Ey
Allahın rəsulu, bizdən qeyrilərini – sənin yanından qaçıb dağı-
lışan tüləqanı öldür”. Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
buyurdu: “Ey Ümmi-Süleym! Allah (bu işdə bizə) bəsdir və
hər şeyi yaxşı edəndir!”
3
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
2
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
3
Hədisi İmam Müslim rəvayət etmişdir.