Birinci kitab. Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti
172
da ona salam verib dua etdilər. Evinə qayıtdığında bir-biri ilə
söhbət edən iki kişi gördü. Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı
olsun!)
onları gördükdə geri qayıtdı. Onlar Peyğəmbərin
(Ona Allahın
xeyir-duası və salamı olsun!)
geri qayıtdığını gördüklərində yerlərindən
sıçrayıb tez (evdən) çıxdılar. Onların çıxıb getmələrini mənmi
Peyğəmbərə dedim, yoxsa başqalarımı xəbər verdi, xatırlamı-
ram. Bundan sonra Peyğəmbər evinə geri qayıtdı, mənimlə
arasında pərdə çəkdi. Bu əsnada hicab ayəsi nazil oldu”
1
.
Peyğəmbərə görə məqamı
Rəvayət olunur ki, Həzrəti Aişə
(Allah ondan razı qalsın!)
demişdir:
“Zeynəb Peyğəmbərin nəzərində mənimlə eyni idi...”
2
.
Üstün key iyyətləri
Həzrəti Aişə
(Allah ondan razı qalsın!)
demişdir:
“...Qadınlar arasında Zeynəb qədər xeyirxah, Allahdan qor-
xan, düz danışan, qohumlarına tez-tez baş çəkən, çox sədəqə
verən kimsə görməmişəm. Allah Təalaya yaxınlaşmaqda, sədəqə
verməkdə heç tərəddüd etməzdi...”
3
.
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
2
Hədisi İmam Müslim rəvayət etmişdir.
3
Hədisi İmam Müslim rəvayət etmişdir.
Dördüncü fəsil.
Qadın şəxsiyyətlər
173
Peyğəmbərin digər xanımlarının
qarşısında fəxr etməsi
Rəvayət olunur ki, Ənəs ibn Malik
(Allah ondan razı qalsın!)
deyib:
“Zeynəb Peyğəmbərin (digər) zövcələri qarşısında fəxrlə
deyərdi: “Sizi ailələriniz evləndirib, məni isə – yeddi səmanın
üstündən Allah Təala!”
1
“
Peyğəmbərə birinci qovuşması
Rəvayət olunur ki, Həzrəti Aişə
(Allah ondan razı qalsın!)
demişdir:
“(Bir dəfə) bəzi xanımları Peyğəmbərə
(Ona Allahın xeyir-dua-
sı və salamı olsun!)
dedilər: “Hansımız sənə birinci qovuşacağıq?”
Peyğəmbər: “Əli daha uzun olanınız!” – deyə cavab verdi. İp
götürüb əllərini ölçməyə başladılar. Əli ən uzun olan Sevda idi.
Sonralar (Zeynəb vəfat etdikdən sonra) bildik ki, əlin uzunlu-
ğu – çox sədəqə vermək imiş. Zeynəb bizdən tez ona qovuşdu.
O, sədəqə verməyi çox sevirdi”
2
.
1
Hədisi İmam Buxari rəvayət etmişdir.
2
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
Birinci kitab. Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti
174
ÜMMİ-SÜLEYM
(QÜMEYSƏ BİNT MƏLHAN)
Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
demişdir:
“Cənnətə daxil olduğum vaxt ayaq səsi eşitdim. “Bu kim-
dir?” – deyə soruşdum. “Qümeysə bint Məlhandır”, – deyə
cavab verdilər”
1
.
Özünəməxsus evliliyi
Cabir ibn Abdullah rəvayət edir ki, Peyğəmbər
(Ona Allahın
xeyir-duası və salamı olsun!)
deyib:
“Mənə Cənnət göstərildi. Orada Əbu Təlhənin qadınını
gördüm”
2
.
Ərinin qayğısına qalıb səbir göstərməsi
Rəvayət olunur ki, Ənəs ibn Malik
(Allah ondan razı qalsın!)
de-
mişdir:
“Əbu Təlhənin Ümmi-Süleymdən olan oğlu ölmüşdü. Üm-
mi-Süleym ailəsinə dedi: “Əbu Təlhəyə oğlunun ölümü haq-
qında danışmayın. Bunu ona mən deyəcəyəm.” Əbu Təlhə
evə gəldiyində Ümmi-Süleym ona axşam yeməyini verdi. Əbu
Təlhə yeyib-içdikdən sonra Ümmi-Süleym əvvəllər etdiyindən
1
Hədisi İmam Müslim rəvayət etmişdir.
2
Hədisi İmam Müslim rəvayət etmişdir.
Dördüncü fəsil.
Qadın şəxsiyyətlər
175
daha yaxşı bəzənib-düzənmişdi. Əbu Təlhə onunla yaxınlıq
etdi. Ümmi-Süleym görəndə ki, əri həm doyub, həm də ondan
muradını alıb, dedi: “Ey Əbu Təlhə! Əgər insanlar bir ailəyə
bir şeyi icarə versələr və sonra onu geri istəsələr, ailə buna
etiraz edə bilərmi?” Əbu Təlhə dedi: “Xeyr, edə bilməz.” Üm-
mi-Süleym dedi: “Əhsən! Oğlun öldü...” Əbu Təlhə qəzəblənib
dedi: “Məni bu işə bulaşdırdın, sonra da oğlumun ölümünü
xəbər verdin!” Əbu Təlhə evindən çıxıb Peyğəmbərin
(Ona Al-
lahın xeyir-duası və salamı olsun!)
yanına getdi və olanları ona danışdı.
Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
buyurdu: “Allah ötən
gecənizi bərəkətli etsin!” Bundan sonra Ümmi-Süleym hamilə
qaldı. (Ənəs sözünə davam edir:) “Bir dəfə Peyğəmbər
(Ona
Allahın xeyir-duası və salamı olsun!)
səfərə çıxmışdı. Yanında Ümmi-Sü-
leym də var idi. Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
səfərdən qayıdarkən Mədinəyə gecə daxil olmazdı. Mədinəyə
yaxınlaşmışdılar. Bu zaman Ümmi-Süleymin doğum sancısı tut-
du. Bu səbəbdən Əbu Təlhə onun yanında qaldı. Peyğəmbər
isə yoluna davam etdi. Bu vaxt Əbu Təlhə deyirdi: “Yarəb, sən
bilirsən ki, Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
çıxdığın-
da onunla çıxmaq, qayıtdığında qayıtmaq mənim çox xoşu-
ma gəlir. Gördüyünlə baş-başa qaldım.” Ümmi-Süleym dedi:
“Əvvəllər hiss etdiyim ağrını indi hiss etmirəm. Peyğəmbər
getdisə, biz də gedək.” (Ənəs deyir:) “Yolumuza davam et-
dik. (Mədinəyə) gəldiyimizdə Ümmi-Süleymin doğum sancısı
tutdu və bir oğlan dünyaya gətirdi.” Anam mənə dedi: “Ey
Ənəs, sabah Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
ya-
nına aparanadək kimsə bu uşağı əmizdirməsin!” Səhəri günü
uşağı götürüb Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
yanı-