İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı̇
378
hazırlayır, ağzını iplə bağlayır, (ağacdan) asırdım. O da səhər
olduğunda ondan içirdi”
1
.
Rəvayət olunur ki, Zürarə
(Allah ondan razı qalsın!)
deyib:
“(Bir dəfə) Sə`d ibn Hişam ibn Amir Allah yolunda hərbi
yürüşdə iştirak etmək istədi. Mədinəyə gəlib, bir mülkünü sat-
maq, silah və at alıb, ölənədək rumlularla savaşmaq istəyirdi.
Bəzi mədinəlilərlə görüşdü. Ona bunu qadağan edib dedilər ki,
hələ altı şəxs Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
sağ ikən
bunu etmək istəmiş, Peyğəmbər də
(Ona Allahın xeyir-duası və salamı olsun!)
onlara bunu qadağan edib demişdi: “Məgər məndə sizin üçün
nümunə yoxdur?” Onlar bunu ona xəbər verdiklərində Sə`d
boşadığı qadınının yanına qayıtdı və bu haqda şahidlər tutdu.
Bundan sonra İbn Abbasın yanına gəlib, ondan Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
vitr namazı haqda soruşdu. İbn
Abbas (ona) dedi: “Sənə Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı
olsun!)
vitr namazına yer üzündə yaşayanlardan kimin daha çox
bələd olduğunu deyimmi?” Sə`d dedi: “Kimdir o?” İbn Abbas
dedi: “Aişə. Tez onun yanına get, suallarını ver. Sənə nə cavab
versə, mənə də bildir.” (Sə`d) deyir: “Aişənin yanına yollandım.
Həkim ibn Əfl əhə baş çəkərək, onu da Aişənin yanına aparmaq
istədim. Dedi: “Mən onun yanına gedə bilmərəm. Çünki bu iki
məsələ haqqında danışmağı ona qadağan etsəm də, rədd edib.”
Mən Həkimə and verib dedim ki, mənimlə gəlsin. Yola çıxdıq.
Yanıb çatdıqda içəri girmək üçün icazə istədik. İcazə verdi və
biz yanına girdik. Dedi: “Sən, Həkimsənmi?” (Görünür, tanı-
yıbmış) Dedi: “Bəli.” Aişə soruşdu: “Yanında kim var?” Dedi:
“Sə`d ibn Hişam.” Aişə soruşdu: “Kim Hişam?” Dedi: “Amirin
1
Hədisi İmam Müslim rəvayət etmişdir.
Dördüncü fəsil. Hicab əmrindən əvvəl və sonra...
379
oğlu Hişam.” Bunu eşidən Aişə ona rəhmət oxudu və haqqında
yaxşı sözlər söylədi (Qətadəyə görə, Hişam Uhud döyüşündə
ölmüşdür). Dedim: “Ey Möminlərin anası, mənə Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
əxlaqı barədə danış.” Dedi: “Sən
heç Quran oxumursanmı?” Dedim: “Təbii ki, oxuyuram.” Dedi:
“Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
əxlaqı Quran idi.”
(Bundan sonra) ayağa qalxıb getməyi və ölənədək heç kəsdən
nə isə soruşmamağı düşündüm. Sonra bir anlığa fikrimdən
daşınıb soruşdum: “Mənə Peyğəmbərin
(Ona Allahın xeyir-duası və
salamı olsun!)
gecə ibadəti haqda danış.” Dedi: “Müzzəmmil”i oxu-
mursanmı?” “Oxuyuram”, – dedim. Dedi: “Qüdrətli və Böyük
Allah bu surənin əvvəlində gecə ibadətini vacib buyurmuş-
du. (Bu səbəbdən) Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
və səhabələri bir il gecə ibadəti ilə məşğul oldular. Allah bu
surənin axır (hissəsini) on iki ay səmada saxladı (yəni, nazil
etmədi). Nəhayət, Allah bu surə haqqında yüngülləşdirmə na-
zil etdi. Bundan sonra gecə ibadəti vacib deyil, könüllü oldu.”
Dedim: “Ey Möminlərin anası, mənə Peyğəmbərin
(Ona Allahın
xeyir-duası və salamı olsun!)
vitr namazı haqqında danış.” Dedi: “Biz
onun üçün misvakı və paklanma suyunu hazırlayırdıq. Allah da
onu gecə nə vaxt istəsə, həmin vaxt oyadırdı. O da (əvvəlcə)
misvakdan istifadə edir, dəstəmaz alıb doqquz rükət namaz
qılırdı. Ancaq səkkizinci rükətdə oturur, Allahı zikr edir, Ona
həmd-səna deyir, dua etdikdən sonra salam vermədən qalxır,
doqquzuncu rükəti qılırdı. Sonra oturur, Allahı zikr edir, Ona
həmd-səna deyir, dua edir, axırda da salam verirdi – biz bunu
eşirdik. Salam verdikdən sonra oturaq vəziyyətdə iki rükət
namaz qılırdı. Ey oğlum, bu, on bir rükət edir. Peyğəmbər
İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı̇
380
(Ona Allahın xeyir-duası və salamı olsun!)
yaşlanıb, bir az kökəldiyində
vitr namazını yeddi rükət qılmağa başladı. Bu iki rükəti isə
əvvəlki kimi qılmağa davam etdi. Bununla da, doqquz rükət
(qılırdı), oğlum. (Bil ki,) Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı
olsun!)
bir namazı qıldıqda onu davamlı qılmağı sevirdi. Yuxu-
su gəldikdə və ya ağrısı olduqda gündüz on iki rükət namaz
qılardı. Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
bir gecədə
Quranı başdan ayağadək oxumağı, səhərədək namaz qılmağı və
ya Ramazandan başqa bütöv bir ay oruc tutmağı haqda heç nə
bilmirəm.” Bundan sonra İbn Abbasın yanına gedib, Aişənin
dediklərini ona danışdım. İbn Abbas dedi: “Doğru deyib!
Ona yaxın olsaydım, yanına gedər, dediklərini ağzında (birba-
şa) eşidərdim.” Dedim: “Əgər sənin onun yanına getmədiyini
bilsəydim, dediklərini sənə danışmazdım”
1
.
Rəvayət olunur ki, Küreyb deyib:
“(Bir dəfə) İbn Abbas, Misvər ibn Məxrəmə və Əbdürrəhman
ibn Əzhər məni Aişənin yanına göndərib dedilər: “Bizdən ona
salam söylə və ondan ikindi namazından sonrakı iki rükət
haqqında soruş. Ona de: “Eşitmişik ki, sən bu iki rükəti qılır-
san. Halbuki Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
bunu
qadağan edib.”
İbn Abbas
(Allah ondan razı qalsın!)
deyib: “Ömər ibn Xətt abla
mən insanlara həmin iki rükəti qılmağı qadağan edirdik”.
(Küreyb sözünə davam edir:) “Aişənin yanına gedib, deyi-
lənləri ona xəbər verdim. Dedi: “Bunu Ümmi-Sələmədən so-
ruş.” Onun yanından ayrılıb onların yanına getdim və Aişənin
dediyini onlara xəbər verdim. Onlar da məni Aişənin yanı-
1
Hədisi İmam Müslim rəvayət etmişdir.
Dostları ilə paylaş: |