İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı̇
372
Aişə mənə dedi: “Hansı əzab korluqdan daha şiddətlidir? O
(Həssan – öz şerləri ilə), Peyğəmbəri
(Ona Allahın xeyir-duası və salamı
olsun!)
müdafiə edirdi”
1
.
Rəvayət olunur ki, Əsvəd demişdir:
“Aişə Minada ikən Qüreyşdən bir dəstə gənc onu ziyarətə
getdilər. Gülürdülər. Aişə soruşdu: “Nə üçün gülürsünüz?” De-
dilər: “Filankəs ayağı çadır ipinə ilişdiyindən yıxıldı. Az qala,
gözü və boynundan olacaqdı.” Aişə dedi: “Gülməyin! Pey-
ğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
belə dediyini eşitmi-
şəm: “Ayağına tikan və ya iri bir şey batan elə bir müsəlman
yoxdur ki, buna görə bir savab qazanmasın, bir günahı da si-
linməsin”
2
.
Barışmaq üçün
Rəvayət olunur ki, Həzrəti Aişə
(Allah ondan razı qalsın!)
deyib:
“(Bir dəfə) mənə xəbər verdilər ki, Abdullah ibn Zübeyr
(mənim ona satdığım, ya da verdiyim bir şey barəsində) de-
yib: “Allaha and olsun ki, ya Aişə bu işə son qoyar, ya da
mən bu işdə ona əngəl olaram.” (Bir rəvayətdə deyilir: “Ab-
dullah ibn Zübeyr Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
və Əbubəkrdən sonra Aişənin ən çox sevdiyi kəs idi. Aişə
Zübeyrə çox yaxşılıq edirdi. Allahın yetirdiyi hər ruzidən ona
sədəqə verirdi”). Aişə (bunu eşidib) soruşdu: “O, bunu de-
yibmi?” Dedilər: “Bəli!” Dedi: “İbn Zübeyrlə heç vaxt danış-
mamağı Allaha nəzir deyirəm! (yəni, onunla heç vaxt danış-
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
2
Hədisi İmam Müslim rəvayət etmişdir.
Dördüncü fəsil. Hicab əmrindən əvvəl və sonra...
373
mayacağam!)” Bu ayrılıq uzun çəkdiyindən Abdullah ibn Zü-
beyr (mühacirlərdən) xahiş etdi ki, Aişə ilə onu barışdırsınlar.
Amma Aişə dedi: “Yox, Allaha and olsun ki, bu işdə heç kəsin
vasitəçiliyin qəbul etməyəcək, nəzirimi pozmayacağam!” Bu iş
uzandıqda İbn Zübeyr Bəni-Zöhrə qəbiləsindən Misvər ibn
Məxrəmə və Əbdürrəhman ibn Əsvəd ibn Əbdüyəğusla danı-
şaraq, onlara dedi: “Sizi Allaha and verirəm, məni Aişə ilə gö-
rüşdürün. Ona mənimlə küsülü qalmağı nəzir deməsi halal de-
yildir!” Misvər və Əbdürrəhman əbalarına bürünərək, İbn Zü-
beyri də özləri ilə götürüb Aişənin yanına getdilər. İçəri girmək
üçün icazə istədilər. Dedilər: “Allahın salamı, lütfü və bərəkəti
sənə olsun! Girə bilərikmi?” Aişə dedi: “Gəlin!” Dedilər: “Ha-
mılıqlamı?” Dedi: “Bəli, hamılıqla gəlin!” Aişə onlarla birlikdə
İbn Zübeyrin olduğunu bilmirdi. İçəriyə girdiklərində İbn Zü-
beyr pərdənin arxasına keçib Aişəni bağrına basdı, ondan onun
təqsirindən keçməsini istəyərək ağlamağa başladı. Misvər və
Əbdürrəhman da Aişədən (İbn Zübeyri) əfv etməsini istədilər.
Dedilər: “Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
bu kü-
sülülüyü qadağan edib buyurmuşdur: “Bir müsəlmana digər
müsəlmandan (küsüb) üç gün ayrı qalmaq halal deyildir.” On-
lar Aişəyə bu şeyləri xatırlatdıqlarında o da onlara (nəzirini)
xatırladıb ağlamağa başladı: “Mən nəzir demişəm. Nəzirim də
çox böyükdür!” Onlar o qədər israr etdilər ki, axırda Aişə İbn
Zübeyrlə danışdı. Nəzirini pozduğundan qırx kölə azad etdi.
Sonralar Aişə bu nəzirini xatırlayar, o qədər ağlayardı ki, göz
yaşları baş örtüyünü isladardı”
1
.
1
Hədisi İmam Buxari rəvayət etmişdir.
İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı̇
374
Xəstəni yoluxmaq üçün
İbn əbu Müleykə rəvayət edir ki, İbn Abbas
(Allah ondan razı qal-
sın!)
vəfatından qabaq Həzrəti Aişənin
(Allah ondan razı qalsın!)
yanına
girmək üçün icazə istəmişdi. (Həzrəti Aişəyə) demişdilər: “Gə-
lən Peyğəmbərin əmisi oğlu və müsəlmanların böyüklərindən
İbn Abbasdır.” Həzrəti Aişə demişdi: “Gəlsin.” İbn Abbas so-
ruşmuşdu: “Barəmdə fikrin nədir?” Həzrəti Aişə demişdi: “Al-
lahdan qorxduğun təqdirdə yaxşı kimsəsən.” İbn Abbas de-
mişdi: “İnşallah ki, sən yaxşısan, ey Peyğəmbərin xanımı! O,
səndən başqa bakirə ilə evlənməmiş və iff ətin
1
haqqında ayə
nazil olmuşdu”
2
.
Hədisin başqa versiyasında deyilir:
“Ey Möminlərin anası! Sən Peyğəmbəri
(Ona Allahın xeyir-duası və
salamı olsun!)
və Əbubəkri ucaltmada hər kəsi geridə qoymusan”.
5. Qadınlar müsəlmanlara Peyğəmbərin
sünnəsini öyrətmişlər
Rəvayət olunur ki, Ənəs ibn Malik
(Allah ondan razı qalsın!)
de-
mişdir:
“(Bir dəfə) üç şəxs Peyğəmbərin
(Ona Allahın xeyir-duası və sa-
lamı olsun!)
necə ibadət etdiyini öyrənmək üçün onun xanım-
larının yanına gəlmişdilər. Onlara (Peyğəmbərin necə ibadət
etməyi) haqda xəbər verildikdə, sanki, bunu az sayaraq dedilər:
1
İfk hadisəsini nəzərdə tuturdu
2
Hədisi İmam Buxari rəvayət etmişdir.