Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə123/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   119   120   121   122   123   124   125   126   ...   158

Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...

397


İbn  Dəqiq  əl-Eyd  demişdir:  

“Abdullah  ibn  Ömərin  oğluna  rədd  cavabı  verib  onu  söy-

məyi  əhvalatından  o  nəticə  hasil  olur  ki,  hədislərə  öz  rəyi  

əsasında  etiraz  edən  kimsəni,  habelə  şəxsi  istəyi  səbəbi  ilə  

alimə  qarşı  çıxanı  tərbiyə  etmək  lazımdır”

1

.



Qadınların  məscidə  gedib-gəlmək  hüququ,  hətt a  məscidə  

sübh  namazı  qılmağa  gedən  bir  qadının  yolda  təcavüzə  uğra-

mağından  sonra  qorunmuşdur.  Əhvalat  belə  olmuşdu:  

Vail  əl-Kindi  danışır  ki,  bir  qadına  sübh  qaranlığında  məscidə  

gedərkən  bir  kişi  hücum  edibmiş.  Qadın  yaxınlıqdan  keçən  bir  

şəxsdən  kömək  istədikdə  ona  hücum  çəkmiş  kişi  qaçır.  Son-

ra  qadının  yanından  bir  neçə  şəxs  keçdikdə  qadın  onlardan  

da  kömək  istəyir.  Onlar  qadının  kömək  istədiyi  birinci  şəxsə  

yetişib  onu  yaxaladılar.  Başqa  bir  şəxs  isə  onları  arxada  qoya-

raq  getdi.  Adamlar  yaxaladıqları  həmin  şəxsi  qadının  yanına  

gətirdilər.  Həmin  adam  dedi:  “Mən  sənə  kömək  edən  adamam.  

Digəri  isə  qaçdı  getdi.”  Bundan  sonra  onu  Peyğəmbərin  



(Ona  

Allahın  xeyir-duası  və  salamı  olsun!)  

yanına  aparıb  bildirdilər  ki,  o,  qadına  

hücum  çəkib  və  onlar  da  onu  yaxalayıblar.  Kişi  dedi:  “Mən  

təcavüzkar  qarşısında  ona  kömək  edirdim.  Bu  insanlar  yetişib  

məni  yaxaladılar.”  Qadın  dedi:  “Yalan  danışır,  mənə  təcavüz  

edən  odur!”  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

dedi:  


“Aparıb  onu  daşqalaq  edin!”  Bu  zaman  insanların  arasından  biri  

çıxıb  dedi:  “Onu  deyil,  məni  daşqalaq  edin!  Həmin  işi  görən  

şəxs  mənəm!”  Kişi  etdiyini  boynuna  aldı.  Peyğəmbərin  

(Ona  Al-

lahın  xeyir-duası  və  salamı  olsun!)  

yanında  üç  şəxs:  qadına  təcavüz  edən,  

buna  qarşı  çıxan  və  qadın  özü  bir  araya  gəlmişdi.  Peyğəmbər  

1

 Ehkam  əl-əhkam  şər`  ümdə  əl-əhkam,  I  cild,  səh.  157.  




İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

398


(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

qadına  dedi:  “Allah  səni  bağış-

lamışdır!”  Sonra  qadını  müdafiə  edənə  çevrildi:  “Sən  də  gözəl  

söz  söylədin!”  Bu  zaman  Ömər  dedi:  “Zina  etdiyini  boynuna  

alanı  daşqalaq  et!”  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

buyurdu:  “Xeyr!  Çünki  o,  Allah  qarşısında  elə  bir  tövbə  etmiş-

dir  ki,  cəmi  Mədinə  əhli  bu  cür  tövbə  etsəydi,  qəbul  olunardı”

1

.



Madam  ki  məscidlər  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  

olsun!)  

zamanında  ümumi  ibadət,  mədəni,  ictimai-siyasi  mərkəz  

rolunu  oynayırdı,  elə  isə  müsəlman  qadının  gah  mübah,  gah  

məndub,  gah  da  ki  vacib  sayılan  on  iki  səbəbə  görə  məscidə  

gedib-gəlməsində  təəccüblü  bir  şey  yoxdur:

Birinci. Namaz qılmaq

Sübh namazı  

Həzrəti  Aişə  



(Allah  ondan  razı  qalsın!)

  demişdir:

“Mömin  qadınlar  paltarlarına  bürünərək  sübh  namazını  Pey-

ğəmbərlə  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

qılırdılar.  Namazı  qıl-

dıqdan  sonra  evlərinə  qayıdır,  qaranlıq  olduğundan  heç  kəs  

onları  tanımırdı”

2

.  


Rəvayət  olunur  ki,  Abdullah  ibn  Ömər  

(Allah  ondan  razı  qalsın!)

  

demişdir:



“Ömərin  zövcəsi  sübh  və  işa  namazlarını  məsciddə  camaatla  

qılardı...”

3

.

1



 Hədisi  İmam  Əhməd  rəvayət  etmişdir.  

2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  



3

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  




Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...

399


Axşam namazı

Rəvayət  olunur  ki,  İbn  Abbas  



(Allah  ondan  razı  qalsın!)

  demişdir:

“(Bir  dəfə)  Ünmmi-Fəzl  mənim  “And  olsun  bir-birinin  ar-

dınca  göndərilənlərə  (mələklərə,  peyğəmbərlərə,  yaxud  külək-

lərə)...”  surəsini  oxuduğumu  eşidib  soruşdu:  “Oğlum,  sən  bu  

surəni  oxumağınla  mənə  bir  şeyi  xatırlatdın.  Mən  bu  surəni  

axırıncı  dəfə  Peyğəmbərdən  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

ax-


şam  namazında  oxuyarkən  eşitmişdim”.

Başqa  bir  rəvayətdə  deyilir:  “Həmin  vaxtdan  sonra  Peyğəm-

bər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

vəfat  etdiyi  günədək  bizə  

namaz  qıldırmadı”

1

.  



Yatsı namazı

Rəvayət  olunur  ki,  Həzrəti  Aişə  



(Allah  ondan  razı  qalsın!)

  demiş-


dir:

“(Yatsı  namazını  qılmaq  üçün)  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  

və  salamı  olsun!)  

gecə  qaralanadək  gözləyərdi.  Ömər  ona:  “Qadın-

lar  və  uşaqlar  yatmışlar!”  –  deyə  səsləndikdə  (evindən)  çıxıb  

deyərdi:  “Onu  (yatsı  namazını  –  mütərcim)  yer  üzündə  yaşa-

yanlar  arasında  sizdən  başqa  heç  kəs  gözləməz.”  (Həzrəti  Aişə  

deyir:)  “Həmin  günlərdə  yatsı  namazı  yalnız  Mədinədə  qılınır-

dı;  yatsı  namazını  günəşin  qırmızılığının  yox  olmağı  və  gecənin  

ilk  üçdə  biri  arasında  qılırdılar”

2

.  


1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  

2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə