Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə131/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   127   128   129   130   131   132   133   134   ...   158

İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

422


Sərəxsinin  “əl-Məbsut”  kitabında  deyilir:  

“İmam  və  ona  uyanlar  arasında  böyük  bir  divar  olarsa  və  

bu  divarda  dəlik  (keçid)  yoxdursa,  onda  bu,  imama  uymağın  

səhihliyinə  xələl  gətirir”

1

.

“əl-Müdəvvənə  əl-kübra”  kitabında  deyilir:



“İbn  əl-Qasim  demişdir:  “Malikdən  məscidə  gələn,  amma  

məscidin  qadınlarla  dolu  olduğunu  görüb  qadınların  arxasında  

imamla  namaz  qılan  bir  dəstə  kişi  haqda  soruşdum.  Dedi:  “Na-

mazları  səhihdir,  yenidən  qılmağa  ehtiyac  yoxdur”

2

.

Qadınların ən yaxşı 



cərgəsi axırda olandır

Əbu  Hüreyrə  



(Allah  ondan  razı  qalsın!)

  rəvayət  edir  ki,  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

demişdir:

“Kişilərin  ən  yaxşı  cərgəsi  –  əvvəldə,  ən  pisi  isə  axırda  

olandır.  Qadınların  isə  ən  yaxşısı  –  axırda,  ən  pisi  isə  qabaqda  

olandır”

3

.



Kişilərin  birinci  cərgədə  dayanmağa  hərislik  göstərmələri  

məscidə  erkən  gəlməyi,  imama  yaxınlığı,  ona  gözəl  şəkildə  uy-

mağı  ifadə  edir.  Bütün  bunlar  yaxşıdır.  

Qadınlara  gəlincə,  məscidə  erkən  gəlmək  onların  işini  çətinə  

sala  bilir,  çünki  evə  və  uşaqlara  baxırlar.  Həmçinin  kişilərin  

cərgələrinə  yaxınlıq  həm  qadınların,  həm  də  kişilərin  könlünə  

pis  şeylər  sala  bilər.  Bununla  yanaşı,  qadınlar  üçün  cərgələrin  

1

 Sərəxsi.  əl-Məbsut,  I  cild,  səh.  184.  



2

 İmam  Malik.  əl-Müdəvvənə  əl-kübra,  I  cild,  səh.  106.

3

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  




Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...

423


axırıncısının  fəzilətli  olmağı  imkan  verir  ki,  onlar  məscidə  tez-

tələsik  getməsinlər.  Bu  da  öz  növbəsində  məscidə  girişdə  qa-

dınlar  və  kişilərdən  ibarət  qələbəliyin  yaranmasının  qarşısını  

alır.  Qadın  da  evə  vaxtında  qayıdıb,  əlindəki  işi  görüb  qurtara  

bilir.  

Onu  da  deyək  ki,  qadınların  arxada  cərgə  tutmaları  imam  

salam  verdikdən  dərhal  sonra  onların  məscidi  tərk  etmələrinə  

şərait  yaradır.  

Aydın  olur  ki,  bu  məsələdə  də  islam  qadına  şəfqətlə  yanaşır,  

onların  ev  işlərindəki  məsuliyyətinə  diqqəti  yönəldir.  



Kişi və qadınlar arasında pərdə 

olmazsa, qadınlar başlarını 

səcdədən gec qaldırmalıdırlar

Rəvayət  olunur  ki,  Səhl  ibn  Sə`d  



(Allah  ondan  razı  qalsın!)

  deyib:


“İnsanlar  Peyğəmbərlə  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

namaz  


qılırdılar.  Paltarları  gödək  olduğundan  boyunlarından  asmışdı-

lar.  Bu  zaman  qadınlara  deyilmişdi:  “Kişilər  (səcdədən  qalxıb)  

oturmadıqca  başlarınızı  qaldırmayın”

1

.



Hədisin  digər  versiyasında  deyilir:

“Uşaqlar  kimi  paltarlarını  boyunlarından  asmışdılar”

2

.

Hafiz  ibn  Həcər  demişdir:



“Qadınlara  bu  ona  görə  qadağan  edilmişdi  ki,  başlarını  

səcdədən  qaldırdıqlarında  kişilərin  ayıb  yerlərini  görməsinlər”

3

.

1



 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.

2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  



3

 İbn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  II  cild,  səh.  19.




İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

424


Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

dövründə  olduğu  

kimi  indi  də  qadınlar  pərdə  olmadan  kişilərin  arxasında  namaz  

qılarlarsa,  başlarını  səcdədən  gec  qaldırmalıdırlar.  Çünki  dar  

şalvarlar  ayıb  yerlərinin  cizgilərini  hiss  etdirir.  

Kişilər “təsbih” deməli, qadınlar isə 

əllərini bir-birinə vurmalıdırlar

Səhl  ibn  Sə`d  əs-Saidi  



(Allah  ondan  razı  qalsın!)

  rəvayət  edir  ki,  

Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

demişdir:  

“Nə  olub  mən  sizi  hey  əl  çalan  görürəm.  Kimə  namazında  

bir  şey  olarsa,  “sübhənallah!”  desin!  Kim  də  ki  “sübhənallah!”  

dedi,  ona  diqqət  yetirərəm.  Əl  çırpmaq  isə  qadınların  işidir”

1

.



Qadınlara şəfqət məqsədilə yatsı 

namazının gec qılınması

Rəvayət  olunur  ki,  Həzrəti  Aişə  



(Allah  ondan  razı  qalsın!)

  demişdir:

“(Yatsı  namazını  qılmaq  üçün)  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  

və  salamı  olsun!)  

gecə  qaralanadək  gözləyərdi.  Ömər  ona:  “Qadın-

lar  və  uşaqlar  yatmışlar!”  –  deyə  səsləndikdə  (evindən)  çıxıb  

deyərdi:  “Onu  (yatsı  namazını  –  mütərcim)  yer  üzündə  yaşa-

yanlar  arasında  sizdən  başqa  heç  kəs  gözləməz.”  (Həzrəti  Aişə  

deyir:)  “Həmin  günlərdə  yatsı  namazı  yalnız  Mədinədə  qılınır-

dı;  yatsı  namazını  günəşin  qırmızılığının  yox  olmağı  və  gecənin  

ilk  üçdə  biri  arasında  qılırdılar”

2

.  


1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  

2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə