Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə129/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   125   126   127   128   129   130   131   132   ...   158

Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...

415


Səkkizinci. Qadının əməlisaleh 

kişiyə evlilik təklif etməsi

Rəvayət  olunur  ki,  Səhl  ibn  Sə`d  deyib:

“Bir  qadın  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

yanı-


na  gəlib  dedi:  “Ey  Allahın  rəsulu,  sənə  özümü  hədiyyə  etmək  

üçün  gəlmişəm.”  Peyğəmbər  onu  bir  neçə  dəfə  başdan-ayağadək  

süzdükdən  sonra  susub  heç  nə  demədi.  Qadın  görəndə  ki,  Pey-

ğəmbər  


(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

onun  barəsində  bir  şey  

demədi,  əyləşdi...

Hafiz  ibn  Həcər  demişdir:  

“İsmaili  deyir  ki,  Süfyan  əs-Sövri  bu  hədisi  aşağıdakı  kimi  

rəvayət  etmişdir:  “Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

məsciddə  olarkən  bir  qadın  gəldi”.  Deməli,  əhvalatın  baş  verdi-

yi  məkan  məscid  idi”

1

.



Doqquzuncu. Məhkəmə iclasında iştirak

Rəvayət  olunur  ki,  Səhl  ibn  Sə`d  demişdir:

“(Bir  dəfə)  bir  şəxs  Peyğəmbərdən  

(Ona  Allahın  xeyir-duası  və  salamı  

olsun!)  

soruşdu:  “Ey  Allahın  rəsulu,  bir  kişi  zövcəsinin  yanında  

başqa  kişini  görsə,  onu  öldürsünmü?”  (Sə`d  deyir:)  “Bu  za-

man  onlar  (kişi  və  qadın)  gözümün  qabağında  məsciddə  bir-

birlərinə  lənət  oxudular”

2

.



1

 İbn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  XI  cild,  səh.  111.

2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  




İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

416


Onuncu. Yaralılara baxmaq

Rəvayət  olunur  ki,  Həzrəti  Aişə  



(Allah  ondan  razı  qalsın!)

  demişdir:

“Xəndək  günü  Sə`d  yaralanmışdı.  Onu  Qüreyşdən  bir  şəxs  

(oxla)  yaralamışdı.  Adı  Hibban  ibn  əl-Ərəqə  idi...  O,  oxunu  

atıb  (Sə`din)  dirsəyindəki  ana  damara  batırmışdı.  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

məscidə  çadır  qurdu  ki,  ona  ya-

xınlıqdan  baş  çəkə  bilsin...  

Məsciddə  Bəni-Qəfar  qəbiləsinə  məxsus  bir  çadır  var  idi.  

(Sə`din  yarasından  çıxan)  qan  onlara  tərəf  axırdı.  Dedilər:  “Ey  

çadırdakılar!  Sizdən  bizə  axıb  gələn  nədir?”  Sə`din  yarasından  

axan  qan  kəsilmirdi.  O  

(Allah  ondan  razı  qalsın!)

  elə  bu  yaradan  

öldü”

1

.



Hafiz  ibn  Həcər  demişdir:  

“İbn  İshaqa  görə,  bu  çadır  (Söhbət  Bəni-Qəfar  qəbiləsinə  

məxsus  çadırdan  gedir  –  mütərcim)  Rüfeydə  əl-Əsləmiyyənin  

idi...  Ehtimal  ki,  əri  Bəni-Qifar  qəbiləsindən  idi”

2

.  


“İbn  İshaq  demişdir:  

“Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

Sə`di  məscidinin  

yanında,  Rüfeydənin  çadırına  yerləşdirtdi.  O,  xəstələri  müalicə  

edən  bir  qadın  idi.  (Həmin  vaxt)  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  

və  salamı  olsun!)  

demişdi:  “Onu  (Sə`di)  onun  (qadının)  çadırına  

yerləşdirin  ki,  yaxınlıqdan  ona  baş  çəkə  bilim”

3

.



1

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  

2

 İbn  Həcər.  Fəth  əl-Bari,  VIII  cild,  səh.  419.



3

 Yenə  orada,  səh.  415.




Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...

417


On birinci. Məscidə xidmət

Rəvayət  olunur  ki,  Əbu  Hüreyrə  



(Allah  ondan  razı  qalsın!)

  deyib:  

“Məscidi  süpürüb  təmizləyən  bir  zənci  kişi,  ya  da  qadın  

vardı  (Buxarinin  versiyasında:  “O,  qadın  idi”).  (Bir  gün)  vəfat  

etdi.  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

onu  xəbər  aldı-

ğında  (səhabələri):  “O  öldü”,  –  deyə  cavab  verdilər.  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

dedi:


  

“Nə  üçün  bunu  mənə  xəbər  

verməmişsiniz?  Mənə  qəbrini  göstərin!”  Sonra  onun  qəbrinin  

yanına  getdi  və  cənazə  namazını  qıldı”

1

.

İmam  Buxari  bu  hədisi  rəvayət  etdikdən  sonra  İbn  Abbasın  



fikirlərinə  izah  olaraq  demişdir:  

“Bətnimdəkini  məscidə  azad  şəkildə  xidmət  etsin  deyə  sənə  

nəzir  dedim”.  O,  bununla  Allahın  “İmranın  zövcəsi  dedi:  “Ey  

rəbbim!  Bətnimdəkini  Sənə  azad  xidmətkar  olmaq  üçün  nəzir  

edirəm.  (Bu  nəziri)  məndən  qəbul  et!”  kəlamını  nəzərdə  tu-

turdu.  


Hafiz  ibn  Həcər  demişdir:  

“İbn  Xüzeymə  bu  hədisi  əl-Əla  ibn  Əbdürrəhmandan,  o,  ata-

sından,  atası  da  Əbu  Hüreyrədən  rəvayət  etmişdir.  Əbu  Hürey-

rə:  “Zənci  bir  qadın”  demiş,  bunda  heç  şübhə  etməmişdir.  

Beyhəqi  də  həmin  hədisi  “həsən”  istinadla  İbn  Büreydənin  

atasından  rəvayət  etmişdir.  Büreydə  məsciddəki  həmin  zənci  

qadının  adının  Ümmi-Mihcən  olduğunu  demişdir...  “Azad  

xidmətkar”  sözünə  gəlincə,  məlum  olur  ki,  onların  şəriətində  

uşaqları  nəzir  demək  ənənəsi  mövcud  olmuşdur.  Bəlkə  də,  

1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə