Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə126/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   122   123   124   125   126   127   128   129   ...   158

İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

406


(Müslimin  versiyasında:  Məsciddəki  hücrələrdən  zövcələri  çölə  

çıxdılar).  Sonra  namaz  qılmağa  başladı.  İnsanlar  da  onun  arxa-

sında  dayanıb  namaz  qıldılar.  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  

salamı  olsun!)  

uzun-uzadı  namaz  qıldı...”

1

.

Əsma  bint  Əbubəkr  



(Allah  ondan  razı  qalsın!)

  demişdir:  

“Günəş  tutulduğu  vaxt  Peyğəmbərin  zövcəsi  Aişənin  yanına  

getmişdim.  İnsanlarla  birlikdə  namaz  qılırdı.  Soruşdum:  “İnsan-

lara  nə  olub?”  Əli  ilə  göyə  işarə  edib:  “Sübhənallah!”  –  dedi.  

“Bu,  bir  əlamətmi?”  –  deyə  soruşdum.  İşarə  etdi  ki,  bəli.  Mən   

də  namaz  qılmağa  başladım.  O  qədər  qıldım  ki,  gözlərimə  

qaranlıq  çökdü.  Başıma  su  tökməyə  başladım.  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

gəldi,  Allaha  həmd-səna  edib  

buyurdu...”

2

.  



Rəvayət  olunur  ki,  Əsma  bint  Əbubəkr  

(Allah  ondan  razı  qalsın!)

  

deyib:



“(“Küsuf ”  namazından  sonra)  Peyğəmbər  

(Ona  Allahın  xeyir-du-

ası  və  salamı  olsun!)  

xütbə  söyləyərək  adamların  qəbirdə  imtahan  

olunacaqları  fitnə  haqqında  danışdı.  Bu  zaman  onlardan  bir  

hay-küy  qopdu...  Bu  hay-küy  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  

salamı  olsun!)  

axırda  nə  dediyini  eşitməyimə  mane  oldu.  Hay-küy  

kəsildikdən  sonra  mənə  yaxın  dayanmış  bir  kişidən  soruşdum:  

“Ey,  Allah  səni  mübarək  qılsın!  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  

və  salamı  olsun!)  

son  sözü  nə  oldu?”  Kişi  dedi:  “Mənə  vəhy  edildi  

ki,  siz  çox  keçmədən  qəbirlərinizdə  Məsih  Dəccalın  fitnəsi  ilə  

imtahan  olunacaqsınız...”

3

.

1



 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  

2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  



3

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  




Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...

407


İkinci. Etikaf

Rəvayət  olunur  ki,  Həzrəti  Aişə  



(Allah  ondan  razı  qalsın!)

  demişdir:

“(Etikaf  zamanı)  bir  ehtiyacım  olduqda  evə  gedərdim.  Evdə  

xəstə  olduqda  ancaq  yanından  keçərkən  hal-əhval  tutardım...  

Peyğəmbər  də  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

etikafa  çəkildiyin-

də  evə  ancaq  ehtiyacı  olduqda  gedirdi”

1

.



Rəvayət  olunur  ki,  Həzrəti  Aişə  

(Allah  ondan  razı  qalsın!)

  demişdir:

“Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

bizə  xatırlatdı  ki,  

Ramazanın  son  on  günündə  etikafa  çəkiləcək.  (Aişə  deyir:)  

“Həmin  vaxt  mən  onun  üçün  çadır  qururdum.  Sübh  namazını  

qılıb  çadıra  girəcəkdi.”  Aişə  ondan  özü  üçün  də  çadır  qurul-

masını  icazə  istədi,  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

icazə  verdi.  Həfsə  Aişədən  xahiş  etdi  ki,  Peyğəmbərdən  



(Ona  

Allahın  xeyir-duası  və  salamı  olsun!)  

ona  da  icazə  istəsin.  Aişə  onun  de-

diyini  yerinə  yetirdi.  Zeynəb  bint  Cəhş  bunu  gördükdə  əmr  

etdi  ki,  ona  da  çadır  qurulsun.  Ona  da  çadır  quruldu.  (Aişə  

deyir:)  “Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

sübh  nama-

zını  qılıb  çadırına  tərəf  getdikdə  digər  çadırları  görüb  soruşdu:  

“Bu  nədir?”  Dedilər:  “Aişə,  Həfsə  və  Zeynəbin  çadırlarıdır.”  

Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

bunu  eşidib:  “Görəsən,  

onlar  bununla  yaxşı  işlər  görməyimi  məqsəd  güdürlər?  Mən  

etikafa  çəkilməyəcəyəm”,  –  dedi  və  geri  qayıtdı.  Ramazan  başa  

çatdıqdan  sonra  Şəvvalın  on  gününü  etikafa  çəkildi”

2

.



Hafiz  ibn  Həcər  demişdir:

1

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  



2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  




İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

408


“Əmr  ibn  əl-Harisin  rəvayət  etdiyi  hədisdə  deyilir:  “Zeynəb  

bunu  gördükdə  özünə  də  çadır  qurdu.  Çox  qısqanc  qadın  

idi.”  (İbn  Həcər  deyir:)  “Rəvayətlərin  heç  birində  Zeynəbin  

çadır  qurmaq  üçün  icazə  istədiyinə  rast  gəlmədim.  Bu  da  

Peyğəmbəri:  “Görəsən,  onlar  bununla  yaxşı  işlər  görməyimi  

məqsəd  güdürlər?”  –  deməyə  sövq  edən  səbəblərdən  biridir.  

Bəlkə  də,  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

ehtiyatla-

nırdı  ki,  qısqanclıqdan  irəli  gələn  rəqabət  və  öyünmə,  ona  daha  

çox  yaxın  olmağa  hərislik  onları  etikafa  sövq  etsin,  bununla  da,  

etikaf  məzmunundan  uzaqlaşsın...  Və  yaxud  o,  əvvəlcə,  Aişə  və  

Həfsəyə  (çadır  qurmaq)  icazəsi  verdiyində  bu,  nəticə  baxımın-

dan  adi  görünürdü.  Amma  digər  zövcələrin  işə  qarışmağı,  bir  

tərəfdən,  namaz  qılanlara  məscidi  dar  edə  bilər,  digər  tərəfdən  

isə,  zövcələrinin  onun  yanında  toplanmağı  onu  evdə  oturmuş  

şəxsə  çevirərdi  ki,  bəlkə  də,  bu  onu  ibadətdən  yayındırar,  eti-

kafdakı  məqsəd  itirilərdi...”

1

.



Rəvayət  olunur  ki,  Həzrəti  Aişə  

(Allah  ondan  razı  qalsın!)

  demişdir:

“Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

vəfat  edənədək  

Ramazanın  son  on  günündə  etikafa  çəkilərdi.  Ondan  sonra  

zövcələri  də  etikafa  çəkilirdilər”

2

.

Üçüncü. Dərs dinləmək



Rəvayət  olunur  ki,  Abdullah  ibn  Məsudun  

(Allah  ondan  razı  qal-

sın!)

  zövcəsi  Zeynəb  deyib:  

1

 İbn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  V  cild,  səh.  180-181.



2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə