Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə127/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   123   124   125   126   127   128   129   130   ...   158

Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...

409


“(Bir  dəfə)  məsciddə  idim.  Gördüm  ki,  Peyğəmbər  

(Ona  Alla-

hın  xeyir-duası  və  salamı  olsun!)  

qadınlara  səsləndi:  “Ey  qadınlar,  bəzək  

əşyalarınızdan  da  sədəqə  verin!”

Rəvayət  olunur  ki,  Həzrəti  Aişə  



(Allah  ondan  razı  qalsın!)

  deyib:


“Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

zamanında  

Günəş  tutulmuşdu.  O,  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

məscidə  

getdi,  insanlar  onun  arxasında  səf  tutdular.  Təkbir  gətirib  uzun-

uzadı  Quran  oxudu...  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  ol-

sun!)  

namazdan  çıxmamış  Günəş  göründü.  Sonra  ayağa  qalxdı,  

Allaha  layiqincə  həmd-səna  edib  dedi:  “O  ikisi  (Ay  və  Günəş  

–  mütərcim)  Allahın  nişanələridir;  kiminsə  ölümünə  və  ya  

həyatda  olmağına  görə  tutulmazlar.  Onları  tutulan  görsəniz,  

namaz  qılın!  (Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

za-


manında  oğlu  İbrahim  vəfat  etdiyi  gün  Günəş  tutulmuşdu.  

İnsanlar  deyirdilər:  “İbrahim  ölüb  deyə  Günəş  tutulub”).  

Başqa  rəvayətdə  deyilir:  

“Allaha  həmd-səna  etdikdən  sonra  dedi:  “Ay  və  Günəş  Al-

lahın  nişanələridir;  kiminsə  ölümünə  və  ya  həyatda  olmağına  

görə  tutulmazlar.  Onları  tutulan  görsəniz,  Allaha  zikr  edin,  

təkbir  gətirib  namaz  qılın,  sədəqə  verin!”  Sonra  dedi:  “Ey  

Məhəmməd  ümməti!  And  olsun  ki,  bəndəsi  və  ya  ümməti  

zina  etdikdə  Allahdan  daha  qeyrətlisi  yoxdur!  Ey  Məhəmməd  

ümməti!  Allaha  and  olsun  ki,  mənim  bildiyimi  bilsəydiniz,  az  

gülüb  çox  ağlayardınız!”

1

Rəvayət  olunur  ki,  Əsma  bint  Əbubəkr  



(Allah  ondan  razı  qalsın!)

  

deyib:



1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.




İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

410


“...Namazdan  sonra  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  ol-

sun!)  

Allaha  həmd-səna  edib  dedi:  “Elə  bir  şey  qalmadı  ki,  bu  

məqamda  (namazda)  mənə  göstərilməmiş  olsun!  Hətt a  cənnət  

və  cəhənnəm  göstərildi.  Mənə  vəhy  edildi  ki,  siz  qəbirlərinizdə  

Məsih  Dəccalın  fitnəsi,  ya  da  ona  oxşarı  ilə  imtahan  olu-

nacaqsınız.  (Qəbirdəki  kimsəyə)  deyiləcək:  “Bu  kişi  (Həzrəti  

Məhəmməd)  barədə  nə  bilirsən?”  Mömin,  ya  da  yəqin  iman  

sahibi  deyəcək:  “O,  Allahın  rəsulu  Məhəmməddir,  açıq-aydın  

dəlillər  və  doğru  yol  gətirmişdir.  Biz  də  (onun  çağırışına)  hay  

verib,  onun  yolu  ilə  getdik.  O  Məhəmməddir!”  Bu,  üç  dəfə  

təkrarlanacaq.  Daha  sonra  (həmin  kimsəyə)  deyiləcək:  “Ra-

hatlıqla  yat,  bildik  ki,  sənə  ona  yəqinliklə  inanmışsan!”  Mü-

nafiq  və  ya  şübhədə  olan  kimsə  isə  (həmin  suala  cavabında)  

deyəcəkdir:  “Bilmirəm,  eşitmişdim  ki,  insanlar  (onun  haqqın-

da)  nə  isə  deyirlər.  Mən  də  (onların  dediyini)  dedim”

1

.



Başqa  rəvayətdə  deyilir:  

“Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

insanın  imtahan  

olunacağı  qəbir  fitnə-fəsad  haqda  danışdıqda  müsəlmanlardan  

bərk  ah-vah  qopdu”

  2

.

Rəvayət  olunur  ki,  Fatimə  bint  Qeys  



(Allah  ondan  razı  qalsın!)

  

demişdir:



“Məscidə  gedib  Peyğəmbərlə  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

namaz  qıldım...  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

na-


mazını  bitirdikdən  sonra  gülərək  minbərdə  əyləşdi”.

  Başqa  versiyada  deyilir:  

1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  



2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.




Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...

411


“Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

buyurdu:  “Ey  

insanlar!  Təmim  əd-Dari  mənə  dedi  ki,  qəbiləsindən  bir  

dəstə  adam  gəmi  ilə  dənizdə  gedirmişlər.  Gəmi  parçalandıqda  

bəziləri  gəminin  taxtalarından  birinə  minib,  dənizdəki  bir  adaya  

çıxmışlar...”

1

.

Əmrə  bint  Əbdürrəhman  rəvayət  edir  ki,  bacılarından  biri  



demişdir:  

“Mən  “Qaf.  Şanlı  Qurana  and  olsun...”  surəsini  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

ağzından  eşidib  öyrənmişəm.  O,  

onu  hər  cümə  minbərdə  oxuyurdu”

2

.  



Dördüncü. Məsciddə etikafa 

çəkiləni ziyarət etmək

Rəvayət  olunur  ki,  Peyğəmbərin  zövcəsi  Səfiyyə  bint  Hüyey  



(Allah  ondan  razı  qalsın!)

  deyib:


“Peyğəmbərə  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

Ramazanın  

son  on  günündə  məsciddə  etikafda  ikən  baş  çəkdim.  Onunla  

söhbət  etdim.  Evə  qayıtmaq  üçün  yerimdən  qalxdım.  Məni  

evimə  ötürmək  üçün  Peyğəmbər  də  ayağa  durdu.  Məscidə,  

Ümmi-Sələmənin  otağının  qapısına  çatmışdım  ki,  ənsardan  iki  

nəfər  yanımızdan  keçdi.  Peyğəmbərə  

(Ona  Allahın  xeyir-duası  və  sa-

lamı  olsun!)  

salam  verdilər.  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  

olsun!)  

onlara  dedi:  “Yavaş  olun.  Bu,  Səfiyyə  bint  Hüyeydir.”  

Dedilər:  “Sübhənallah,  ey  Allahın  rəsulu!”  Peyğəmbər  də:  “Al-

lahu  Əkbər!”  –  deyib  sözünə  davam  etdi:  Şübhə  yox  ki,  Şeytan  

1

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.



2

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə