Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə128/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   124   125   126   127   128   129   130   131   ...   158

İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

412


insanın  damarlarınadək  nüfuz  edər.  Qorxdum  ki,  ağlınıza  pis  

şey  gəlsin”

1

.

Hafiz  ibn  Həcər  demişdir:  



“Hədisdən  götürüləcək  ibrətlər  vardır...  Biri  də  budur  ki,  

etikafa  çəkilən  şəxsin  məsciddə  zövcəsi  ilə  təkbaşına  qalmağı,  

qadının  da  etikafda  olana  baş  çəkməyi  mübahdır”

2

.



Beşinci. Mömin qadınlarla 

asudə vaxt keçirmək

Rəvayət  olunur  ki,  Rübəyye  bint  Müəvviz  ibn  Əfra  demişdir:

“Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

Aşura  səhəri  

ətrafdakı  ənsar  kəndlərinə  xəbər  göndərdi:  “Kim  oruc  tutma-

yıbsa,  günü  tamamlasın.  Oruc  tutan  isə  orucuna  davam  etsin.”  

Bundan  sonra  biz  və  uşaqlarımız  bu  orucu  tuturduq.  Biz  onlara  

yundan  oyuncaq  düzəldirdik.  (Müslimin  versiyasında:  “Məscidə  

gedirdik...  Onlardan  biri  yemək  üçün  ağladıqda  oyuncağı  ona  

verir,  ift ar  vaxtına  qədər  (başını  qatırdıq)”

3

.

İbn  Sə`din  “ət-Təbəqat  əl-kübra”  adlı  kitabında  rəvayət  olu-



nur  ki,  Xövlət  bint  Qeys  deyib:  

“Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

və  Əbubəkrin  za-

manında,  Ömərin  xəlifəliyinin  başlanğıcında  biz,  qadınlar  məs-

ciddə  olardıq.  Bir-birimizlə  dostlaşmışdıq,  bir-birimizin  qayğı-

sına  qalır,  bir-birimizi  müalicə  edirdik.  Nəhayət,  Ömər  dedi:  

1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  



2

 İbn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  V  cild,  səh.  185.

3

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  




Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...

413


“Sizi  (məsciddən)  çıxaracağam!”  ...  Bizi  məsciddən  çıxartdı.  

Təkcə  mən  qaldım.  Biz  namazları  vaxtında  qılırdıq”

1

.

Altıncı. Ümumi toplantılarda iştirak



Rəvayət  olunur  ki,  Fatimə  bint  Qeys  

(Allah  ondan  razı  qalsın!)

  

demişdir:



“Gözləmə  müddətim  başa  çatdığında  eşitdim  ki,  carçı  ha-

ray  çəkir:  “Namaz  cəm  edəndir!”

2

  (başqa  versiyada:  İnsan-



lara  car  çəkildi  ki,  namaz  cəm  edəndir)  Mən  də  gedənlərə  

qoşulub  getdim.  Kişilərdən  arxada,  qadınların  səfində  öndə  

dayanmışdım...”

3

.  



İmam  İbn  əl-Qəyyim  demişdir:

“Mədinə  əhlinin  bunu  (hədisi)  nəql  etməsi  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

qadınların  evdən  çıxmalarını,  

yollarda  getmələrini,  məscidlərə  getmələrini,  toplanmaq  

əmri  ilə  car  çəkilən  xütbələrə  qulaq  asmalarını  təsdiqlədiyini  

göstərir”

4

.

Həmçinin  “Məcmə  əz-zəvaid”  kitabında  rəvayət  olunur  ki,  



İbn  Abbas  

(Allah  ondan  razı  qalsın!)

  demişdir:

“Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

yanına  gəlib  

dedilər:  “Bu  ənsarlar  qadınlı  kişili  məscidə  toplaşıb  ağlayır-

lar.  Peyğəmbər  soruşdu:  “Nə  üçün  ağlayırlar?”  Dedilər:  “Qor-

xurlar  ki,  sən  vəfat  edəsən.”  Bunu  eşidən  Peyğəmbər  



(Ona  Allahın  

1

 İbn  Sə`d.  ət-Təbəqat  əl-kübra,  VIII  cild,  səh.  296.  



2

 Əgər  müəzzin  azanda  “Namaz  cəm  edəndir!”  sözlərini  işlətsəydi,  bu,  o  

demək  idi  ki,  namazla  yanaşı,  ümumi  toplantı  da  olacaqdır.  

3

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  



4

 İbn  əl-Qəyyim.  E`lam  əl-müvəqqəin,  II  cild,  səh.  388.  




İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

414


xeyir-duası  və  salamı  olsun!)  

məscidə  gedib  minbərdə  oturdu.  Bu  zaman  

paltarının  iki  tərəfini  çiyinlərinə  atmış,  başını  sarıqla  sarımışdı.  

Allaha  həmd-səna  etdikdən  sonra  dedi:  “Ey  insanlar!  İnsanlar  

çoxalacaq,  ənsar  isə  yeməkdəki  duz  qədər  azalacaqlar.  Kim  

onların  rəhbəri  olarsa,  yaxşı  kimsələrinə  ehtiram  göstərsin,  pis  

kimsələrinin  isə  təqsirindən  keçsin”

1

.  



Yeddinci. Mərasimlərdə iştirak

Rəvayət  olunur  ki,  Həzrəti  Aişə  



(Allah  ondan  razı  qalsın!)

  deyib:


“Bir  dəfə  gördüm  ki,  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  

olsun!)  

hücrəmin  qapısında  dayanıb.  Həbəşlər  məsciddə  (nizə-

qalxan  oyunu)  oynayırdılar.  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  

salamı  olsun!)  

onların  oynamaqlarına  baxım  deyə  məni  əbası  ilə  

örtmüşdü”

2

.



“Fəth  əl-Bari”  kitabında  deyilir:  

“əl-Mühəlləb  məsciddə  oynamağı  rədd  edənlərə  etirazla  belə  

cavab  vermişdi:  “Məscid  müsəlmanların  təhlükəsizliyi  üçün  ti-

kilmişdir.  Dinə  və  mənsublarına  faydası  toxunan  hər  şeyi  məs-

ciddə  etmək  caizdir”

3

.



1

 Məcmə  əz-zəvaid,  X  cild,  səh.  36.  

2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.



3

 İbn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  II  cild,  səh.  96.




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə