Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...
431
Allahın xeyir-duası və salamı olsun!)
bu məsələdə müdrik və şəfqətli idi.
Sübh namazını qılmaq üçün məscidə gedən bir qadına təcavüz
edilsə də, Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
qadınların
sübh saatlarında məscidə getmələrini qadağan etməmişdi. Bu
saatlar qadınlar üçün təhlükəli olsa da, Peyğəmbər
(Ona Allahın xe-
yir-duası və salamı olsun!)
onları sübh çağı Quran oxumaq savabından
məhrum etməmişdi. Bununla yanaşı, o, zəruri hallarda (evdə
kimsə olmazsa...) qadınların öz uşaqlarına məscidə gətirmələrinə
qadağa qoymamışdı. Bütün bunlar bizə haqlı surətdə diktə edir
ki, qadınla kişinin arasındakı müəyyən fərqləri nəzərə almaqla
məscidin qapılarını kişilərdə olduğu kimi qadınların da üzünə
açaq. Heç kəs iddia etməsin ki, müsəlmanların şərəfini və ya
Allahın dinini qorumada Peyğəmbərdən
(Ona Allahın xeyir-duası və
salamı olsun!)
daha qeyrətlidir. Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı
olsun!)
müsəlmanların namusunu qorumada nə qədər diqqətli
idisə, qadınların düşüncə və hisslərinin korlanmamağında o
qədər qeyrət yiyəsi idi...
İndiki dövrdə müsəlman qadınların ehtiyacı Peyğəmbər
(Ona
Allahın xeyir-duası və salamı olsun!)
məscidinə Qurana, öyüd-nəsihət və
dərslərə qulaq asmaq üçün gəlib-gedən səhabə xanımların eh-
tiyacından azdırmı? Alimlər peyğəmbərlərin varisidirlər; əgər
qadınların indiki dövrdə Peyğəmbərdən
(Ona Allahın xeyir-duası və sa-
lamı olsun!)
nə isə öyrənmələri mümkün deyilsə, onda alimlərdən
öyrənsinlər. Kimsə iddia etməsin ki, qoy qadınlar atalarından,
həyat yoldaşlarından öyrənsinlər. Çünki hər ata, hər həyat yol-
daşı öyrətməyi, öyüd-nəsihət etməyi bacarmır. Yox, deyilsə
ki, zəmanə korlanıb, deyərik ki, qadınların məscidə getmələri
bunu aradan qaldırmağın yollarından biridir.
İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı̇
432
Mübah əməl yerinə görə bəzən məndub, bəzən də vacib
əmələ çevrilir. Bugün cəmiyyətimiz daha çox möhtacdır ki,
qadınlarımız bacardıqları qədər məscidlərə gündəlik beşvaxt və
cümə namazları, dərslər, moizələr üçün gəlsinlər. Onlar uzun
və gözəl rükətlər üçün təravih namazlarını da məscidlərdə qıla
bilərlər; uzun namazlarda Qurana qulaq asmaq nə xoşdur! Po-
zucu “qidalar” qarşısında qadınların əqli və mənəvi “qidalar”a
ehtiyacı vardır. Şər əməllərə yönəldən dağıdıcı təbliğat qarşı-
sında qadınlara lazım olanı öyrətmək, vicdanlarını ayıq tutmaq
lazımdır. “Boğucu” abı-havadan qurtulub sağlam həyat yaşasın
deyə qadın üçün təmiz abı-hava yaratmaq olduqca zəruridir.
Cazibədar çılpaq geyimlilər qarşısında qadınlarımız əməlisaleh
mömin həmcinsləri ilə tanış olmalı, əlaqə yaratmalıdırlar.
“Qadınları məscidlərdən məhrum etməyin” hədisi diqqətimi-
zi mühüm məsələyə yönəldir: məsciddə namaz qılmaq bir qa-
dın üçün mübah əməldir, yəni istəsə qılar, istəsə qılmaz, – bu
onun haqqıdır. Hədis qadının atası və ya ərinə dair bir məsələni
də özündə ehtiva edir; şəriət ataya və ərə qadına qəyyumluq
səlahiyyəti versə də, onlara onun məscidə getməyinə mane ol-
mağı qadağan etmişdir.
Bir sözlə, qadının məsciddə namaz qılmağı mübahdır.
Qəyyumların qadınlara məsciddə namaz qılmağa icazə vermələri
isə vacibdir, onlara bunu qadağan etmək olmaz! Təəssüf ki,
fərdi (Abdullah ibn Ömərin oğlunun hərəkətini xatırlayaq) və
kollektiv müstəvidə (uzun əsrlər belə davam etmişdir) qadınla-
ra məscidə getmək qadağan olunmuşdur. Çünki Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
sünnəsindən sapmalar baş ver-
miş, beləliklə, qadın ibadət, elm, cihad məsələlərində sosial
Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...
433
fəallıqdan məhrum edilmişdi. Halbuki Peyğəmbərin
(Ona Allahın
xeyir-duası və salamı olsun!)
zamanında qadının sosial fəallığına yüksək
qiymət verilirdi. İş o yerə çatmışdır ki, qadın ya atasının, ya da
ərinin evində dörd divar arasında həbs olunmuşdur.
Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
sünnəsindən sap-
mağın nəticəsi o oldu ki, qadının şəxsiyyəti cılızlaşdı. Əsrlər
keçdikcə onunla Peyğəmbər dövrü müsəlman qadını arasın-
da məsafə artdı, ağlı cılız, əxlaqı korlanmış, dünyagörüşü dar
müsəlman qadını obrazı yarandı.
QADIN VƏ KİŞİLƏR BİRLİKDƏ
ELM ÖYRƏNMİŞLƏR
Qadınların kişilərdən elm öyrənməsi
Rəvayət olunur ki, İbn Abbas
(Allah ondan razı qalsın!)
deyib:
“Peyğəmbərlə
(Ona Allahın xeyir-duası və salamı olsun!)
Ramazan bayra-
mı namazını qıldım... Peyğəmbər (xütbədən sonra) minbərdən
endi. Çox yaxşı xatırlayıram, əli ilə işarə edib kişiləri qalx-
mağa qoymadı. Onların cərgələrini yara-yara qadınların ya-
nına çatıb buyurdu: “Ya Peyğəmbər! Mömin qadınlar Allaha
heç bir şərik qoşmayacaqları, oğurluq və zina etməyəcəkləri,
övladlarını öldürməyəcəkləri (qız uşaqlarını diri-diri torpağa
gömməyəcəklərini), özgə kişilərdən olan uşaqlarını yalandan
ərlərinə isnad etməyəcəkləri və heç bir yaxşı (bəyənilən) işdə
sənin əleyhinə çıxmayacaqları barədə sənə beyət etmək üçün
yanına gəldikləri zaman onların beyətini qəbul et və Allah-
dan onların bağışlanmasını dilə. Həqiqətən, Allah bağışlayan-
Dostları ilə paylaş: |