Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə142/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   138   139   140   141   142   143   144   145   ...   158

Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...

455


Allah  Təala  qadınlara  cihadı  vacib  qılmayıb.  Çünki  cihadda  

məşəqqət  vardır.  Cihada  çıxanlar  fiziki  cəhətdən  hazırlıqlı  ol-

malıdırlar.  Qadınlar  fiziki  və  psixoloji  cəhətdən  incə  və  zərif  

olduqlarından  bu  çətin  iş  onlar  üçün  münasib  deyildir.  Lakin  

Allah  bu  işdə  qadınlara  sərbəstlik  verib.  Özündə  güc  hiss  edən,  

bacaracağına  əmin  olan  qadınlar  könüllü  surətdə  cihadda  işti-

rak  edə  bilərlər.  Bu  o  halda  mümkündür  ki,  cihad  fərzi-kifayə  

olsun!  Cihadın  fərzi-eyn  olduğu  vəziyyətlərdə  isə  –  kişilər  ehti-

yacı  tam  ödəmədikdə  –  imkanı  yetən  qadınlara  cihada  çıxmaq  

vacibdir.  

Göründüyü  kimi,  şəriət  qadınlara  fəzilətli  məqamlara  yüksəl-

mədə  məhdudiyyət  qoymamış,  onlara  imkan  yaratmışdır.  İbn  

Həcər  rəvayət  edir  ki,  İbn  Bətt al  deyib:  “Cihad  qadınlara  vacib  

buyurulmayıb.  Amma  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  salamı  ol-

sun!)  

“Sizin  cihadınız  həcdir”  kəlamı  o  demək  deyildir  ki,  qadın-

lar  könüllü  şəkildə  cihada  çıxa  bilməzlər.  Sadəcə  olaraq,  cihad  

qadınlara  vacib  deyil”

1

.

Qadın və kişilər birlikdə yaxşılığa 



çağırıb pis işlərdən çəkindirmişlər

Allah  Təala  buyurur:

“Mömin  kişilərlə  mömin  qadınlar  bir-birinə  dostdurlar  (ha-

yandırlar).  Onlar  (insanlara)  yaxşı  işlər  görməyi  əmr  edər,  pis  

işləri  yasaq  edər,  namaz  qılıb  zəkat  verər,  Allaha  və  Peyğəm-

bərinə  itaət  edərlər.  Allah,  əlbətt ə  ki,  onlara  rəhm  edəcəkdir.  

1

 İbn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  VI  cild,  səh.  416.




İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

456


Allah,  həqiqətən,  yenilməz  qüvvət  sahibi,  hikmət  sahibidir!”  

(ət-Tövbə,  71).  

Rəvayət  olunur  ki,  Abdullah  ibn  Abbas  

(Allah  ondan  razı  qalsın!)

  

deyib:



“Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

həcdən  qayıt-

dıqdan  sonra  Ümmi-Sinan  əl-Ənsariyyədən  soruşdu:  “Həccə  

getməyinə  nə  mane  oldu?”  Dedi:  “Filankəsin  atası  (ərini  nəzər-

də  tuturdu).  Su  daşıyan  iki  dəvəsi  var.  Birində  özü  həccə  get-

mişdi.  İkincisi  isə  torpağımızı  sulayır.”  Peyğəmbər  



(Ona  Allahın  xeyir-

duası  və  salamı  olsun!)  

dedi:  “Ramazan  ayında  ümrəyə  getmək  savab  

baxımından  həccə  və  ya  mənimlə  həccə  getməyə  bərabərdir”

1

.



Rəvayət  olunur  ki,  Həzrəti  Aişə  

(Allah  ondan  razı  qalsın!)

  demişdir:

“Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

Zübaə  bint  Zü-

beyrin  (Miqdad  ibn  əl-Əsvədin  zövcəsi  idi)  yanına  gedib  dedi:  

“Deyəsən,  həccə  getmək  istəmişdin?”  Qadın  dedi:  “(Bəli,  belə  

idi),  amma,  and  olsun  ki,  canım  ağrıyır.”  Peyğəmbər  

(Ona  Alla-

hın  xeyir-duası  və  salamı  olsun!)  

buyurdu:  “Həccə  get  və  belə  şərt  qoy:  

“(Ey  Allah!)  Ehramdan  çıxacağım  yer  məni  həcc  etməkdən  

məhrum  buraxacağın  yer  olsun!

2



3



  

Übeyd  ibn  Ümeyr  rəvayət  edir  ki,  Ümmi-Sələmə  



(Allah  ondan  

razı  qalsın!)

  deyib:


“Əbu  Sələmə  vəfat  etdiyində  dedim:  “Qərib  idi,  qəriblikdə  

də  (vəfat  etdi)

4

.  Ona  elə  ağlayacağam  ki,  (hər  kəs)  bu  haq-



da  danışsın.  Ağlamağa  hazırlaşırdım  ki,  Mədinənin  yuxarı  mə-

1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  



2

 Yəni,  ey  rəbbim,  ehramlı  ikən  canım  ağrımasın,  həccimi  başa  vura  bilim!  

–  tərcüməçinin  qeydi.  

3

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.



4

 Əbu  Sələmə  Məkkəli  idi  və  Mədinədə  vəfat  etmişdi.  




Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...

457


həlləsindən  bir  qadın  gəldi.  Mənə  qoşulub  ağlamaq  istəyirdi.  

Bu  əsnada  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

onu  görüb  

dedi:  “Sən  şeytanı  Allahın  iki  dəfə  çıxardığı  evə  soxmaqmı  

istəyirsən?”  (Bunu  eşitdiyimdə)  ağlamaqdan  əl  çəkdim”

1

.

Rəvayət  olunur  ki,  Həzrəti  Aişə  



(Allah  ondan  razı  qalsın!)

  demişdir:  

“İbn  Harisənin,  Cəfər  və  İbn  Rəvahənin  şəhid  olma  xəbəri  

Peyğəmbərə  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

çatdıqda  yerə  otur-

du,  qəm-qüssəsi  üzündən  hiss  olunurdu.  Mən  qapının  ara-

sından  ona  baxırdım.  (Bu  vaxt)  bir  nəfər  onun  yanına  gəlib:  

“Cəfərin  zövcələri...”  –  deyərək  onların  (fəryad  qoparıb)  ağ-

ladıqlarını  bildirdi.  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

ona  əmr  etdi  ki,  (Bu  cür  ağlamağı)  onlara  qadağan  etsin.  Şəxs  

getdi  və  ikinci  dəfə  (Peyğəmbərin  yanına)  gəlib  onların  itaət  

etmədiklərini  bildirdi.  Peyğəmbər:  “Onlara  qadağan  et!”  –  deyə  

buyurdu.  Həmin  şəxs  üçüncü  dəfə  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-

duası  və  salamı  olsun!)  

yanına  gəlib  dedi:  “Allaha  and  olsun  ki,  onlar  

bizi  yendilər,  ey  Allahın  rəsulu!”  (Həzrəti  Aişə  deyir:)  “Bu  za-

man  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

belə  dediyini  

eşitdim:  “Get  onların  ağzını  torpaqla  bağla!”  Bu  üzdən  həmin  

şəxsə  dedim:  “Allah  sənin  köpünü  alsın!  And  olsun  ki,  nə  

Peyğəmbərin  dediklərini  yerinə  yetirdin,  nə  də  onu  kədəri  ilə  

baş-başa  buraxdın!”

2

Həzrəti  Aişə  



(Allah  ondan  razı  qalsın!)

  demişdir:

“Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

xanımları  (su  

başına  çıxmaq  istədiklərində)  gecələri  Mənase  adlanan  əraziyə  

gedərdilər.  Həmin  yer  geniş  çöllük  idi.  Ömər  hər  dəfəsində  

1

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  



2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə