Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə145/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   141   142   143   144   145   146   147   148   ...   158

İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

464


“Mücahidlərin  qadınlarının  namusu  (cihada  getməyib  evlə-

rində)  oturanlar  üçün  analarının  namusu  kimidir.  (Evdə)  otu-

ran  bir  şəxs  mücahidlərdən  birinin  ailəsinə  baxmağı  boynuna  

götürdükdən  sonra  ona  xəyanət  edərsə,  o  (xəyanətə  uğrayan)  

Qiyamət  günü  onun  (xəyanət  edənin)  savablarından  istədiyini  

özünə  götürər.  Bəs  siz  nə  zənn  edirsiniz?!”

1

.

HƏYAT YOLDAŞI AXTARMADA, 



NİŞAN VƏ NİKAH MƏRASİMLƏRİNDƏ 

KİŞİLƏRLƏ QADINLARIN İŞTİRAKI

Özünə həyat yoldaşı axtaran 

kişinin qadınlarla ünsiyyəti

Rəvayət  olunur  ki,  Səhl  ibn  Sə`d  deyib:

“Bir  qadın  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

yanı-


na  gəlib  dedi:  “Ey  Allahın  rəsulu,  özümü  sənə  hədiyyə  etmək  

üçün  gəlmişəm.”  Peyğəmbər  onu  başdan-ayağadək  süzdü  və  heç  

nə  demədi.  Qadın  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

susduğunu  görüb  oturdu...  (Bu  zaman)  səhabələrdən  bir  nəfər  

dilləndi:  “Ey  Allahın  rəsulu,  əgər  sənin  ona  ehtiyacın  yoxdursa,  

məni  onunla  evləndir.”  Peyğəmbər  soruşdu:  “(Ona  verməyə)  

nəyin  var?”  Səhabə  dedi:  “And  olsun  ki,  heç  nəyim  yoxdur,  ey  

Allahın  rəsulu!”  ...Peyğəmbər  buyurdu:  “Yaxşı.  Amma  Quran-

dan  bildiklərini  öyrətmək  şərti  ilə  götür  onu”

2

.



1

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.

2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.




Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...

465


Atasına  istinadən  İbrahim  ibn  Sə`d  rəvayət  edir  ki,  babası  

deyib:


“Mədinəyə  gəldiklərində  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  

olsun!)  

Əbdürrəhmanla  Sə`d  ibn  Rəbini  qardaş  elan  etdi.  Sə`d  

Əbdürrəhmana  dedi:  “Mən  ənsarın  ən  varlı  insanıyam.  Malımı  

səninlə  yarıya  böləcəyəm.  İki  zövcəm  var,  bax  hansı  xoşuna  

gəlsə,  de,  boşayım.  Gözləmə  müddəti  başa  çatdıqdan  sonra  

evlənərsən.”  Əbdürrəhman  dedi:  “Allah  sənə,  var-dövlətin  və  

əhli-əyalına  bərəkət  versin!..”

1

Hafiz  ibn  Həcər  demişdir:



“Hədisdən  məlum  olur  ki,  kişi  evlənmək  istədiyi  qadına  

baxa  bilər”

2

.

Evlənmək istədiyini bildirmək 



üçün kişinin qadınla görüşməsi

İddətin  müddəti,  əri  ölmüş  qadının  və  üç  talaqla  boşan-

mışın  iddəti

Allah  Təala  buyurur:  

“(Bu  müddəti  gözləyən)  qadınlara  elçi  göndərmək  (onlar-

la  evlənmək)  istədiyinizi  (rəmz  və)  işarə  ilə  bildirməkdən  və  

ya  belə  bir  istəyi  ürəyinizdə  gizlətməkdən  sizə  heç  bir  günah  

gəlməz.  Allah  sizin  onları  xatırlayacağınızı  bilir.  Lakin  (gözləmə  

müddətində)  onlarla  gizlində  vədələşməyin,  onlara  şəriətə  mü-

vafiq  söz  deyin!  Gözləmə  vaxtları  bitməyincəyə  qədər  onlarla  

1

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  



2

 İbn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  XI  cild,  səh.  18.




İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

466


nikah  etmək  fikrində  olmayın!  Bilin  ki,  Allah  sizin  qəlbinizdə  

olanı  bilir.  Ondan  (Allahdan)  qorxun,  Allahın  bağışlayan,  həlim  

olduğunu  bilin!”  (əl-Bəqərə,  235).

“Cəlaleyn”  təfsirində  deyilir:  

“Qadına  evlənmək  istədiyini  bildirərkən  şəxs  bu  ifadələri  

işlədə  bilər:  “Doğrudan  da,  sən  gözəlsən;  Sənin  kimisini  kim  

tapar;  Bəlkə,  səni  kimsə  sevir”.

Rəvayət  olunur  ki,  Fatimə  bint  Qeys  



(Allah  ondan  razı  qalsın!)

  

deyib:



“Ərim  Əbu  Əmr  ibn  Həfs  ibn  əl-Müğirə,  Əyyaş  ibn  əbu  

Rəbiə  ilə  xəbər  göndərdi  ki,  məni  boşayıb.  Əyyaşla  mənə  beş  

sa`  xurma  və  beş  sa`  arpa  göndərdi.  Dedim:  “Dolanacaq  xər-

cim  (nəfəqə)  elə  bundan  ibarətdirmi?  Sizin  evinizdə  iddətimi  

gözləməyəcəyəmmi?”  Deyir:  “Xeyr!”  (Fatimə  deyir:)  “Örtüyü-

mü  üstümə  atıb  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

yanına  getdim  (və  Əyyaşın  dediyini  ona  danışdım).  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

soruşdu:  “Səni  neçə  talaqla  bo-

şayıb?”  Dedim:  “Üç.”  Buyurdu:  “Sənə  dolanacaq  xərci  düşmür.  

Əmin  oğlu  İbn  Ümmi-Məktumun  evində  iddətini  gözlə.  O  kor-

dur,  yanında  hicabını  çıxararsan.  İddətin  başa  çatdıqda  mənə  

xəbər  et.”  

İmam  Nəvəvi  demişdir:

“Hədisdən  məlum  olur  ki,  üç  talaqla  boşanan  qadına  evlən-

mək  təklifini  müəyyən  ifadələrlə  bildirmək  olar.  Bu,  bizə  (şa-

feilərə)  görə  doğrudur”

1

.

Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

sevimli  oğullu-

ğu  Üsamə  ibn  Zeyd  üçün  Fatiməyə  elçi  düşməsində  qəribə  

1

 İmam  Nəvəvi.  Müslimin  “Səhih”inə  şərh,  X  cild,  səh.  97.




Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...

467


bir  şey  yoxdur.  Çünki  Fatimə  ilk  hicrət  edən  qadınlardan  idi.  

Həmçinin  zəkası  və  gözəlliyi  vardı

1

.

Rəvayət  olunur  ki,  İbn  Abbas  “(Bu  müddəti  gözləyən)  qa-



dınlara  elçi  göndərmək  (onlarla  evlənmək)  istədiyinizi  (rəmz  

və)  işarə  ilə  bildirməkdən  və  ya  belə  bir  istəyi  ürəyinizdə  

gizlətməkdən  sizə  heç  bir  günah  gəlməz”  ayəsini  təfsir  edərkən  

demişdir:  “Mən  səninlə  evlənmək  istəyirəm.  Təmənnam  budur  

ki,  mənə  əməlisaleh  qadın  qismət  olsun”

2

.



Rəvayət  olunur  ki,  Səkinə  bint  Hənzələ  demişdir:

“(Bir  dəfə)  yanıma  Əbu  Cəfər  Məhəmməd  ibn  Əli  gəlmişdi.  

İddətimi  gözləyirdim.  Dedi:  “Ey  Hənzələnin  qızı,  sən  bilirsən  

ki,  mən  Peyğəmbərə  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

yaxınam,  

babamın  üzərimdə  haqqı  vardır,  müsəlmanlığım  da  xeyli  vaxt  

əvvələ  gedib  çıxır.”  Dedim:  “Allah  səni  bağışlasın,  Əbu  Cəfər!  

İddətim  vaxtı  danlanacağını  bildiyin  halda  mənə  evlənməyimi  

təklif  edirsən?”  Əbu  Cəfər  dedi:  “Məgər  mən  bunu  etdim?!  

Sadəcə  olaraq,  sənə  xatırlatdım  ki,  Peyğəmbərə  

(Ona  Allahın  xeyir-

duası  və  salamı  olsun!)  

yaxınam,  vəziyyətim  də  budur”.



Nişan zamanı kişi və qadının görüşməsi

Allah  Təala  buyurur:

“Sizdən  ölənlərin  qoyub  getdiyi  qadınlar  dörd  ay  on  gün  

(başqa  ərə  getməyib)  özlərini  gözləməlidirlər.  Bu  müddət  ta-

mam  olduqda,  artıq  onların  öz  barələrində  şəriətə  müvafiq  

1

 İbn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  XI  cild,  səh.  402.



2

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə