Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə143/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   139   140   141   142   143   144   145   146   ...   158

İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

458


Peyğəmbərə  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

deyirdi:  “Xanımları-

na  örtünməyi  əmr  et.”  Peyğəmbər  isə  

(Ona  Allahın  xeyir-duası  və  salamı  

olsun!)  

etmirdi.  Bir  gecə  yatsı  vaxtında  Peyğəmbərin  



(Ona  Allahın  

xeyir-duası  və  salamı  olsun!)  

xanımı  Sevda  bint  Zəm`ə  bayıra  çıxmışdı.  

Uzun  boylu  qadın  olduğundan  Ömər  hicab  əmrinin  nazil  ol-

mağını  bərk  arzulayaraq  ona  səsləndi:  “Ey  Sevda,  səni  tanıdıq!”  

Bundan  sonra  Allah  hicab  əmrini  göndərdi”

1

.



Rəvayət  olunur  ki,  Cabir  ibn  Abdullah  

(Allah  ondan  razı  qalsın!)

  

deyib:



  “Xalam  boşanmışdı.  (İddət  vaxtı)  xurma  ağacından  bar  

toplamaq  istədi.  Amma  bir  şəxs  onu  çölə  çıxmağa  qoymadı.  

Xalam  da  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

yanına  


gedib  (bunu  ona  danışdı).  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  sa-

lamı  olsun!)  

ona  dedi:  “Əlbətt ə.  Xurma  ağacının  barını  topla.  Ola  

bilsin  ki,  (bu  bardan)  sədəqə  çıxar,  ya  da  (onunla)  bir  yaxşılıq  

edərsən”


2

.  


Rəvayət  olunur  ki,  İbn  Abbas  

(Allah  ondan  razı  qalsın!)

  deyib:


“Peyğəmbərlə  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

birlikdə  Rama-

zan  bayramı  namazını  qıldım...  Sonra  Peyğəmbər  

(Ona  Allahın  xeyir-

duası  və  salamı  olsun!)  

cərgələri  yara-yara  gedib  qadınların  cərgəsinə  

çatdı.  Yanında  Bilal  vardı...  Bilal  dedi:  “Atam-anam  sənə  qurban  

olsun,  (ey  Allahın  rəsulu!)  Gəlin  ey  qadınlar!”

3

Əmr  ibn  Sələmə  rəvayət  edir  ki,  atası  demişdir:  



“Allaha  and  olsun  ki,  yanınıza  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-

duası  və  salamı  olsun!)  

yanından  gəlmişəm.  O  deyib:  “Filan  namazı  

1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  



2

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  

3

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.




Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...

459


filan  vaxtda,  filanını  da  filan  vaxtda  qılın.  Namaz  vaxtı  gəldikdə  

biriniz  azan  versin,  namazı  da  sizə  aranızda  Quranı  ən  yaxşı  

bilən  qıldırsın.”  Adamlar  (bir-birinə)  baxdılar.  (Əmrin  atası  

deyir:)  “Aralarında  Quranı  məndən  yaxşı  bilən  yox  idi.  Quranı  

gəlib-gedənlərdən  öyrənmişdim.  Məni  qabağa  keçirdilər.  Həmin  

vaxt  altı-yeddi  yaşım  olardı.  Əynimdəki  paltar  (əba)  səcdəyə  

getdiyimdə  dartılır,  (aşağılarım  görünürdü).  Həmin  məhəllədən  

bir  qadın  (camaata)  dedi:  “Quran  oxuyanınızın  arxasını  bizdən  

gizlətməyəcəksinizmi?!”

1

  (Əmrin  atası  deyir:)  “(Adamlar  par-



ça)  alıb  (ondan)  mənə  uzun  köynək  biçdilər.  Həmin  köynəyə  

sevindiyim  qədər  heç  nəyə  sevinməmişdim”

2

.  


Rəvayət  olunur  ki,  Qeys  ibn  əbu  Hazim  deyib:

“(Bir  dəfə)  Əbubəkr  Əhməs  qəbiləsindən  Zeynəb  bint  əl-

Mühacir  adlı  qadının  yanına  gəldi.  Gördü  ki,  dinib-danışmır.  

“Ona  nə  olub,  nə  üçün  danışmır?”  –  deyə  sual  etdi.  (Oradakı-

lar)  dedilər:  “Susmaqla  həcc  edir.”  Əbubəkr  ona  dedi:  “Danış.  

Bu,  halal  (hərəkət)  olmayıb,  Cahiliyyət  əməllərindəndir.”  Qadın  

danışmağa  başlayıb  dedi:  “Sən  kimsən?”  Dedi:  “Mühacirlərdən  

birisiyəm.”  Soruşdu:  “Hansı  mühacirlərdən?”  Dedi:  “Qüreyşdən.”  

Soruşdu:  “Hansı  Qüreyşdən?”  Əbubəkr  dedi:  “Sən  nə  çox  sual  

verirsən.  Mən  Əbubəkrəm.”  Qadın  soruşdu:  “Cahiliyyətdən  son-

ra  Allahın  göndərdiyi  bu  düzgün  yolda  necə  qala  bilərik?”  Əbu-

bəkr  dedi:  “İmamlarınız  doğru  yolda  olarsa,  siz  də  olarsınız.”  

Qadın  soruşdu:  “Hansı  imamlar?”  Əbubəkr  dedi:  “Qəbiləndə  

1

 Yəni,  paltarı  qısa  olduğundan  səcdədə  onun  ayıb  yerləri  arxadan  görünür,  



uzun  paltar  alın  ki,  biz  onun  ayıb  yerlərini  görməyək  –  tərcüməçinin  

qeydi.  

2

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  




İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

460


insanlara  əmr  edən,  insanların  da  itaət  göstərdiyi  başbilən  və  

əmirlər  yoxdurmu?”  Qadın  dedi:  “Bəli,  var.”  Əbubəkr  dedi:  

“İmamlar  onlardır”

1

.



Zeyd  ibn  Əsləm  rəvayət  edir  ki,  Əbdülməlik  ibn  Mərvan  

Ümmi-Dərdaya  bəzi  ev  əşyaları  göndəribmiş.  Bir  gecə  Əbdül-

məlik  yuxudan  ayılıb,  xidmətçisini  çağırır.  Xidmətçi  bir  az  gec  

gəldiyindən  Əbdülməlik  ona  lənət  yağdırır.  Səhəri  günü  Ümmi-

Dərda  (gələrək)  ona  deyir:  “Eşitmişəm  ki,  dünən  xidmətçinə  

lənət  oxumuşsan.  Hələ  də  yadımdadır,  Əbu  Dərda  mənə  de-

mişdi  ki,  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

buyurub:  

“Lənətbazlara  qiyamət  günü  heç  kəs  şahidlik  və  havadarlıq  

etməyəcəkdir...”

2

.  


Rəvayət  olunur  ki,  Əbu  Nofəl  deyib:

“(Bunu  eşidən)  Həccac...  ayaqqabılarını  geyindi,  tələm-tələsik  

Əsmanın  yanına  getdi.  (Evinə  çatıb)  içəriyə  daxil  oldu  və  dedi:  

“Allahın  düşməninə  (oğlu  Abdullah  ibn  Zübeyri  nəzərdə  tutur-

du  –  mütərcim)  nə  etdiyimi  gördünmü?”  Əsma  dedi:  “Gördüm  

ki,  onun  dünyasını  bərbad  etdin,  o  da  sənin  axirətini  zay  etdi.  

Eşitmişəm  ki,  ona:  “Ey  iki  qurşağı  olanın  oğlu!”  –  demisən.  

Mən,  Allaha  and  olsun  ki,  iki  qurşağı  olanam!  Bir  qurşaqla  

dəvələrin  belindən  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

və  


Əbubəkrin  yeməyini  götürürdüm.  Digəri  isə  qadına  lazım  olan  

qurşaqdır.  Bir  də  onu  bil  ki,  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  

salamı  olsun!)  

bizə  demişdi:  “Səqif ”  (qəbiləsində)  bir  yalançı  və  bir  

qantökən  (və  ya:  çox  canalan)  vardır.  Yalançının

3

  kim  olduğunu  



1

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  

2

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  



3

 Söhbət  Muxtar  ibn  əbu  Übeydullah  əs-Səqəfi dən  gedir.  Son  dərəcə  ya-




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə