Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə112/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   108   109   110   111   112   113   114   115   ...   158

Dördüncü fəsil. Hicab əmrindən əvvəl və sonra...

363


verən  kimsə  görməmişəm.  Allah  Təalaya  yaxınlaşmaqda,  sədəqə  

verməkdə  heç  tərəddüd  etməzdi...”

1

.

Hafiz  ibn  Həcər  demişdir:  



“...Hakim  “Müstədrək”  kitabının  “Mənaqib”  fəslində  rəvayət  

edir  ki,  Həzrəti  Aişə  demişdir:  “Zeynəb  əl  işlərini  yaxşı  bilirdi;  

dəri  aşılayır  və  yamayır,  (qazandığını)  Allah  yolunda  sədəqə  

verirdi.”  

Hakim  demişdir:  “Hədis  Müslimin  səhihlik  şərtlərinə  uyğun-

dur”


2

.  


Ümmi-Sələmə öz qiymətli məsləhəti ilə 

ümumi böhranı aradan qaldırmışdır

Rəvayət  olunur  ki,  Misvər  ibn  Məxrəmə  və  Mərvan  demişlər:

“Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

Hüdeybiyyə  yol-

çuluğu  üçün  Mədinədən  yola  çıxdı...  (Qüreyşlə  sülh)  sazişi  

bağladıqdan  sonra  səhabələrinə  dedi:  “Durun,  qurbanlıqlarınızı  

kəsin  və  saç-saqqalınızdan  kəsin!”  (Ravi  deyir:)  “And  olsun  ki,  

heç  kəs  yerindən  tərpənmədi.  Peyğəmbər  dediklərini  üç  dəfə  

təkrarlasa  da,  kimsə  yerindən  durmadı.  Peyğəmbər  

(Ona  Allahın  xe-

yir-duası  və  salamı  olsun!)  

Ümmi-Sələmənin  yanına  girib  baş  verənləri  

ona  danışdı.  Ümmi-Sələmə  dedi:  “Ey  Allahın  peyğəmbəri,  sən  

bunumu  (onların  dediklərini  etmələrinimi)  istəyirsən?  Elə  isə  

çölə  çıx,  heç  kəslə  bir  kəlmə  kəsmədən  dəvəni  kəs,  dəlləyinin  

də  çağır,  (saç-saqqalından)  kəssin.”  Peyğəmbər  



(Ona  Allahın  xeyir-du-

ası  və  salamı  olsun!)  

çölə  çıxdı,  heç  kəslə  bir  kəlmə  kəsməyib  dəvəsini  

1

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.



2

 İbn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  IV  cild,  səh.  274.




İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

364


kəsdi,  dəlləyini  çağırıb  saç-saqqalından  kəsdirdi.  Oradakılar  

bunu  görüb  yerlərindən  qalxdılar,  qurbanlıqlarını  kəsdilər,  bir-

birlərinin  saç-saqqalından  kəsməyə  başladılar...”

1

.



Ümmi-Sələmə çətinliyə düşmüş 

insanlara şəfqət göstərmişdir

Əbdürrəhman  ibn  Abdullah  ibn  Kə`b  ibn  Malik  demişdir:  

“Eşitmişəm  ki,  atam  Kə`b  ibn  Malik  –  tövbəsi  qəbul  edilmiş  

üç  nəfərdən  biri  idi  –  iki  yürüş  xaric,  Peyğəmbərin  



(Ona  Allahın  xe-

yir-duası  və  salamı  olsun!)  

bütün  yürüşlərində  iştirak  etmişdir.  (Həmin  

iki  yürüş  bunlardır:)  Üsrə  və  Bədr  yürüşləri.”  

(Kə`b  demişdir:)  “Mən  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  sala-

mı  olsun!)  

həmin  yürüşdən  qayıdıb  gəlməyini  eşitdikdə  qətiyyətlə  

qərara  gəldim  ki,  ona  düzünü  danışım.  Peyğəmbər  

(Ona  Allahın  

xeyir-duası  və  salamı  olsun!)  

zuha  vaxtı  Mədinəyə  çatdı.  O,  



(Ona  Allahın  

xeyir-duası  və  salamı  olsun!)  

səfərlərdən  hər  dəfəsində  zuha  vaxtı  dönər,  

əvvəlcə,  məscidə  gedər,  iki  rükət  namaz  qılardı.  (Hüzurunda  

nə  üçün  gecikdiyimi  bildirdikdən  sonra)  o,  mən  və  iki  yolda-

şımla  danışmağı  (insanlara)  qadağan  etdi.  Səfərə  gecikən  digər  

şəxslərə  isə  bunu  qadağan  etmədi.  İnsanlar  bizimlə  danışmaq-

dan  çəkinirdilər.  Xeyli  vaxt  keçdi.  Ölməyim  və  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

mənə  cənazə  namazı  qılmama-

ğından,  yaxud  da  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

vəfat  etməsi  və  insanların  məndən  kənar  gəzib  (öldüyümdə)  

mənə  cənazə  namazı  qılmamalarından  qorxurdum.  (Bu  qa-

dağadan  keçən  50-ci)  gecənin  son  üçdə  birində  Peyğəmbər  

1

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  




Dördüncü fəsil. Hicab əmrindən əvvəl və sonra...

365


(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

Ümmi-Sələmənin  yanında  ikən  

Allah  ona  bizim  tövbələrimizi  qəbul  etdiyinə  dair  vəhy  endir-

di.  Ümmi-Sələmə  mənə  münasibətdə  xeyirxah  və  barəmdə  



hey  düşünən  kimsə  idi.  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  

olsun!)  

dedi:  “Ey  Ümmi-Sələmə,  Kə`bin  tövbəsi  qəbul  edildi.”  

Ümmi-Sələmə  dedi:  “Kə`bə  adam  yollayıb  müjdə  verimmi?”  

Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

dedi:  “Belə  olsa,  

insanlar  sizə  axışar,  gecənin  qalan  hissəsini  yatmağa  qoymaz-

lar.”  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

sübh  namazını  

qıldıqdan  sonra  xəbər  verdi  ki,  Allah  tövbəmizi  qəbul  edib.  O,  

sevinərkən  çöhrəsi  elə  nurlanardı  ki,  ay  parçasına  oxşayardı.  

Allah  bizim  tövbəmizi  qəbul  etdi.  O  kəslər  ki,  Peyğəmbərə  

(Ona  

Allahın  xeyir-duası  və  salamı  olsun!)  

müxtəlif  bəhanələrlə  yalan  danışmış-

dılar,  üzrxahlıq  etmişdilər  ən  pis  şəkildə  (ayədə)  xatırlanmışdı-

lar.  Belə  ki  Pak  Allah  buyurmuşdu:  

“(Döyüşdən  geri  dönüb)  yanlarına  qayıtdığınız  zaman  on-

lar  sizdən  üzr  istəyərlər.  (Onlara)  belə  de:  “(Əbəs  yerə)  üzr  

istəməyin,  onsuzda  sizə  inanmayacağıq.  Allah  əhvalınızdan  bizi  

xəbərdar  etmişdir.  (Bundan  belə)  əməlinizi  Allah  da  görəcək,  

Onun  Peyğəmbəri  də”.  Sonra  qeybi  və  aşkarı  bilənin  (Allahın)  

hüzuruna  qaytarılacaqsınız,  O  da  sizə  nə  etdiklərinizi  xəbər  

verəcəkdir!

  1


2

  .



1

 “ət-Tövbə”  surəsi,  94-cü  ayə.  

2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə