Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə110/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   106   107   108   109   110   111   112   113   ...   158

Dördüncü fəsil. Hicab əmrindən əvvəl və sonra...

357


nıbmı?”  Dedi:  “Nəyi  deyirsən?”  Dedim:  “Onlara  lənət  oxudun,  

onları  azarladın.”  Dedi:  “Bilirsənmi  ki,  mən  buna  görə  rəbbimlə  

nəyi  şərt  kəsmişəm?  Ona  demişəm:  “Allahım,  bir  müsəlmana  

lənət  oxusam,  ya  da  onu  azarlasam,  bunu  onun  üçün  savab  və  

təmizlənmə  et!”

1

Həzrəti  Aişə  



(Allah  ondan  razı  qalsın!)

  rəvayət  edir  ki,  bir  dəfə  

bir  kişi  gəlib  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

ya-


nına  girmək  üçün  icazə  istədi.  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  

və  salamı  olsun!)  

Həzrəti  Aişəyə  dedi:  “Qəbiləsinin  ən  şər  ada-

mıdır  bu  gələn.”  Kişi  içəriyə  daxil  olduqda  Peyğəmbər  onun  

üzünə  gülümsədi,  onunla  mülayim  danışdı.  Kişi  getdikdən  son-

ra  Həzrəti  Aişə  Peyğəmbərə  dedi:  “Ey  Allahın  rəsulu,  kişinin  

səsini  eşitdiyin  zaman  bu  sözləri  söylədin,  içəriyə  daxil  olduqda  

isə  üzünə  gülümsədin.”  Peyğəmbər  dedi:  “Ey  Aişə,  nə  vaxtdan  

bəri  məni  kobud  (qaba)  görmüsən?!  Qiyamət  günü  Allahın  

dərgahında  ən  şər  adam  əxlaqsızlığından  insanların  ehtiyat  edib  

yan  qaçdıqları  kimsədir”

2

.  


Rəvayət  olunur  ki,  Həzrəti  Aişə  

(Allah  ondan  razı  qalsın!)

  demişdir:  

“Məsciddə  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

yanına  


bir  şəxs  gələrək  dedi:  “Mən  yanmışam.”  Peyğəmbər  

(Ona  Allahın  

xeyir-duası  və  salamı  olsun!)  

soruşdu:  “Nə  üçün  yanmısan?”  Dedi:  “Ra-

mazanda  zövcəmlə  yaxınlıq  etmişəm.”  Peyğəmbər  

(Ona  Allahın  xe-

yir-duası  və  salamı  olsun!)  

buyurdu:  “Elə  isə  sədəqə  ver!”  Kişi:  “Mənim  

heç  nəyim  yoxdur”,  –  deyib  əyləşdi.  Bu  vaxt  Peyğəmbərin  

(Ona  

Allahın  xeyir-duası  və  salamı  olsun!)  

yanına  əlində  uzunqulağının  kəndirini  

tutmuş  birisi  gəldi.  Yanında  yemək  vardı.  Peyğəmbər  

(Ona  Allahın  

1

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  



2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.




İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

358


xeyir-duası  və  salamı  olsun!)  

soruşdu:  “Hanı  “yanmış”  şəxs?”  Kişi  dedi:  

“Budur  buradayam.”  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

dedi:  “Bunu  götür  və  sədəqə  ver!”  Kişi  soruşdu:  “Məndən  

daha  imkansız  olanamı?  Ailəmin  yeyəcək  heç  nəyi  yoxdur.”  

Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

dedi:  “Elə  isə  siz  ye-

yin!”

1

  



Rəvayət  olunur  ki,  Həzrəti  Aişə  deyib:

“Kobud  bədəvilər  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  salamı  ol-

sun!)  

yanına  gəlib  soruşardılar:  “Qiyamət  nə  vaxt  qopacaq?”  Pey-

ğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

onların  kiçiyinə  baxar  

və  deyərdi:  “Bu  yaşayarsa.  O,  qiyamətiniz

2

  qopmadan  ahıllıq  



yaşına  qədəm  qoymayacaqdır”

3

.



Rəvayət  olunur  ki,  Cabir  ibn  Abdullah  

(Allah  ondan  razı  qalsın!)

  

deyib:  



“Evimdə  oturmuşdum.  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  ol-

sun!)  

yanımdan  keçirdi.  Mənə  işarə  etdi,  yanına  getdim.  Əlimdən  

tutaraq  yoluna  davam  etdi.  Zövcələrindən  birinin  evinə  çatdı,  

əvvəlcə,  özü  daxil  oldu,  sonra  girməyimə  icazə  verdi.  Mən  də  

pərdənin  arxasına  –  qadının  yanına  daxil  oldum.  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

soruşdu:  “Yeməyə  nə  isə  var-

mı?”  “Bəli!”  –  deyib  üç  çörək  gətirdilər,  süfrəyə  qoydular.  

Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

bir  çörəyi  götürüb  

özünün,  digərini  isə  mənim  qabağıma  qoydu.  Sonra  üçüncüsü-

nü  götürüb  ikiyə  böldü,  yarısını  öz  qabağına  qoydu,  qalanını  

1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.



2

 Yəni,  siz  ölmədən  o  yaşlaşmayacaqdır.  Bu  cavabda  Peyğəmbərin  dühası  

əks  olunub:  böyük  qiyaməti  boşlayın,  onun  vaxtını  ancaq  Allah  bilir;  siz  

öz  ölümünüzü  düşünün,  yaxşı  işlər  görün.  

3

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.




Dördüncü fəsil. Hicab əmrindən əvvəl və sonra...

359


da  mənə  verdi.  (Evdəkilərdən)  soruşdu:  “Yavanlıqdan  nə  var?”  

Dedilər:  “Heç  nə  yoxdur,  ancaq  bir  az  sirkə  var.”  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

buyurdu:  “Onu  gətirin,  nə  yaxşı  

yavanlıqdır  o!”

1

  



Rəvayət  olunur  ki,  Sə`d  ibn  əbu  Vəqqas  

(Allah  ondan  razı  qalsın!)

  

demişdir:  



“(Bir  dəfə)  Ömər  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  

olsun!)  

yanına  gəlmək  üçün  icazə  istədi.  Yanında  Qüreyşdən  

bəzi  qadınlar  vardı.  Yüksək  səslə  danışır,  ondan  (cavab  al-

maq  məqsədilə)  çox  şey  soruşurdular.  Ömər  icazə  istədikdə  

yerlərindən  qalxıb  tez  pərdənin  arxasına  keçdilər.  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

Ömərə  girməyə  icazə  verdi.  İçə-

riyə  girdiyində  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

gülür-


dü.  Ömər  dedi:  “Allah  səni  bəxtiyar  etsin,  ey  Allahın  rəsulu!”  

Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

dedi:  “Yanımda  olan  

qadınlara  gülürəm.  Sənin  səsini  eşidən  kimi,  dərhal  pərdə  ar-

xasına  keçdilər.”  Ömər  dedi:  “Ey  Allahın  rəsulu!  Sən  onların  

səndən  çəkinmələrinə  daha  layiqsən!”  Sonra  (qadınlara  tərəf  

çevrilib)  dedi:  “Ey  özlərinə  düşmən  kəsilənlər!  Məndən  çəkinir,  

Peyğəmbərdən  isə  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

çəkinmirsiniz,  

deyilmi?”  Dedilər:  “Bəli,  (səndən  çəkinirik),  çünki  sən  Peyğəm-

bərdən  daha  qaba,  daha  sərtsən!”  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  

və  salamı  olsun!)  

buyurdu:  “Canımı  Əlində  tutana  and  olsun  ki,  əgər  

şeytan  səninlə  bir  küçədə  rastlaşsaydı,  yolunu  başqa  küçədən  

salardı”


2

.  


1

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  

2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə